Alimlər ağır COVID-19 xəstələrindəki çatışmazlığı müəyyənləşdirdilər
17-07-2020 09:20
Baxış sayı:
918

Fransız alimləri COVID-19-a yoluxmuş pasiyentlərdə rast gəlinən ümumi simptomu tapıblar.
Bu barədə “Science” jurnalı yazıb.
Alimlər süni tənəffüs cihazında olan 50 koronavirus xəstəsinin vəziyyətini tədqiq ediblər. Onlar pasiyentlərdə interferon çatışmazlığını (viruslarla mübarizə üçün orqanizmdən ayrılan zülal) və gücü iltihabı aşkar ediblər.
Qeyd edilir ki, ən ağır pasiyentlərdə orqanizmdə infeksiyanın yayılmasını yavaşıdan I tip interfer çatışmazlığı müşahidə olunub./report