Xaçmazda ağır qəza: 4 nəfər xəsarət aldı
13-05-2018 20:48
Baxış sayı:
856

Xaçmaz rayonu ərazisində yol nəqliyyat hadisəsi qeydə alınıb.
Muxalifet.az-ın verdiyi məlumata, hadisə Gəndob-Yalama yolunun 25-ci km-də baş verib.
"Opel" markalı avtomaşınla "VAZ 2109" markalı maşın toqquşub. Qəza nəticəsində 4 nəfər müxtəlif bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.