“SƏN QALİBSƏN!” – Turan Partiyasından bayram təbriki!

Baxış sayı:
1828

“Rəsulzadənin rəhbərliyində qurulan Cümhuriyyətimiz iki il yaşasa da, millətimizə işıq oldu, özgürlüyün nə demək olduğunu dadızdırdı”

Cahandar Bəyoğlunun başqanı olduğu Turan Partiyası Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. Muxalifet.az xəbər verir ki, partiyanın təbrikində qeyd olunur:
“28 May Respublika günü Azərbaycana, Türk Dünyasına xeyirli olsun!
28 may tarixində Türk-İslam Dünyasında ilk demokratik respublika kimi Azərbaycan Cümhuriyyəti elan edildi. Cümhuriyyətimizin elan olunması, bağımsız Azərbaycan Respublikasının quruculuğu böyük bir mücadilədən keçir. Azərbaycanın Quzeyinin erməni-rus işğalçılarından təmizlənməsi, Bakının azad edilməsi ilə böyük və şərəfli bir Türk tarixi yarandı. Milli hökümətin qurulması və demokratik təsisatların yaradılması, milli pul vahidi, milli ordu və digər dövlət atributları təsis edildi.
Uluslararası quruluşların və böyük dövlətlər tərəfindən bağımsız Azərbaycanın tanıması xarici siyasətimizin uğuru, dövlətçilik tariximizin şanlı səhfələri idi. Məmməd Əmin Rəsulzadənin rəhbərliyində qurulan Cümhuriyyətimiz iki il yaşasa da, millətimizə işıq oldu, özgürlüyün nə demək olduğunu dadızdırdı. Bu Cümhuriyyətin sayəsində işğal altında olan Azərbaycan Respublikası Sovetler Birliyi dönəmində yarım-Azərbaycan dövlətinin qorunmasına səbəb oldu.
1920-ci ildə Azərbaycan Milli Parlamenti binası üzərindən endirilən bayrağımız 1991-ci ildə Milli Hərəkatımızın lideri Elçibəy tərəfindən yenidən elə həmin binanın üzərində dalğalandırıldı. 1991-ci ildə yenidən bağımsızlığımızı elan etdik. 1992-ci ildə Azərbaycan tarixində ilk demokratik seçkilər keçirildi və Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəy Bağımsız Azərbaycanın ilk demokratik yolla seçilən Prezidenti oldu. Milli dövlət və Bağımsız Azərbaycanın təməlləri gücləndirildi.Amma yenə Moskva, yenə Moskva arxasında ingilis düşmənçiliyi və erməni pisliyi süni şəkildə gündəmə gətirildi.
1993-ci ildə Bağımsız Azərbaycan yenidən təhlikə ilə üzləşdi. 4 iyun tarixində qiyam törədib, Azərbaycanı məhv etmək üçün bu dəfə daxildə vətəndaş savaşına sürüklənmək istənildi. Prezident Elçibəyin uzaqgörən siyasi gedişləri sayəsində milli dövlətçiliyimizin bağımsızlığı qorundu. Vətəndaş savaşını törətmək istəyənlərin niyyəti gözlərində qaldı.
Bu tarixdən 30 il keçsə də, Azərbaycan dövlətində güçlənən bəzi revanşist qüvvələr yenidən Azərbaycan Respublikasını qarışdırmaq, ölkəni imperialist qüvvələlərin ayağına atmaqdan belə çəkinmədilər. Sanki, zaman dəyişsə də, onların niyyətləri dəyişməyib. Atalarının yolunu gedənlər yenə ölkəni qarışdırmağa niyyətlidirlər. Hakimiyyəti və müxalifəti saran bu qüvvələr faktiki olaraq birmərkəzlidirlər. Ağaları onlara atalarınının yolu ilə getməyini əmr edib. Ancaq unutmayaq ki, Azərbaycan Türkü, Azərbaycan xalqı daha aldanan deyil. Dövləti ilə və milləti bir bütün olaraq Azərbaycanı qoruyacaq, Qarabağımızı da azad edəcək, həm də bütövləşəcək. Türk Birliyinin gerçəkləşməsinin önündə olacaq.
Azərbaycanımızın Cümhuriyyət Bayramı qutlu olsun! Sən qailbsən!!!
Cahandar BAYOĞLU
Turan Partiyası GK Başqanı”

 
Muxalifet.az