Rusiyada daha 111 nəfər koronavirusun qurbanı oldu
29-08-2020 13:17
Baxış sayı:
847

Rusiyada son sutka ərzində daha 4941 nəfərdə koronavirus aşkarlanıb, bununla da ölkə üzrə yoluxanların ümumi sayı 985 min 346-ya çatıb.
Son bir gündə virusdan həm də 111 nəfər ölüb və Rusiyada pandemiya qurbanlarının sayı 17 min 025 nəfər olub.
İndiyədək 804 min 383 xəstə sağalıb.
Xatırladaq ki, Rusiya COVID-19 xəstələrinin sayına görə ABŞ, Braziliya və Hindistandan sonra dünyada dördüncü yerdədir.