Səudiyyə Ərəbistanından AÇIQLAMA: BU BİR BAŞLANĞICDIR

 Səudiyyə Ərəbistanının bprokuroru, kral ailəsindən onlarca şəxsin, nazirin və iş adamının nəzarətə alındığı əməliyyatları, "sadəcə bir başlanğıc" deyə xarakterizə edib.
 
Baş prokuror Şeyx Suud əl Mojeb, yayımladığı yazılı açıqlamada həbsləri "harada olursa olsun, korrupsiyanı təmizləmək üçün lazım olan həyatı prosesdə sadəcə bir başlanğıc" olaraq dəyərləndirib.
Səudiyyə Ərəbistanındakı iş dünyası və lider kadrlar arasındakı həbslərə dair məlumatlar dünəndən gəlməyə başlayıb. Həbslər Vəliəhd Şahzadə Məhəmməd ibn Salmanın hakimiyyətini gücləndirmək üçün aparılır.
32 yaşlı Vəliəhd Şahzadənin rəhbərlik etdiyi Korrupsiya ilə mübarizə komissiyası, 11 şahzadə, dörd nazir, onlarla keçmiş nazirin nəzarətə alınması əmri verib. Beynəlxalq arenada tanınan milyarder iş adamı Əl Valid bin Talalın da nəzarətə alınanlar arasında olduğu deyilir.
 
 HESABLAR DONDURULUB
 
Səudiyyə Ərəbistanında nəzarətə alınan 11 şahzadə, 4 nazir və çox sayda keçmiş nazirin bank hesabları dondurulub.
Ciddə şəhərindəki özəl təyyarələrin isə havaya qalxmasına icazə verilmir.
 
 TRAMPTAN DƏSTƏK
 
 ABŞ prezidenti Donald Tramp Səudiyyədəki həbsləri dəstəkləyib. Tramp "Kral Salman və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsinə böyük bir inamım var. Nə etdiklərini dəqiq bilirlər. Sərt rəftar görənlərin bəziləri ölkələrini illərdir ki, sağır" deyə, fikir bildirib.
Müxalifət.az