Pentaqon Trampı İSTEFAYA ÇAĞIRDI - Ani bir səhv bütün ölkəni qarışdırdı

 Pentaqonun rəsmi Twitter hesabından aralarında ABŞ prezidenti Donald Trampın da olduğu ajiotaj yaradacaq bir paylaşma edilib.
 
ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) Twitter hesabından aralarında ABŞ prezidenti Donald Trampın da yer aldığı təcavüz iddiaları olan siyasətçilərin vəzifələrindən istefa etməsi çağırışını ehtiva edən bir bölgü səhvən "retweet” edilərək paylaşılıb.
Hadisə anlaşılınca nazirlik dərhal bölgünü silib.
Məsələ ilə bağlı açıqlama verən Pentaqon sözçüsü Rob Manning bunları deyib: "Müdafiə Nazirliyinin rəsmi Twitter hesabını istifadə etmək səlahiyyəti olan bir əməkdaşımız Müdafiə Nazirliyinin qəbul etmədiyi bir bölgünü səhvən bölüşüb. Səlahiyyətli şəxs səhvi qısa müddətdə anlayan kimi, dərhal bölgünü silib."
Pentaqon əməkdaşının nazirliyin Twitter hesabından paylaşdığı bölgünü təqdim edirik: "Məsələnin həll yolu bəllidir. Roy Moore, müsabiqədən çəkil. Al Franken, Konqresdən istefa ver. Donald Tramp prezidentlikdən istefa et. Respublikaçı Partiya, cinsi təcavüzləri partiya məsələsi etməyi burax. İkiüzlülüyünüz kimi, bu da bir cinayətdir."
Müxalifət.az