YAP-DA "SİYAVUŞ NOVRUZOV ERASI" BİTDİ! - Prezident onun istefasını qəbul etdi

Baxış sayı:
1639

Yeni Azərbaycan Partiyasının (YAP) rəhbərliyi Siyavuş Novruzovun partiyanın İcra katibinin müavini postundan istefasını qəbul edib.

Muxalifet.az xəbər verir ki, bu barədə YAP-ın Mətbuat xidmətindən bildirilib.

Qeyd edək ki, YAP İcra katibinin müavini Siyavuş Novruzov dünən partiyanın Sədri İlham Əliyevə müraciət edərək onu partiyada tutduğu vəzifədən azad etmək barədə xahiş etmişdi.