”QUTSAL VƏTƏN MÜHARİBƏSİNDƏ YER ALMAĞIMIZA ŞƏRAİT YARATMAĞINIZI XAHİŞ EDİRİK” – Güneyli soydaşlarımızdan Azərbaycan Prezidentinə müraciət

Güney Azərbaycanın bir qrup milli fəal tərəfindən Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali baş komandanı İlham Əliyevə müraciət olunub. Muxalifet.az həmin müraciəti olduğu kimi dərc edir:
”Cənab Ali Baş komandan!
30 ilə yaxındır erməni işğalı altında olan torpaqlarımızın yağı düşmən tapdağından qurtarılması uğrunda komandanlıq etdiyiniz qutsal VƏTƏN müharibəsi artıq ikinci ayına daxil olmuşdur. Ötən bir ay ərzində şanlı ordumuzun əldə etdiyi zəfərlər, sadəcə Azərbaycan vətəndaşlarının deyil, həm də Güney Azərbaycanda və Azərbaycan hüdudlarından kənarda yaşayan 50 milyondan artıq soydaşımızın köksünü qabartmışdır.
Ötən bir ayda qəhrəman ordumuzun döyüş səhnəsində göstərdiyi rəşadət, şücaət və yüksək döyüş qabiliyyəti ilə yanaşı, şanlı ordumuzu və uca millətimizi təmsilən SİZİN Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı kimi sərgilədiyiniz yüksək iradə, qərarlılıq və böyük liderlik örnəyi 50 milyondan artıq Azərbaycan türkünün tək yumruq olaraq Azərbaycan dövləti ətrafında birləşməsini sağlamışdır.
Şübhəsiz ki, şanlı ordumuzun bir ay kimi qısa bir zaman dilimində çaldığı böyük zəfərlər erməni yanlısı qüvvələri və dövlətləri böyük təşvişə salmış olacaq ki, Azərbaycan xalqının nəhai qələbəyə doğru yürüyüşünün qarşısını almaq üçün, son günlərdə Azərbaycana qarşı basqı və təzyiqlərini artırmışlar.
Cənab Prezident!
Əminik ki, bütün bu təzyiq və hətta təhdidlər qarşısında Sizin sərgilədiyiniz qərarlılıq və dik duruş nəhai qələbamizin rəmzi olacaqdır.
Hörmətli Ali baş komandan!
Vətənimizin hər bir qarış torpağının hər bir Azərbaycanlı üçün müqəddəs olduğu kimi, qurtarılması uğrunda aparılan savaş da qutsaldır. Bu qutsal savaşda Sizin əmrinizdə, Sizinlə çiyin-çiyinə yer almaq Quzeyli-Güneyli hər bir Azərbaycan övladının borcu, eləcə də haqqıdır. Bu bilinclə , o taylı-bu taylı bütün Azərbaycanın ürəyinin Qarabağımız döyündüyü bu günlərdə biz-Güney Azərbaycandan olan bir qrup milli fəal Sizə müraciət edərək, qutsal vətən müharibəsində Güneyli soydaşlarınızın da yer almasına şərait yaratmağınızı xahiş edirik. Əmin olun ki, bu yolda əsla yalnız deyilsiniz.
Hörmətlə:
Ad | Soyad | Doğum Yeri | Yaşadığı Yer | |
1. | Böyük | Rəsulovənd | Təbriz | Norveç |
2. | Ahməd | Omid Yazdani | Təbriz | Almaniya |
3. | Maşallah | Rəmzi | Təbriz | Fransa |
4. | Babək | Azad | Urmiyə | İsveç |
5. | Saleh | Yildirim | Kərgər | Kanada |
6. | Mehemmed Reza | Kheshti | Təbriz | USA |
7. | Rahim | Shahbazi | Təbriz | USA |
8. | Eldar | Qaradağlı | Təbriz | İsveç |
9. | Azər | Farroukhi | Təbriz | İsveç |
10. | Əjder | Teqizade | Ərdəbil | İsveç |
11. | Atilla | Bozqurt | Təbriz | Türkiyə |
12. | Məmməd | Azər | Sayinqala | İsveç |
13. | Səttar | Sevgin | Sayingala | İsveç |
14. | Abdulla | Amir Hashimi Cavanshir | Təbriz | İsveç |
15. | Seriye | Ərdəbilli | Ərdəbil | İsveç |
16. | Cavad | Derakhti | Təbriz | İsveç |
17. | Əhməd | Obali | Muğan | İsveç |
18. | Cabbar | Seyedzade- Səttaroğlu | Qaradağ-Əhər | İsveç |
19. | Saleh | Kamrani | Əhər | İsveç |
20. | Yaşar | Azər | Zəncan | Norveç |
21 | Hakan | Türkelli | Sərab | Kanada |
22. | Oğuz | Türk | Marağa | Kanada |
23. | Şarux | Məzhəri | Xalxal | İngiltərə |
24. | Feridoun | Pərviz Nia | Təbriz | Almaniya |
25. | Nurəddin | Qərəvi | Təbriz | Almaniya |
26. | Işıq | Sönməz | Əhər | Almaniya |
27. | Atabəy | Najafpour | Urmiyə | Norveç |
28. | Əsəd | Sadiq | Təbriz | İsveç |
29. | Çingiz | Göytürk | Sərab | Finlandiya |
28.10.2020-ci il