Türkiyədə seçici qutularının 100 faizi açıldı - ƏRDOĞAN "BALKON ÇIXIŞI" ETDİ / VİDEO

Baxış sayı:
12510

Türkiyədə prezident seçkilərinin ikinci turunda seçki qutularının 100 faizi artıq açılıb.

Muxalifet.az xəbər verir ki, "Anadolu" agentliyinin açıqladığı ilkin nəticələrə əsasən, Cümhur İttifaqının namizədi Rəcəb Tayyib Ərdoğan seçicilərin 52.16%-nin (27,715,289), Millət İttifaqının namizədi Kamal Kılıçdaroğlu isə 47.89%-nin (24,812,182) səsini qazanıb.

Qeyd edək ki, hazırda Ərdoğan ənənəvi "balkon çıxışı"nı yekunlaşdırdı.

*** 00:02

Türkiyənin Mərkəzi Seçki Komissiyasının (YSK) sədri Əhməd Yener prezident seçkilərinin ikinci turunun nəticələri ilə bağlı açıqlama verib.

O, Rəcəb Tayyib Ərdoğanın prezident seçildiyi bildirib.

Onun sözlərinə görə, Ərdoğan 52,14, Kamal Kılıçdaroğlu isə 47,86% səs qazanıb.

Yener hələ sayılmayan səslərin nəticəyə təsir etməyəcəyini vurğulayıb.

Türkiyədə prezident seçkilərinin ikinci turunda seçki qutularının 96,60 faizi açılıb.

Muxalifet.az xəbər verir ki, "Anadolu" agentliyinin açıqladığı ilkin nəticələrə əsasən, Cümhur İttifaqının namizədi Rəcəb Tayyib Ərdoğan seçicilərin 52.24%-nin (25,502,805), Millət İttifaqının namizədi Kamal Kılıçdaroğlu isə 47.76%-nin (24,231,515) səsini qazanıb.

*** 20:31

Türkiyədə prezident seçkilərinin ikinci turunda seçki qutularının 95,24 faizi açılıb.

Muxalifet.az xəbər verir ki, "Anadolu" agentliyinin açıqladığı ilkin nəticələrə əsasən, Cümhur İttifaqının namizədi Rəcəb Tayyib Ərdoğan seçicilərin 52.34%-nin (25,053,805), Millət İttifaqının namizədi Kamal Kılıçdaroğlu isə 47.66%-nin (23,389,515) səsini qazanıb.

*** 20:12

Türkiyədə prezident seçkilərinin ikinci turunda seçki qutularının 87,55 faizi açılıb.

Muxalifet.az xəbər verir ki, "Anadolu" agentliyinin açıqladığı ilkin nəticələrə əsasən, Cümhur İttifaqının namizədi Rəcəb Tayyib Ərdoğan seçicilərin 52.93%-nin (24,053,805), Millət İttifaqının namizədi Kamal Kılıçdaroğlu isə 47.07%-nin (21,389,515) səsini qazanıb.

*** 20.00

Türkiyədə prezident seçkilərinin ikinci turunda seçki qutularının 82.64 faizi açılıb.

Muxalifet.az xəbər verir ki, "Anadolu" agentliyinin açıqladığı ilkin nəticələrə əsasən, Cümhur İttifaqının namizədi Rəcəb Tayyib Ərdoğan seçicilərin 53.41%-nin (22,733,801), Millət İttifaqının namizədi Kamal Kılıçdaroğlu isə 46.59%-nin (19,830,274) səsini qazanıb.

*** 19:54

Türkiyə prezident seçkilərinin ikinci turunda seçki qutularının 79,9 faizi açılıb.

    Muxalifet.az xəbər verir ki, ilkin nəticələrə əsasən, Cümhur İttifaqının namizədi Rəcəb Tayyib Ərdoğan seçicilərin 53,70%-nin (19,668,319), Millət İttifaqının namizədi Kamal Kılıçdaroğlu isə 46,30%-nin (16,504,628) səsini qazanıb.

    *** 19:52

    Türkiyə prezident seçkilərinin ikinci turunda seçki qutularının 71,5 faizi açılıb.

      Muxalifet.az xəbər verir ki, ilkin nəticələrə əsasən, Cümhur İttifaqının namizədi Rəcəb Tayyib Ərdoğan seçicilərin 54,37%-nin (19,668,319), Millət İttifaqının namizədi Kamal Kılıçdaroğlu isə 45,63%-nin (16,504,628) səsini qazanıb.

