SAAKAŞVİLİDƏN ŞOK AÇIQLAMA - "Oktyabrın 2-də Gürcüstana gəlirəm"

Baxış sayı:
887

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili oktyabrın 2-də Gürcüstana gələcək.

Qafqaz.media xəbər verir ki, bu barədə eks-prezident özü məlumat verib.

Saakaşvili həbs olunacağından qorxmadığını qeyd edib:

"Əminəm ki, gürcü xalqı özünü azad edəcək və mən də azadlığa çıxacağam. Taleyimi gürcü xalqının əlinə verməkdən qorxmuram. Gürcüstanı xilas etmək bizim vətənpərvərlik borcumuzdur. Gürcüstanda hər şey məhv olur, insanlar ölkəni hər gün kütləvi şəkildə tərk edir. Hər kəs seçkiyə getməli və Bidzina İvanişvilinin arzusunun əleyhinə səs verməlidir”.

M.Saakaşvili tərəfdarlarını planları barədə mərhələli şəkildə məlumatlandıracağını vurğulayıb.