AGENTLİK ƏMƏKDAŞLARI İLƏ MÜHAFİZƏÇİLƏR ARASINDA DAVA – Sədərək Ticarət Mərkəzində olay / VİDEO

Baxış sayı:
494

Sədərək Ticarət Mərkəzində Dövlət Reklam Agentliyinin əməkdaşları ilə mərkəzin mühafizəçiləri arasında əlbəyaxa dava düşüb.

Muxalifet.az teleqram kanallarında yayılan məlumatlara istinadla xəbər verir ki, hadisəyə səbəb agentlik əməkdaşlarının ticarət mərkəzində yerləşən reklam lövhələrini sökmək istəməsi olub.

İddialara görə, reklam lövhələrinin sökülməsinə qarşı çıxan mühafizəçilər agentlik əməkdaşları arasında mübahisə yaranıb. Daha sonra agentlik əməkdaşları ticarət mərkəzinin ərazisindən çıxarılıblar.

Hadisə ilə bağlı Dövlət Reklam Agentliyi və Sədərək Ticarət Mərkəzi tərəfindən hələlik rəsmi açıqlama verilməyib.

DİN-in Mətbuat xidmətinin əməkdaşı Elbrus İbrahimov isə mətbuata bildirib ki, Qaradağ RPİ-nin İstintaq Şöbəsində hadisənin təfərrüatı ilə bağlı araşdırma aparılır: “Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertizalar təyin edilib. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək”.

 

Onu da qeyd edək ki, Dövlət Reklam Agentliyinin əməkdaşları ilə mərkəzdə reklam löhvələrini sökməsi sahibkarların da narazılığına səbəb olub. Bununla bağlı dünən Xəzər TV-də efirə gedən reprtajı təqdim edirik: