Rusiya Venesuela ilə bağlı həmləsini təsdiqlədi

Baxış sayı:
2737

Rusiya Venesuela ordusuna təlim verdiyi iddialarını təsdiqləyib. Karakasdakı Rus səfir Vladimir Zaiomski ötən mart ayında ABŞ-ın təhdidlərinə qarşılıq olaraq Cənubi Amerika ölkəsinə yüzlərlə Rus əsgərinin gəldiyi dedi-qodularına, "həmkarlarını öyrətmək üçün burada olan mütəxəssislərimiz var" deyə bildirib.
 
Mart ayında Venesuelaya gedən Rus hərbi birlikləri, dövlət başçısı Nicolas Maduroya tam bağlı ordunu ABŞ-ın güc istifadəsi təhdidinə qarşı hazırlayır. Karakasdakı Rus səfir Vladimir Zaiomski "Venesuela hökuməti ABŞ-ın ölkələrinə qarşı güc istifadəsi təhdidinə qarşı sahib olduqları silahların işləməsindən əmin olmaları lazım olduğu üçün ilin əvvəlindən bəri hazırlıq vəziyyətindədirlər'' deyib.
2001-ci ildə iki ölkə arasında edilən razılaşmaya görə, Rus mütəxəssislərin Venesuelalı həmkarlarını hərbi təhcizatlarını hazır tutmaları və eyni zamanda onları ən yaxşı şəkildə istifadə etmələrini təmin etmək üçün öyrətdiklərini açıqlayıb. 2009-dan bu yana Venesuelada fəaliyyət göstərən Rusiya səfiri, ''Hərbi çevriliş cəhdlərinə qarşıyıq. Böhrandan çıxışın dialoq ilə olduğuna inanırıq'' deyib.
Bu anda sistematik bir dialoqun olmadığını ifadə edən Zaimoski, çevrilişçi müxalif lider Juan Guaido və müxalifəti radikallar və marginallardan təsirləndikləri ilə ittiham edib.
Qeyd edək ki, Venesuelanın dövlət başçısı Nicolas Maduronun müttəfiqi olan Rusiya, mart ayında ölkəyə yüzlərlə əsgər göndərib.
Bu böhran Moskva ilə Vaşinqton arasında bir-birini Venesuelanı sabitliksizləşdirməklə günahlandıran yeni bir böhrana gətirib çıxardı. ABŞ prezidenti Donald Tramp Rusiyanı ölkəni tərk etməyə çağırarkən, Moskva isə Vaşinqtonu beynəlxalq hüquqa zərbə vurmaqla günahlandırdı.
Müxalifət.az