Putin 9 yaşlı uşaqla buz üstünə çıxdı - VİDEO

Baxış sayı:
1033

Rusiya Prezidenti Vladimir Putin “Arzular yolkası” aksiyası çərçivəsində Çelyabinsk əyalətindən olan 9 yaşlı Dimanın arzusunu reallaşdırıb.

Belə ki, Putin Dima ilə birlikdə Kreml yaxınlığındakı buz meydançasında konki sürüb.

Dövlət başçısı həmçinin balaca Dimaya onunla xokkey oynamağa da söz verib.

Bundan əlavə, Putin Tula əyalətində yaşayan 10 yaşlı Saşanın istəklərini reallaşdırıb.

Saşa Moskva zooparkında olub, orada ekzotik heyvanlara tamaşa edib. O, həmçinin heyvanların xüsusi təlim zonasına da baş çəkib.

Zoopark ekskursiyası zamanı Saşa və onun valideynləri prezident Putinlə də telefonda danışıb.