Məşhur pivə barı Merkeli “qara siyahı”ya saldı

Baxış sayı:
2420

Berlinin əfsanəvi pivə barı olan “Ständige Vertretung” koronavirus infeksiyasına görə ölkədə tətbiq ediləcək karantinə görə kansler Angela Merkel və bir sıra almaniyalı siyasətçiləri “qara siyahı”ya salıb.

Bu barədə barın müdiriyyəti adından feysbukda yayılan açıqlamada qeyd olunub. Onlar hökuməti səmərəsiz fəaliyyətdə günahlandırıblar.

“Aprel ayından etibarən əhalini və iqtisadi vəziyyəti ikinci dalğaya hazırlamaq lazım idi. Xəstəxanaların gərgin işləyəcəyi, yoluxma ocaqlarının dəqiq yerinin tapılmaması əvvəlcədən məlum idi. Bu, ciddi iş deyil, aksionizmdir.

Qastronomiyanı bağlayaraq iqtisadiyyata qənaət etdiyinizi ciddi şəkildə iddia edirsiniz? 2,5 milyondan çox insanın işlədiyi yerlər iqtisadiyyata aid deyilmi? .. Məlumdur ki, bir çox siyasətçi qonağımızdır. Bu siyasətçilərdən bəziləri dünən qastronomiya müəssisələrini yenidən bağlamaq qərarına gəldilər. Bu siyasətçiləri dərhal “qara siyahıya” əlavə edəcəyik” deyə, barın rəhbəri Yorn Peter Brinkmann bildirib.

Qeyd edək ki, siyahıda kanslerlə yanaşı Maliyyə naziri Olaf Şolz, Bavariyanın Baş naziri Markus Zoder, Berlinin burqomistri Mixael Müller də var./report