      *** 19:47

      Türkiyə prezident seçkilərinin ikinci turunda seçki qutularının 66,7 faizi açılıb.

        Stopnarkotik.az xəbər verir ki, ilkin nəticələrə əsasən, Cümhur İttifaqının namizədi Rəcəb Tayyib Ərdoğan seçicilərin 54,78%-nin (18,335,319), Millət İttifaqının namizədi Kamal Kılıçdaroğlu isə 45,22%-nin (15,133,628) səsini qazanıb.

        *** 19:39

        Türkiyə prezident seçkilərinin ikinci turunda seçki qutularının 55,1 faizi açılıb.

        Muxalifet.az xəbər verir ki, ilkin nəticələrə əsasən, Cümhur İttifaqının namizədi Rəcəb Tayyib Ərdoğan seçicilərin 55.80%-nin(15,034,921 səs), Millət İttifaqının namizədi Kamal Kılıçdaroğlu isə 44.20%-nin (11,910,058 səs) səsini qazanıb.

          *** 19:18

          Türkiyə prezident seçkilərinin ikinci turunun ilkin nəticələri açıqlanır.

          Muxalifet.az xəbər verir ki, bu barədə “Anadolu Agentliyi“ məlumat yayıb.

          Qeyd olunub ki, seçki qutularının 42.78%-i açılıb. ilkin nəticələrə əsasən, “Cümhur İttifaqı”nın namizədi Rəcəb Tayyib Ərdoğan seçicilərin 57, 09% (11.499.994), “Millət İttifaqı”nın namizədi Kamal Kılıçdaroğlu isə 42,91%-nin (8.642.542 ) səsini qazanıb.

          ***

          Türkiyədə prezident seçkilərinin ikinci turu üzrə səsvermə başa çatıb.

          Muxalifet.az xəbər verir ki, yerli vaxtla saat 17:00-da bütün seçki məntəqələrində səsvermə yekunlaşıb və məntəqələr bağlanıb.

          Hazırda səslərin sayılmasına başlanılır.

          İlkin nəticələrin bir qədər sonra açıqlanacağı gözlənilir.

          Qeyd edək ki, səsvermə yerli vaxtla səhər saat 08:00-da başlamışdı.

          Türkiyədə prezident seçkilərinin II turunda səsvermə başa çatıb - FOTO - YENİLƏNİB

          *** 14:20

          “Bütün vətəndaşları seçki məntəqələrinə dəvət edirəm”.

          Muxalifet.az xəbər verir ki, bunu “Millət İttifaqı”nın prezidentliyə namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu prezident seçkilərinin ikinci turu üzrə səs verdikdən sonra jurnalistlərə açıqlamasında deyib.

          O bildirib ki, seçki prosesi gərgin mühitdə davam edir: “Səs verən bütün vətəndaşlara təşəkkür edir, minnətdarlığımı bildirirəm”.

          *** 13:45

          Türkiyədə prezident seçkilərinin II turunda səsvermə başa çatıb - FOTO - YENİLƏNİB

          “Türkiyə seçki prosesinin ilk mərhələsini müdrik formada başa vurdu”.

          Muxalifet.az xəbər verir ki, bunu ölkənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı prezident seçkilərinin ikinci turunda səs verdikdən sonra jurnalistlərə açıqlamasında deyib.

          O bildirib ki, Türkiyənin yaradılmasının yeni əsrinin ilk seçki sınağı bu gün başa çatacaq: “Seçkilərin nəticəsinin uğurlu olmasını arzulayıram”.

          *** 13:21

          “Türkiyə tarixində ilk dəfədir ki, prezident seçkiləri ikinci tura qalıb”.

          Muxalifet.az xəbər verir ki, bunu Türkiyə Prezidenti, “Cümhur İttifaqı”nın prezidentliyə namizədi Rəcəb Tayyib Ərdoğan prezident seçkilərinin ikinci turu üzrə səs verdikdən sonra jurnalistlərə açıqlamasında deyib.

          O bildirib ki, seçicilərin fəallığı kifayət qədər yüksəkdir.

          R.T.Ərdoğan bir daha seçiciləri səsvermədə daha fəal iştirak etməyə çağırıb: “Arxayınlaşmaq olmaz. Hər kəs səsinə sahib çıxmalıdır”.

          *** 13:03

          “Bu seçkilərin nəticəsinin ölkəmiz və millətimiz üçün xeyirli olacağına, həmçinin buna töhfə verəcəyimizə ümid edirəm”.

