Şuşada bayram namazı qılınıb - VİDEO / YENİLƏNİB

Baxış sayı:
1103

29 ildən sonra işğaldan azad olunmuş Azərbaycanın dilbər guşəsi Şuşada Ramazan bayramı namazı qılınır.

Muxalifet.az xəbər verir ki, Yuxarı Gövhərağa məscidində qılınan bayram namazı saat 09:00-da başlayıb.

Bayram namazı televiziyalar vasitəsilə canlı yayımlanır.

Qeyd edək ki, Şuşa işğaldan azad olunandan sonra Yuxarı Gövhərağa məscidi təmir olunub.