Narkotik ticarətində silahlı insident: 2 polis, 3 vətəndaş öldü

Baxış sayı:
7291

ABŞ-ın Nyu- Cersi ştatındakı Cersi-Sitidə baş verən silahlı qarşıdurma zamanı ölənlərin sayı 6-ya çatıb. Ölənlərdən biri polis, ikisi cinayətkar, üçü isə mülki vətəndaşdır. Cersi-Sitinin bələdiyyə sədri Stiven Fulop tvitterdən verdiyi açıqlamada 3 polisin yaralandığını bildirib. Hadisə şahidlərinin sözlərinə görə, insident narkotik ticarəti əsnasında yaranan problemdən qaynaqlanıb. ABŞ prezidenti Donald Tramp hadisədən xəbərdar olduğunu tvitterindən bildirib. *** 08:22 ABŞ-ın Cersi-Siti şəhərində (Nyu-Cersi ştatı) atışma baş verib. Atışma zamanı biri polis əməkdaşı olmaqla 4 nəfər həlak olub. Məlumata əsasən, atışma cinayətkarların gizləndiyi mağazada baş verib. Bildirilir ki, polis əməkdaşları azı 2 cinayətkarı zərərsizləşdirməyi bacarıb.//Publika