XARİCDƏ OTURUB, AZƏRBAYCAN DÖVLƏTİNƏ QARŞI FƏALİYYƏT GÖSTƏRƏN ŞƏBƏKƏ – “Sapı özümüzdən olan baltalar” ölkədə xaos yaratmağa çalışırlar

Son günlər ABŞ-da polis tərəfindən qaradərili Corc Floydun öldürülməsi dünya mətbuatını lərzəyə gətirdi. Əslində, bu hadisə demokratiyanın beşiyi sayılan ABŞ-da ilk hadisə deyildi. Belə ki, Alabama Tuskegee Universitetinin statistik araşdırmasına görə, 2015-ci il ABŞ-da qaradərilərin öldürüldüyü ən çox ildir.
Statistikaya görə, ABŞ-da 1880-1960-cı illər arasında qaradərilərlə ağdərili vətəndaşların eyni məkanlarda olması barədə qadağalara rəğmən, həmin illərdə belə afroamerkan vətəndaş öldürülməyib. Həmin illərdə 2 min 911 qaradərili öldürülüb ki, bu da ildə 39 nəfər nəfər edir. Ən çox ölümfaktı 1892-ci ildə baş verib ki, həmin vaxt da qətl olunanların sayı 161 nəfərdir.
2015-ci ildə ABŞ polisi 258, 2016-cı ildə isə 123 nəfər qaradərili vətəndaşı qətl edib.
Bu satistikanı hazırlayan bizlər deyilik. Təbii ki, adı məlum olan universitet tərəfindən hazırlanıb. İndi bir baxın! Demokratiyanın beşiyi sayılan ABŞ-da dərinin rənginə görə polis səninlə qaba davrana və hətta öldürə bilər. Budur demokratiya?
Cənablar, əgər demokratiya insanları irqə və ya dərinin rənginə görə bölməkdirsə, belə demokratiyanı nə insan toplumları, nə də hər hansı millət qəbul edər. Lakin hər il “Human Rights Watch” hesabat hazırlayaraq Azərbaycanda repressiyaların gücləndiyini yazır. Guya Azərbaycan höküməti öz tənqidçilərinə qarşı repressiyalar həyata keçirib, həbs edilənlər ağır işgəncələrə məruz qalıb. Həbs edilənlər siyasi düşüncəsinə görə, yüzlərlə adam məhbəs həyatı yaşayır. Əslində isə vəziyyət necədir? Avropa və ABŞ-da bəzi fondlar var ki, adı İnsan Hüquqlarına dəstək fondu kimi qeyd edilir, əslində isə, Azərbaycanda təxribatla məşğul olan bir neçə qrupa maliyyə ayırır. Maliyyə ayrılan şəxslər və qruplar da Azərbaycan dövlətinə və dövlətçiliyinə böhtan kompaniyasında iştirak edirlər və Azərbaycanın dövlətçilik maraqlarını Qərbə satmaqdan çəkinmirlər. Dəstək fondunu idarə edən şəxslər də Avropada oturaraq müxtəlif saytlar və internet tv-lər yaradaraq milləti daxildən parçalamaq, ölkədə qarşıdurma yaradaraq, vətəndaş müharibəsinə sürükləməkdə maraqlıdırlar.
Belə qruplardan biri də, Avropa Azərbaycanlıların Milli Birlik şurasının sədri Qabil Rzayev, Akifə Hüseynova və həyat yoldaşı Şükür Hüseynovdur. O cümlədən, Haqq və Ədalət Asossiasiyasının sədri İlqar Rzayev və qızı Nigar Rzayevlərdir.
Avropada dostlarımızın verdiyi məlumata görə, yuxarıda adlarını çəkdiyimiz şəxslərin “komanda” dedikləri cinayətkar çətə dövlətə və dövlətçiliymizə qarşı “Haqq.tv” yaradıblar. Haqq.tv əslində gənclərimizin beynini yad fikirlərlə yumaqla məşqul olmaqdan ibarətdir. Bu xəyanətkarlar Avropa Azərbaycanlılarının Milli Birlik şurasının sədri Qabil Rzayev və Haqq və Ədalət Asossasiyasının sədri İlqar Rzayevin başçılığı ilə Akifə, Şükür Hüseynovlar və Nigar Rzayevalar qrupudur. Bu tv-də milli düşüncə adı altında Azərbaycan hakimiyyətinin zor gücünə dəyişdirilməsi məqsədi daşıyır. Bəli, milli adət-ənənələrdən danışmaqla cəmiyyətimizin bel sütununu sirlkələməklə məşğuldurlar.
Belə şəxslərin, xalqımızı sevdiklərini dilə gətirməklə öz çirkin niyətlərini Avropadan tv vasitəsi ilə həyata keçirməkdə israrlı olduğu görünür. Xalqımız isə belə şəxslərə inanmır və onların gözəl nitqlərinin altında xəyanətkar ideyalarını qəbul etməyəcək.
Turaninfo.org
P.S. Onu da vurğulamaq yerinə düşər ki, nə vaxtsa, bu şəxslərin Azərbaycana deportasiya olunacağı və qanun qarşısında cavab verəcəkləri qaçılmaz olacaqdır.