“5-Cİ KOLON” İNDİ DƏ PREZİDENTİ ŞANTAJ EDİR

Baxış sayı:
2752

“Nəcməddin Sadıkov prezident İlham Əliyevin əmrlərini icra edir” deyərək, ruspərəst generalı müdafiə edənlərin məqsədi nədir?

N.Sadıkova qarşı yazılanları “erməni təxribatı” və “zabitlərimizi gözdən salmaq üçün aparılan kampaniya” kimi təqdim edənlər də var. Axı, Azərbaycanda Baş qərargah rəisinin istefasını tələb etməyən çox sayda adam olduğu halda, ona hücumları “erməni təxribatı” adlandırmaq nə dərəcədə məntiqlidir?!

On milyonluq Azərbaycanda nə qədər xəyanətkar var imiş. Prezident bir dəstə xəyanətkarı qovur, yerinə təyin etdiyi məmur sinfi səriştəsizliyi ilə sələflərindən daha çox təəccübə səbəb olur. Bir sözlə, Azərbaycanın idarəetmə sistemində bacarıqsız məmur dövriyyəsi hökm sürməkdədir. Ən acınacaqlısı isə odur ki, əksər məmurlar tutduğu vəzifədən uzaqlaşdırıldıqdan sonra da idarəetmə çarxından xaric olunmur. Əksinə, bu və ya digər formada həmin çarxın içində fırlanmağa davam edir, qopma prosesi gerçəkləşmir.

Xalqın dərdinə yanan, özünü xalqdan bilən şəxslərin idarəçilik sisteminə gətirilməsi yerinə, xalqa yuxarıdan aşağı baxan, onu özünə layiq bilməyən, hakimiyyətin mənbəyinin xalq olduğunu “unudan” zatlar hakimiyyətin yuxarı qatlarında təmsil olunur. Görünür ki, idarəçilik eşalonunda inqilabi islahatlar aparılmayınca vəziyyət belə qalacaq və ölkə inkişaf pillələrində “yerində saymağa” davam edəcək.

Bəs, bu “fərasətsiz zatlar”ı hakimiyyət üçün “vazkeçilməz” edən nədir? Doğrudanmı, ölkədə onları əvəz edə biləcək, yeni ideyalara malik və operativ idarəçilik vərdişlərini tətbiq edə biləcək şəxslər yoxdur?

2016-cı ilin Aprel hadisələri və son Tovuz hadisələri nəticəsində Müdafiə Nazirliyindəki ruspərəst qüvvələrdən fərqli olaraq, yüksək çinli vətənpərvər hərbçilərimizin “tələyə salınaraq” şəhid edilməsinin acısını hələ uzun zaman yaşayacağıq. Xüsusən də bu xəyanətin Nəcməddin Sadıkova uzanması haqda informasiyalar xalqın qəzəbini daha da körüklədi. Təsadüfi deyil ki, istər mətbuatda, istər də sosial şəbəkələrdə onun istefa tələblərinin sayı sürətlə artmaqdadır.

Doğrudur, son günlər N.Sadıqovun müdafiəçiləri də meydana çıxıb. Hakim partiyanın yetkili ismi Siyavuş Novruzov da daxil olmaqla, bəzi şəxlər hesa edir ki, “Nəcməddin Sadıkovun haqqında gedən söhbətlər qaralama kompaniyasıdır”. Maraqlıdır, bu adamlar xəyanət faktının araşdırılması üçün niyə bu qədər canfəşanlıq etmirlər? Kimlərinsə xəyanəti üzə çıxacaq deyə, onun ətrafında “müdafiə səddi” yaratmaq nə vaxtdan dövlət maraqlarına xidmə edir?!

Ən qəribəsi odur ki, N.Sadıkova qarşı yazılanları “erməni təxribatı” və “zabitlərimizi gözdən salmaq üçün aparılan kampaniya” kimi təqdim edənlər də var. Axı, Azərbaycanda Baş qərargah rəsinin istefasını tələb etməyən çox sayda adam olduğu halda, ona hücumları “erməni təxribatı” adlandırmaq nə dərəcədə məntiqlidir?! Digər tərəfdən, şərəfli zabitlərimizin içəridən ötürülən məlumatla xaincəsinə öldürülməsi təxribat deyilmi? Onların hələ müharibə fazasına keçməmiş, naməlum şəraitdə öldürülməsi təxribat deyilmi?

