Bakıda dəhşətli olay: vəkil Vəkillər Kollegiyasının qarşısında özünü yandırdı - FOTO

Baxış sayı:
10936

Bakıda vəkil özünü yandıraraq öldürüb.

Muxalifet.az xəbər verir ki, hadisə bu gün saat 19 radələrində Nərimanov rayonu, Üzeyir Hacıbəyov küçəsi 100 ünvanında (Vəkillər Kollegiyasının inzibati binasının qarşısı) qeydə alınıb.

Salyan Vəkil bürosunun vəkili Məmmədov Zaur İsa oğlu üzərinə tezalışan maddə tökərək yandırıb. O, hadisə yerində ölüb.

Hazırda prokurorluq orqanların əməkdaşları hadisə yerini müayinə edir.

Faktla bağlı Nərimanov rayon Prokurorluğunda araşdırma aparılır.