4 milyonluq dələduzluq işi... - İttiham olunanlardan biri politoloq, digəri alimdir

Baxış sayı:
12163

Politoloq Nahid Aslansoy və gənc alim Sənan Eminov barəsindəki cinayət işinin ibditdai istintaqı yekunlaşıb.

İş baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib. Məhkəmə istintaqı hakim Günel Səmədovanın sədrliyi ilə aparılacaq. 

Adıçəkilən şəxslər Cinayət Məcəlləsinin 178.2.1-ci (Dələduzluq - Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirlir.  

Bu maddədə 4 min manatdan 7 min manatadək miqdarda cərimə və ya 1 ildən 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. 

Mediada gedən məlumatlara görə, təqsirləndirilən şəxslərdən biri - Sənan Eminov ölkədən qaçıb. Onun Mayamidə yaşadığı iddia edilir. 

Sənan Eminov barəsində mediada gedən məlumatlarda bildirilir ki, o, Böyük Britaniyanın London İmperial Kollecində magistratura, 2011-2015-ci illərdə isə London İmperial Kollecində doktorantura pilləsində oxuyub. Doktorantura pilləsini uğurla başa vuraraq bərpaolunan enerji və ətraf mühit mühəndisliyi üzrə doktorluq dissertasiyasını müdafiə edib və alimlik (PhD) dərəcəsinə yüksəlib. İddialara görə, Sənan Eminov 4 milyon manat pul mənimsəyib. 

Nihad Aslansoya gəlincə, o, mediada politoloq kimi təqdim edilir. Lakin onun cinayət işi barədə heç bir məlumata rast gəlinmir. 

Bu işdə daha bir nəfər təqsirləndirilən şəxs var - Məmmədlizadə Mərdan Oruc oğlu. Onun haqqında açıq mənbələrdə heç bir məlumata rast gəlinmir. 

Cinayət işi üzrə 59 nəfər zərərçəkmiş qismində tanınıb. Onların işə düzəltmək adı ilə aldadıldığı bildirilir./qaynarinfo.az