Tağıyevdən bəhs edən “100 il şərəfli ömür” film “Qızıl Femi” mükafatına layiq görüldü - FOTOLAR

Baxış sayı:
21436

Tədbirə fəxri himayədarlığı Bolqarıstan Respublikasının vitse-prezidenri xanım Marqarita Popova edib. Tədbir mərasimi “SOFİA HOTELL BALKAN” otelində baş tutub.
Muxalifet.az
xəbər verir ki, Azərbaycanın tanınmış xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevdən bəhs edən “100 il şərəfli ömür” bədii sənədli filmi ölkəmizi təmsil edərək “Qızıl Femi” mükafatına layiq görülüb. Mükafatın təqdim edilməsi 71 ölkədə canlı yayımlanıb.
Qeyd edək ki, festivalın direktoru Feminin dəvəti ilə tədbirdə iştirak edən ekran əsərinin ssenari müəllifi, quruluşçu rejissoru Cəlalləddin Qasımova Bolqarıstan Respublikasının paytaxtı Sofiya şəhərində yerləşən “SOFIA HOTELL BALKAN” otelində təqdim edilib.
“100 il şərəfli ömür” bədii-sənədli filminin rejissoru Cəlalləddin Qasımov yekunda tədbir haqqında təəssüratlarını bildirib qeyd etdi ki, bu festivalda mənim üçün çox sevindirici bir hadisə baş verdi. Festivalın direktoru mənə bildirdi ki, Hacı Zeynalabdin Tağıyevdən bəhs edən “100 il şərəfli ömür” bədii-sənədli filmini izlədikdən sonra Tağıyevin həyatı məni və juri üzvlərini çox təsirləndirdi. Sonda bu filmi Bolqarıstan  dilində tərcümə elətdirib TV-də yayımlanması ücün məndən icazə istədi.
Ekran əsərinin ssenari müəllifi, quruluşçu rejissoru Cəlalləddin Qasımov  AZƏRTAC-a bildirib ki, filmin çəkilməsində əsas məqsəd Hacı Zeynalabdin Tağıyevin harada olmasından asılı olmayaraq, soydaşlarının imdadına çatmasını, Azərbaycan xalqının maariflənməsi, istedadlı insanların yüksək təhsil alması, kütləvi savadsızlığın aradan qaldırılması, ölkədə iqtisadiyyatın hərtərəfli inkişafının təmin olunması, habelə milli kadrların hazırlanması üçün zəruri tarixi missiyanı yerinə yetirdiyini geniş işıqlandırmaqdır. Hələ Bakı Dövlət Universitetində oxuduğum illərdən başlayaraq, bu görkəmli sahibkar və xeyriyyəçi insan haqqında çoxlu məlumatlar əldə etmişdim. Bir sözlə, onunla bağlı çap olunan bütün materialları yığırdım. Amma ağlıma da gəlməzdi ki, nə vaxtsa bu sənədlər, kitablar, fotoşəkillər mənim sənədli filmimin çəkilməsində başlıca rol oynayacaq”. 
C.Qasımov deyib ki, Hacı Zeynalabdin Tağıyev barədə çəkilən “100 illik şərəfli ömür” filmi artıq Avropadan, ABŞ-dan 19 mükafat alıb.
Ssenarisi üzərində 3 aydan çox işlədiyini söyləyən C.Qasımov həm tələbəlik illərində, həm də sonradan əldə etdiyi məlumatların onda əminlik yaratdığını vurğulayıb. “Elə bu məqsədlə 36 dəqiqəlik bədii-sənədli filmdə əsas kadrların 30 faizini o dövrdəki köhnə kadrlar təşkil edir. Bu kadrlar Almaniyadan əldə olunub və Rusiyanın Sankt-Peterburq şəhərində yenidən canlandırılıb. Bütün bunlar əsasən beynəlxalq festivallar üçün nəzərdə tutulub”.
Ssenarist əlavə edib ki, ekran əsərində Hacı Zeynalabdin Tağıyevin Stalinlə görüşlərindən, Nobel qardaşlarının ən böyük rəqiblərindən birinin Hacı Zeynalabdin olmasına baxmayaraq, ata Nobelin Hacıya böyük hörmətindən, onun reallaşdırdığı bütün xeyriyyə işlərində Nobel qardaşlarının iştirakından söhbət açılır. Həmçinin, Hacının Musa Nağıyevlə dostluğuna da filmdə xüsusi yer ayrılıb. Ekran əsərində Bakıda XX əsrin əvvəllərində baş verən tarixi hadisələrə də toxunulur.
Redaktoru Əkbər Qoşalı olan sənədli filmdə mətni Xalq artisti Eldost Bayram oxuyub.