Məhkəmə-hüquq sistemində “inqilabi islahat”: VƏKİLLƏR İTTİHAMIN MÜDAFİƏSİNDƏ!

Baxış sayı:
11623

DİN öz Qarabağ əlilinə qarşı özünə VK -dan yeni vəkil tutub

Vəkillər Kollegiyasının intizam komissiyasının üzvü, fərdi vəkil Əlirza Həbilovun etibarnaməsi olmadan DİN-in nümayəndəsi və vəkili kimi etibarnaməsi olmadan məhkəmə işlərinə çıxıb, DİN-in 1-ci dərəcəli Qarabağ əlilinin Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsi ilə təminat verilən inzibati və məhkəmə təminatı hüququna qadağa qoymasına nə məhkəmə, nə baş prokurorluq, nə insan hüquqları üzrə müvəkkil  ( ombudsman ) , nə də Vəkillər Kollegiyasının özü hüquq qiyməti verir.
DİN -ə gəldikdə isə, baş təşkilat inspeksiya idarəsinin rəis müavini Ruslan Kərimov 18.05.2023 tarixli məktubla bildirib ki, “hazırda qanunvericiliklə müəyyən edilmiş qaydada MƏHKƏMƏLƏRDƏ  (?-M. B. ) Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 31-ci, Mülki Prosessual Məcəlləsinin 74.2 maddələrində göstərilən SƏLAHİYYƏTLƏRİN həyata keçirilməsi VƏKİLLƏR KOLLEGİYASININ üzvü BABAYEV ORXAN QILMAN OĞLUNA DAXİLİ İŞLƏR NAZİRLİYİ TƏRƏFİNDƏN həvalə edilmişdir”. Başqa sözlə, VƏKİL ÖLDÜ, YAŞASIN VƏKİL! (?)
DİN rəsmisinin istinad etdiyi İPM-in 31-ci və MPM-in 74..2 maddələri ittiham, istintaq orqanına məhkəmələrdə 1-ci dərəcəli Qarabağ qazisinə qarşı onun pensiyasının , yəni dövlət büdcəsinin  hesabına VƏKİLLƏ müdafiə olunmaq hüququ verirmi?
İPM-in 31-ci (“Prosessual nümayəndəlik”) maddəsi :” 31.1. İnzibati məhkəmə icraatında proses iştirakçılarının vəkillə təmsil olunmaq hüququ vardır. Dövlət və bələdiyyə orqanları, yaxud hüquqi şəxslər , həmçinin bu Məcəllənin 26.2 maddəsində nəzərdə tutulmuş SƏLAHİYYƏTLİ NÜMAYƏNDƏ vasitəsilə , fiziki şəxslər isə yaxın qohumları vasitəsilə təmsil oluna bilərlər”. Bəs 26.2 maddəsində nəzərdə tutulmuş səlahiyyətli nümayəndə kim ola bilər? İPM-in 26.2 madəsi :” Dövlətin, bələdiyyələrin və ya hüquqi şəxslərin adından prosessual hərəkətləri onların qanunlarla , digər hüquqi aktlarla. ..müəyyən edilmiş səlahiyyətli şəxsləri və ya dövlət və bələdiyyə orqanları, yaxud hüquqi şəxslər tərəfindən xüsusi SƏLAHİYYƏT VERİLMİŞ , ƏSAS İŞ YERİ HƏMİN DÖVLƏT və bələdiyyə orqanı, yaxud hüquqi şəxslər olan İŞÇİLƏRİ həyata keçirirlər. Rəhbəri ilə və ya həmin rəhbər tərəfindən səlahiyyət verilmiş İŞÇİSİ ilə təmsil olunmuş inzibati orqan da DÖVLƏTİN ADINDAN prosessual hərəkətləri həyata keçirə bilər”. Vəkillər Kollegiyasının hər hansı üzvünün dövlət orqanının işçisi ola bilməzliyi vəkilin DİN-in səlahiyyətli nümayəndəsi kimi DÖVLƏTİN ADINDAN PROSESSUAL HƏRƏKƏTLƏRİ ETMƏSİNİNİN yolverilməz , qanunsuz  olduğunu ortaya qoyur.
Biz hələ dövlət orqanının – DİN -in rəhbərinin vəkilə xüsusi  səlahiyyət verməməsini demirik. DİN -in baş təşkilat inspeksiya idarəsinin rəis müavini “Daxili İşlər Nazirliyi tərəfindən” dedikdə bütün DİN-i nəzərdə tutursa, bu mümkünsüzdür. İPM-in 31.2 maddəsi :” Prosessual nümayəndə onun nümayəndəliyini təsdiq edən SƏNƏDİ təqdim etdiyi andan. ..təmsil etdiyi ŞƏXSİN adından bütün prosessual hərəkətləri həyata keçirə bilər. Nə VK-nın intizam komissiyasının üzvü, fərdi vəkil Əlirza Həbilov,  nə də onun DİN-in adından nümayəndəsi Orxan Qılman oğlu Babayev  məhkəməyə nümayəndəliyini təsdiq edən sənədi təqdim etməyib.
MPM-in 73.1 maddəsinə görə, nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir. 73.5-ci maddədə yazılıb ki, vəkilin səlahiyyəti qanunla müəyyən edilmiş qaydada təsdiq edilir.
 DİN rəsmisinin istinad etdiyi MPM-in 74 . 2 maddəsi isə  nümayəndənin səlahiyyəti haqqındadır, səlahiyyətli nümayəndənin VK -nın üzvü olması haqqında yox. Bu maddədə də nümayəndənin səlahiyyətlərinin təmsil olunan tərəfin , konkret halda DİN -in başçısının verdiyi ETİBARNAMƏDƏ xüsusi göstərilməli olması doğrulanıb. Vurğuladığımız kimi, heç bir etibarnamə verilməyib və verilə də bilməz. Nədən “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunun 3 -cü maddəsinə görə, vəkilliyin əsas vəzifələri fiziki və hüquqi şəxslərin hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin müdafiə edilməsindən və onlara yüksək keyfiyyətli hüquqi yardımın göstərilməsindən ibarətdir. Burada dövlət orqanının, özəlliklə istintaq, ittiham orqanı olan DİN-in hüquqlarının  (?), azadlıqlarının (?) və qanunla qorunan mənafelərinin (?) və ona yüksək keyfiyyətli hüquqi yardımın göstərilməsindən söhbət getmədiyi ortadadır .
 Bəs Vəkillər Kollegiyası hansı qanunla,  hansı Konstitusiya ilə DİN-in “hüquq və azadlıqlarının” müdafiəsindədir? Bəyəm bu boyda DİN-in bir peşəkar hüquqçusu yoxdur ki DİN-in “hüquq və azadlıqlarını” iddianı mümkün saydırmamaqla müdafiə etsin? Dövlətin pulunu, dövlətin əlilinin pulunu vəkilə yedirtməklə dövlət hüququ qorunar? Ritorik olsa da, ali dövlət hakimiyyəti orqanları, baş prokuror  cavab verməyə borcludurlar! ..
Məğrur BƏDƏLSOY