Tramp keçmiş müşavirinin həbsi haqda - “ÇOX KƏDƏRLƏNDİM”
21-08-2020 01:24
Baxış sayı:
2838

ABŞ Prezidenti Donald Tramp keçmiş müşaviri Steve Bannonun həbsinə münasibət bildirib.
"Reuters"in verdiyi xəbərə görə, Tramp bu xəbərdən pis olduğunu deyib: "Çox kədərlənirəm. Uzun müddət idi ki, onunla heç bir əlaqəm yox idi. ...Bu, Bannon üçün çox kədərlidir".
ABŞ Prezidenti əlavə edib ki, onun maliyyə toplayan bu donor təşkilatdan da heç bir xəbəri olmayıb.
Qeyd edək ki, Donald Trampın sabiq müşaviri Steve Bannon dələduzluqda ittiham olunaraq həbs olunub. Bannon və onun 3 şəriki ABŞ-Meksika sərhəd divarının tikintisinə dəstək vermək adı ilə "Biz Divar Tikirik" kampaniyası başladaraq donorlardan 25 milyon dollardan çox pul toplayıb.