Ərdoğandan “Financial Times”-a təpki

Baxış sayı:
36496

Türkiyənin prezidenti Tayyib Ərdoğan “Financial Times” qəzetinin əsassız iddialarına sərt təpki göstərib. Ərdoğan qəzet rəhbərliyinə xitab edərək “Ey “Financial Times” 4 milyon köçkünə ev sahibliyi edən Türkiyəni sən tanıdınmı? Sənin ölkəndə nə qədər qaçqın var? Bir də onu xəbər ver. Ölkəmizdəki 4 milyon qaçqına görəsən bir yerdən dəstək gələcəkmi deyə gözləməyəcəyik. Bir kasa şorbanı onlarla bölüşəcəyik. Qlobal ədalətsizliklər üçün biz səsimizi ucaltdıqca hücumların da dozası artır. Biz yardımçı olmağa çalışırıq. Mühacirləri yolun ortasında əsla buraxmarıq. Ana müxalifətin başındakı şəxs "Suriyalıları göndərəcəyik" desə də, hakimiyyətlərimiz vasitəsilə yedirməyə davam edəcəyik.
Beynəlxalq qurumlara yazı yazaraq əsassız iddiaları gündəmə gətirərək Türkiyənin terror təşkilatlarına qarşı apardığı mübarizəyə mane olmaq istəyirlər. Bizi narahat edən bir neçə marginal iddiası deyil, iddialar təsdiq edilmədən, işin əsli ortalığa qoyulmadan Türkiyə əleyhinə hər cür təbliğata bonus verilməsidir” deyib.
Müxalifət.az