Suriyada son durum: Əsəd hərəkətə keçəcəkmi?
20-05-2019 20:35
Baxış sayı:
5146

Suriyanın Həma, Lazkiyə və Hələb istiqamətindən silahlı qruplaşmalar atəşkəs rejimini pozmağa davam edir.
Muxalifet.az xəbər verir ki, bu barədə sputnik məlumat yayıb.
Bildirilir ki, silahlı qruplaşmalar gün ərzində 13 dəfə atəşkəs rejimini pozub.
Qeyd edək ki, Suriya ordusu İdlibdə birtərəfli qaydada atəşi dayandırıb. Suriya rejimi 18 may saat 00:00-da İdlibdəki gərginliyi azaltma zonasında birtərəfli qaydada atəşin dayandırılmasına qərar verib.