Təhsil Şöbəsinin keçmiş müdiri dünyasını dəyişdi – KORONAVİRUSDAN / FOTO
26-06-2020 17:18
Baxış sayı:
1696

Laçın Rayon Təhsil Şöbəsinin keçmiş müdiri, Əməkdar müəllim Şahlar Xəlilov koronavirusdan vəfat edib.
Muxalifet.az report-a istinadən xəbər verir ki, o, 72 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Şahlar İsa oğlu Xəlilov 1948-ci ilin aprel ayının 10-da Laçın rayonunun Ərəb kəndində anadan olub. Uzun müddət təhsil sahəsində çalışıb, Laçın Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsində işləyib.
Prezident İlham Əliyevin 2011-ci ilin oktyabr ayında imzaladığı sərəncam ilə “Əməkdar müəllim” fəxri adına layiq görülüb.
Allah rəhmət eləsin!