Ramiz Mehdiyevin nəvəsinin toyundan daha bir VİDEO
21-08-2020 13:35
Baxış sayı:
2491

Xəbər verdiyimiz kimi, avqustun 18-də Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA prezidenti Ramiz Mehdiyevin nəvəsinin toy mərasimi keçirilib.
Dünən “Qafqazinfo”da Novxanıda bağ evində keçirilən toydan ilk görüntülər də yayımlanmışdı. Bu gün isə saytımıza Ramiz Mehdiyevin qız nəvəsinin toyundan daha bir video daxil olub.
Videoda Ramiz Mehdiyev də yer alıb. Görüntülərdə Bakı Dövlət Universitetinin sabiq rektoru Abel Məhərrəmov Ramiz Mehdiyevin şərəfinə tost deyib.