Tələbə qız atraksiondan yıxıldı, REANİMASİYADADIR - Azərbaycanda ŞOK HADİSƏ
17-09-2019 11:45
Baxış sayı:
8764

Ötən gün Şəkidə əyləncə mərkəzində atraksiondan yıxılan qız əməliyyat olunub.
2003-cü il təvəllüdlü X.Durmuşova Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ağır xəsarətlər alan qız dərhal əməliyyata alınıb.
Sidik kisəsinin əməliyyatı üçün Şəkiyə Bakıdan həkimlər çağırılıb. Hazırda vəziyyəti ağır orta olan X.Durmuşova reanimasiya şöbəsində müalicə alır.
Xatırladaq ki, X.Durmuşova Şəki Pedaqoji Kollecinin tələbəsidir. //trend