“Kanal 13”ün aparıcısı həbsdən buraxıldı – FOTO

Baxış sayı:
9713

“Kanal 13” internet televiziyasının aparıcısı Rüfət Muradlı yanvarın 1-də həbsdən azad edilib.

Muxalifet.az xəbər verir ki, R.Muradlının 30 sutkalıq inzibati qaydada həbs müddəti başa çatdığından o sərbəst buraxılıb.

Xatırladaq ki, R.Muradlı İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polisin qanuni tələbinə tabe olmama) maddəsi ilə məsuliyyətə cəlb edilmişdi.

Xətai Raon Məhkəməsinin 2 dekabr 2023-cü il tarixli qərarı ilə R.Muradlı 30 sutka inzibati qaydada həbs edilmişdi.