          Bunu Türkiyədə prezidentliyə keçmiş namizəd Sinan Oğan prezident seçkilərinin ikinci turu üzrə səs verdikdən sonra jurnalistlərə açıqlamasında deyib.

          S.Oğan bildirib ki, bu seçkilər həm də insanlara qərarlarına görə təzyiq etməyin, onların demokratik hüquqlarını əllərindən almağa çalışmağın hansı problemlərlə nəticələnə biləcəyini göstərmək baxımından çox vacibdir: “Odur ki İYİ Parti sədri Meral Akşenerə, prezidentliyə keçmiş namizəd Muharrem İnceyə qarşı təzyiqləri qınadığımı bir daha diqqətə çatdırıram. Bu seçki digər seçkilərdən fərqli olaraq təzyiq kampaniyasının nə qədər zərərli olduğunu göstərdi”.

          *** 11:18

          Türkiyədə prezident seçkilərinin ikinci turu üzrə səsvermə başlayıb. Mayın 28-də yerli vaxtla səhər saat 08:00-da seçki məntəqələri açılıb.

          Prezident vəzifəsi uğrunda 2 namizəd mübarizə aparır. Bunlar “Cümhur İttifaqı”nın namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri, hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğludur.

          “Cümhur İttifaqı”nda Ədalət və İnkişaf Partiyası, Milliyyətçi Hərəkat Partiyası, Böyük Birlik Partiyası, Yenidən Rifah Partiyası, Hür Dava Partiyası və Demokratik Sol Partiyası birləşib.

          “Millət İttifaqı”nda Cümhuriyyət Xalq Partiyası, İYİ Partiya, Səadət Partiyası, Gələcək Partiyası, Demokrat Partiyası və Demokratiya və İnkişaf Partiyası (DEVA) təmsil olunur.

          Səsvermə yerli vaxtla saat 17:00-da başa çatacaq.

          Yüksək Seçki Komissiyası səsvermə bitəndən sonra ilkin nəticələri açıqlamağa başlayacaq.

          Xatırladaq ki, mayın 14-də baş tutan seçkilərdə prezidentliyə namizədlərdən heç biri 50 %-dən çox səs toplamadığı üçün bu gün səsvermənin ikinci turu keçirilir. Bu mərhələdə “Cümhur İttifaqı”nın prezidentliyə namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri və hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu mübarizə aparacaq. İkinci turda ən çox səs toplayan namizəd növbəti 5 il üçün Türkiyə Prezidenti seçiləcək.

          Qeyd edək ki, ilk turda Türkiyənin hazırkı Prezidenti Rəcəb Tayyib Ərdoğan 49,51 %, müxalifət lideri isə 44,88 % səs toplayıb.

          “Ata İttifaqı” siyasi blokunun namizədi Sinan Oğan 5,17 % səs yığıb. Seçkilərə bir neçə gün qalmış prezidentlik yarışından geri çəkildiyini elan edən Məhərrəm İncə isə seçicilərin 0,43 faizinin etimadını qazanıb.

          S.Oğan ikinci turda R.T.Ərdoğanı dəstəkləyəcəyini açıqlayıb.

          *** 01:23

          Bu gün Türkiyədə prezident seçkisinin ikinci turuna start veriləcək. Seçkidə iki rəqib var, biri Cümhur İttifaqının prezidentliyə namizədi, hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan, digəri isə Millət İttifaqının prezidentliyə vahid namizədi, CHP sədri Kemal Kılıçdaroğludur.

          Qeyd edək ki, mayın 14-də Türkiyədə prezident və parlament seçkiləri keçirilib. Parlament seçkisində Cümhur İttifaqı 323 yerlə parlamentdə çoxluq qazanıb.

          Prezident seçkisinə gəlincə, ilk turda Rəcəb Tayyib Ərdoğan 49,51 faiz, müxalifət lideri isə 44,88 faiz səs toplayıb.

          Ata İttifaqı siyasi blokunun namizədi Sinan Oğan 5,17% səs yığıb.

          Rəcəb Tayyib Ərdoğanın səs faizi çox olsa da, ilk turda qalib gəlmək üçün lazım olan 50%+1 səs baryeri keçilmədiyinə görə seçki ikinci tura qalıb.

          Sinan Oğan ikinci turda Rəcəb Tayyib Ərdoğanı, Ata İttifaqında təmsil olunan digər siyasətçi Ümit Özdağ isə Kemal Kılıçdaroğlunu dəstəkləyəcəyini bəyan edib.