"Prokurorluğun partlayış açıqlaması təəccüblüdür" - TOFİQ ZÜLFÜQAROV

Baxış sayı:
454
Prokurorluğun Müdafiə Nazirliyinin maşınının minaya düşməsi və jurnalistlərin həlak olması ilə bağlı açıqlamasını oxudum.
 
Doğrusu, başa düşmədim...
 
Suallar açıq qalıb:
 
- Yolun təmiri partlayışdan neçə gün əvvəl olub?
 
- Yolun təmiri birmənalı olaraq ermənilərin gedişindən sonra baş verib;
 
- Yolun minadan təmizlənməsi həyata keçirilibmi? Əgər elədirsə, onda təmirə qədər onlar orda olmalı idilər;
 
- Əgər müşayiəti yerli administrasiyadan bir şəxs etsəydi, onda torpaqdakı bu "ləkələrin" haradan gəldiyini dəqiq bilməli və onlara sakitcə reaksiya göstərməli idi;
 
- Əgər mina ermənilərdən qalıbsa, onda onu başqa qruntun altında gizlətmək mümkün deyildi, çünki ermənilər təxliyədən qabaq yolu təmir edə bilməzdilər.
 
Buna görə nəticə birdir: bu, yolun təmirindən sonra ermənilər tərəfindən təşkil edilən terror aktıdır.
 
“Erməni polkovniki”nin işğaldan azad edilmiş ərazilərdə 17 yük maşını mina basdırılması ilə bağlı açıqlamasının və Prokurorluğun mətbuat xidmətinin bəyanatının sinxronluğunu qeyd etməyə bilmərəm... Nəsə eyni vaxtda baş verdi.
 
Müstəntiqlər peşəkarlığı təqlid edərək tank əleyhinə mina növlərini sadalamamalı, bu zonadakı pilotsuz uçuş aparatlarının qeydlərini "isti izlər"lə təhlil etməlidirlər. Yalnız bu cür biz bu minaları yola kimin döşədiyini tam olaraq öyrənə bilərik.

Tofiq ZÜLFÜQAROV