Maraqlıdır ki, Nəcməddin Sadıkovun anti-milli fəaliyyətini prezident İlham Əliyevin “ayağına yazmaq” istəyənlər də var. İddia olunur ki, “Nəcməddin Sadıkov Silahlı Qüvvələrin Baş Qərargah rəisi olaraq Ali Baş komandan İlham Əliyevin əmrlərini icra edir və prezidentin göstərişlərindən kənara çıxmır”. Eynən, vaxtilə keçmiş daxili işlər naziri Ramil Usubov da bir sıra cinayətləri üzə çıxan zaman, “mən bunu prezident Heydər Əliyevin tapşırıqları ilə etmişəm”, – deyə, ölkə rəhbərliyini şantaj etmişdi. Görünən odur ki, indi də bəlli qüvvələr N.Sadıkovu xilas etmək üçün ölkə başçısını şantaj etmək niyyətinə düşüblər.

Eyni məntiqlə son günlər vəzifədən azad olunan mədəniyyət naziri Əbülfəs Qarayevi də, Elmar Məmmədyarovu da, eləcə də digər korrupsioner məmurları da vəzifəyə prezident İlham Əlyev təyin edib deyə, ölkə başçısını ittiham etməliyik? Axı, prezidenti onlara “gedin rüşvət alın, korrupsiya ilə məşğul olun deyirdisə”, niyə onları vəzifədən çıxarırdı?!


 


Çoxları düşünür ki, bu “zəhərli göbələyi” qopartmaqla hər şey bitəcək. Amma işin gedişi göstərir ki, bu cür mikroorqanizmlər hörümçək toru kimi dövlətin strukturlarını işğal ediblər. Azərbaycanda hökumətin dirəkləri hələ də onların əlindədir. Özlərini o dərəcədə güclü hesab edirlər ki, hətta öz pis əməllərini prezidentin adına çıxmaqdan belə, ehtiyat etmirlər


Şübhəsiz, prezident ona tövsiyyə edilən və məsləhət görülən kadrları təyin edir və bunun məsuliyyətini “tövsiyyə edənlər” daşıyır. Çox maraqlıdır ki, xalqın içində etimadını itirmiş belə kadrlar “vurulduqca”, etiraz səsi parlamentdən, deputatlardan, müxtəlif ekspertlərdən çıxır. Halbuki, onların özləri də yaxşı bilirlər ki, “böyük qardaş”ın ölkəni sarmaşıq kimi saran xəyanət şəbəkəsi xərçəng xəstəliyi kimi idarəetmə aparatını və dövlətə Qarabağ müharibəsinqə qələbə qazandırmalı olan qurumları bürüyüb.

Konkret olaraq Nəcməddin Sadıkov məsələsində prezidentin adının hallandırılması, şübhəsiz, Rusiyaya xidmət edən bəlli qüvvələrin dövləti gözdən salmaq, 14 iyul tarixində baş tutmayan çirkin niyyətlərinin qisasını almaqdan başa bir şey deyil. Amma hadisələrə Sadıkovu müdafiə edənlərin məntqindən yanaşsaq, onda belə düşünməliyiki ki, “beşinci kolon”un vəzifədən uzaqlaşdırılan ağsaqqalı da dövlətin çiçəklənməsində əvəzsiz rol oynayıb. Halbuki təşbehlə təsvir etsək, onu akademiyanın başında duran “zəhərli göbələyə” bənzədə bilərik.

Çoxları düşünür ki, bu “zəhərli göbələyi” qopartmaqla hər şey bitəcək. Amma işin gedişi göstərir ki, bu cür mikroorqanizmlər hörümçək toru kimi dövlətin strukturlarını işğal ediblər. Azərbaycanda hökumətin dirəkləri hələ də onların əlindədir. Özlərini o dərəcədə güclü hesab edirlər ki, hətta öz pis əməllərini prezidentin adına çıxmaqdan belə, ehtiyat etmirlər.

Ölkədə durmadan rus məktəbləri artır və bu məktəblər məlum xain şəbəkəsi üçün “əsgər” yetişdirir. Odur ki, problemin həlli üçün ilk növbədə bu məsələdən başlamaq lazımdır. Yoxsa, hansısa “zəhərli göbələyi” qoparmaqla müsbət nəticəyə nail olmaq mümkün deyil, birini qoparacaqsan, yerindən ikisi, üçü çıxacaq.

Ülviyyə ŞÜKÜROVA,
Hurriyyet.org