Ruhani Ərdoğandan sonra Putinə zəng etdi - YENİLƏNİB

Baxış sayı:
3502

İran Prezidenti Həsən Ruhani ilə Rusiya Prezidenti Vladimir Putin arasında da telefon danışığı olub.
Virtualaz.org bildirir ki, bu barədə məlumatı Kremlin mətbuat xidməti yayıb.
Məlumata görə, İranın istəyi ilə baş tutan telefon danışığında tərəflər Suriya ilə əlaqədar Astana sazişinə tamamilə əməl edilməsinin lazım olduğunu bildiriblər.
Rəsmi məlumatda vurğulanır ki, Suriyadakı vəziyyətə İdlibin deeskalasiyası zonasında artan gərginlik kontekstində baxılır.
Həmçinin o da qeyd edilib ki, Putin koronavirusla bağlı mübarizədə İrana dəstək olmağa hazır olduğunu söyləyib, virusdan dünyasını dəyişənlərə görə Ruhaniyə başsağlığı verib.
Xatırladaq ki, Ruhani Putindən əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla da telefonla danışmışdı.

**
Ruhani və Ərdoğan arasında telefon danışığı olub
İran Prezidenti Həsən Ruhani ilə Türkiyə Prezidenti Rəcəb Təyyib Ərdoğan arasında telefon danışığı olub.
Türkiyə KİV-ləri bildirir ki, prezidentlər İdlib daxil olmaqla regional və ikitərəfli münasibətlərlə bağlı müzakirələr aparıblar.
H. Ruhani türkiyəli həmkarına ölkəsinin ev sahibliyi ilə Türkiyə, İran və Suriyanın üçtərəfli iclasının keçirilməsini təklif edib.
H. Ruhani, həmçinin, koronovirusla bağlı dəstəyə görə R.T.Ərdoğana təşəkkür edib və bildirib ki, İran Türkiyə ilə müştərək səhiyyə protokolu icra etməyə hazırdır: "Koronavirusun nəzarətə götürülməsi, onun qarşısının alınması və yoluxmuş insanların müalicəsi üçün çox önəmli proqramlar icra olunub və ümid edirik, bu böhran tezliklə sona çatacaq".