PREZİDENT YENİ NAZİR MÜAVİNİ TƏYİN ETDİ - Natiq Həsənov kimdir? + DOSYE / Yenilənib

Baxış sayı:
555

Həsənov Natiq Namiq oğlu maliyyə nazirinin yeni müavini təyin olunub.

Muxalifet.az xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev bu gün sərəncam imzalayıb.

O, bu təyinata qədər Maliyyə Nazirliyi Aparatının rəhbəri vəzifəsində çalışıb.

Qeyd edək ki, N.Həsənov 1979-cu ildə anadan olub.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi fakültəsini bitirib. Azərbaycan Dövlət İqtisad Universitetində magistr təhsilini başa vurub. İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun aspirantıdır.

Əmək fəaliyyətinə 2001-ci ildən özəl sektorda başlayıb. Həmin ildən 2008-ci ilədək bir sıra şirkət və təşkilatlarda müxtəlif vəzifələrdə çalışıb.

2008-2011-ci illərdə İqtisadiyyat Nazirliyində Sahibkarlığın inkişafı siyasəti şöbəsində Sahibkarlıq fəaliyyətinin dövlət tənzimlənməsi sektorunun məsləhətçisi vəzifəsində çalışıb.

2011-2012-ci illərdə İqtisadiyyat Nazirliyinin İqtisadi siyasət, təhlil və proqnozlaşdırma şöbəsində Qeyri-neft sahələrinin inkişafı sektorunun müdiri vəzifəsində çalışıb.

2012-2018-ci illərdə İqtisadiyyat Nazirliyinin Dövlətlərarası iqtisadi əməkdaşlıq şöbəsinin müdir müavini vəzifəsində çalışıb.

2018-ci ildən 2025-ci ilədək Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin birinci müavini vəzifəsində çalışıb.

10 mart 2025-ci il tarixdən 8 yanvar 2026-cı ilədək Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Aparatının rəhbəri vəzifəsində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 8 yanvar 2026-cı il tarixli Sərəncamı ilə maliyyə nazirinin müavini təyin olunub.

Bir sıra xarici ölkələrdə müxtəlif təlim, seminar və kursların iştirakçısı olub, eləcə də, ölkədə keçirilmiş bir sıra beynəlxalq tədbirlərin təşkilati işlərində iştirak etmişdir.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2019-cu ildə “Tərəqqi" medalı” ilə təltif olunub.

İngilis, rus dillərini bilir.

Ailəlidir, üç övladı var.

Xatırladaq ki, bundan əvvəl Maliyyə Nazirliyinin Aparatının rəhbəri Cavanşir Yusifov olub. Onun dövlət qulluğuna pensiya yaşında olması ilə əlaqdər öz arzusu ilə xitam verilib.