“Ukraynaya dəstək verməyə hazırıq” - ƏRDOĞAN

Baxış sayı:
805

Türkiyə Ukraynanın ərazi bütövlüyünü və suverenliyini hər zaman dəstəkləyir. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna lideri Vladimir Zelenski ilə keçirdiyi birgə mətbuat konfransında deyib.

“Krımın ilhaqını tanımama qərarımızı bir daha təsdiqlədiq", - deyə Ərdoğan vurğulayıb ki, Qara dəniz sülh və sabitlik dənizi olmalıdır.

Türkiyə Prezidenti onu da qeyd edib ki, Ukraynanın şərqindəki gərgin vəziyyət diplomatik əsaslarla həll olunmalıdır: "Ukraynaya dəstəyimizi verməyə hazırıq. Mövcud böhran diplomatik yollarla sülh şəraitində həll edilməlidir. Narahatedici gərginləşmənin qısa zamanda başa çatmasını və atəşkəsin davam etməsini arzulayırıq”.