Türkiyə ordusu Afrin əməliyyatı ÜÇÜN ƏMR GÖZLƏYİR

Türkiyə Silahlı Qüvvələri (TSK), İdlib şəhər mərkəzinin şimal-şərqində Afrin sərhədlərində Simon Qalasına yerləşdi.
TSK bununla da İdlib ilə PYD / YPG nəzarətindəki Afrin arasındakı xətti tamamilə cənubdan nəzarət altına aldı.
SİMON QALASI ÇOX STRATEJİ BİR YERDİR
Bir yandan müşahidə nöqtələrinin yaradılması, diğər yandan da Afrinə əməliyyat hazırlıqları çərçivəsində İdlibə əsgər ve zirehli texnikalar daşınmaqdadır. Daha əvvəl Salve kəndinə yerləşdirilən TSK, indi də Daret İzza bölgəsinə yerləşdi. 80 əsgərin Simon Qalasında gözətçi nöqtəsi yaratdığı da bildirildi.Simon Qalasından bir neçə kilometr məsafədə PYD / YPG'li terroristlər yerləşirlər.
SƏRHƏDDƏ YIĞINAQ
Habertürk-ün xəbərinə görə, TSK Afrinin qərbində yerləşən Hatay və Şimali Kilis sərhəd xəttində hərbi təhcizat işlərini tamamladı. Bununla da dörd tərəfdən mühasirəyə alınan Afrinə əməliyyatı başlamaq üçün prezident Ərdoğanın əmri gözlənilir.
Müxalifət.az