Axtarış

The search found 105712 results in 0.026 seconds.

Search results

  1. İham Əliyev: Qarabağ - Azərbaycandır. Və nida işarəsi

    “Qarabağ – Azərbaycandır. Və nida işarəsi”.

    Yeni Sabah xəbər verir ki, bu sözləri Soçidə “Valday” Beynəlxalq Diskussiya Klubunun iclasının plenar sessiyasında iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib. Prezident çıxışında bildirib:

    “Daimi müzakirə mövzularından biri Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həllidir. Rusiya vasitəçilik mandatı olan ATƏT-in Minsk qrupunun həmsədrlərindən biridir. Qeyd etməliyəm ki, 25 ildən artıq müddətdir ki, Dağlıq Qarabağ və Azərbaycanın daha 7 rayonu erməni işğalı altındadır.

    Muxalifet - 3-10-2019

  2. İNANILMAZ GÖRÜNTÜ: 5 metrlik ilan turistlərə şok yaşatdı - Video

    Cənubi Afrikada ciplə gəzintiyə çıxan turist qrupu böyük piton ilanının hücumundan qaçaraq xilas olub.
    Muxalifet.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, hadisə Durban şəhərinin yaxınlığında torpaq yolda baş verib. Öndə olan maşının qoşqusundakı qayığın altında gizlənmiş 5 metrlik ilan anidən ordan çıxaraq turistlərə qorxulu anlar yaşadıb. 

    Muxalifet - 3-10-2019

  3. “Düdelanj” - “Qarabağ”: start heyətlər açıqlandı - YENİLƏNİR

    "Qarabağ" və "Düdelanj" (Lüksemburq) komandalarının UEFA Avropa Liqasında qrup mərhələsinin II tur oyunu üçün start heyətləri açıqlanıb.

    Komandalar meydana aşağıdakı "11-lik"lə çıxacaqlar:

    "Düdelanj": 1.Conatan Juber (k), 5.Tom Şnell, 8. Mario Pokar, 9. Daniel Sinani, 10. Dominik Stols, 16. Thibaut Lesquoy 20. Mikael Qaros, 22. Antoine Bernye, 34. Məhəmməd Buçuari, 77. Sabir Bouqrine 98. Loren Mendi.

    Muxalifet - 3-10-2019

  4. Prezidentin Qarabağdan danışdığı sessiyada Elmar Məmmədyarov yuxuladı – FOTOLAR

    Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Soçidə “Valday” Beynəlxalq Diskussiya Klubunun iclasının plenar sessiyasında iştirak edir. Demokrat.az xəbər verir ki, məhz bu iclasda dövlət başçısı mühüm mesajlar verdi və sessiyada "Qarabağ - Azərbaycandır. Və nida işarəsi" kimi qətiyyətli çıxışı ilə yadda qaldı. Lakin bütün bu hadisələr baş verdiyi iclas zalında Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov vaxtını mürgüləməklə keçirir.

    Muxalifet - 3-10-2019

  5. Bakıda yanğın: 2 nəfər zəhərləndi, 15 nəfər təxliyə olundu

    Bakının Nizami rayonunda çoxmərtəbəli yaşayış binasının doqquzuncu mərtəbəsində ümumi sahəsi 80 m² olan 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 18 m² sahədə yanıb, yüksək temperaturdan mətbəxin lambirindən ibarət tavanı 12 m² sahədə əriyib. 
    Məlumata görə, yanğın zamanı 2 nəfər tüstüdən zəhərlənib (ilkin tibbi yardım göstərilib), 15 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. 
    Mənzilin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

    Muxalifet - 3-10-2019

  6. Paşinyana ŞOK SÖZLƏR: Saqqallı... - FOTO

    Rusiyanın “News Media” Nəşriyyat Evinin erməni əsilli rəhbəri Aram Qabrelyanov Ermənistan Baş Nazirini “saqqallı təlxək” adlandırıb.

    Qabrelyanov bu haqda özünün “Facebook” səhifəsində bildirib.

    O, Ermənistanın keçmiş polis rəisi Valeri Osipyanın Baş Nazirin müşaviri vəzifəsindən istefa verməsi barədə xəbəri paylaşaraq belə bir şərh yazıb:

    Muxalifet - 3-10-2019

  7. Vilayət Eyvazovdan yeni - Təyinat

    Bərdə Rayon Polis Şöbəsinə yeni bölmə rəisi təyin edilib.

    Muxalifet.az "Oxu.Az"a istinadən xəbər verir ki, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun müvafiq əmri ilə Rauf Heydərov Bərdə Rayon Polis Şöbəsinin cinayət-axtarış bölməsinə rəis təyin olunub.

    R.Heydərov bu vəzifəyə qədər Lənkəran Rayon Polis Şöbəsinin cinayət-axtarış bölməsində əməliyyat müvəkkili işləyib.

    Muxalifet - 3-10-2019

  8. Aşıq Samirə: Millətin gözü önündə hədiyyə etdiyim üzüyü necə geri ala bilərəm?

    Əməkdar artist Samirə Əliyevanın “5-də 5” proqramında barmağına taxdığı üzük söz-söhbətə səbəb olub.
     

    Muxalifet - 3-10-2019

  9. Elmar Vəliyevin yeni FOTOsu

    Gəncə şəhərinin keçmiş icra başçısı Elmar Vəliyevin yeni görüntüsü yayılıb. “Ölkə.Az” xəbər verir ki, fotonu E.Vəliyevin oğlu Elmir Vəliyev sosial şəbəkədə paylaşıb. Bu gün 59 yaşı tamam olan Elmar Vəliyev fotoda nəvəsi ilə yer alıb.

    Muxalifet - 3-10-2019

  10. ŞOK GÖRÜNTÜLƏR: Prezidentin Qarabağdan danışdığı sessiyada Elmar Məmmədyarov yuxuladı

    Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Soçidə “Valday” Beynəlxalq Diskussiya Klubunun iclasının plenar sessiyasında iştirak edir. 

    Muxalifet.az demokrat.az-a istinadən xəbər verir ki, məhz bu iclasda dövlət başçısı mühüm mesajlar verdi və sessiyada "Qarabağ - Azərbaycandır. Və nida işarəsi" kimi qətiyyətli çıxışı ilə yadda qaldı. 

    Muxalifet4 - 4-10-2019

  11. ​SON DƏQİQƏ: Türkiyədən ABŞ-a SON XƏBƏRDARLIQ - Bu iş bitəcək

    Türkiyənin müdafiə naziri Hulusi Akar ilə amerikalı həmkarı Mark Esper arasında telefon danışığı olub.
    Muxalifet.az
    Türkiyə KİV-inə istinadən xəbər verir ki, Müdafiə Nazirliyindən verilən məlumata görə, söhbət zamanı xüsusi halda, Suriyanın şimalında qurulması planlaşdırılan təhlükəsizlik bölgəsi müzakirə edilib.

    Muxalifet - 4-10-2019

  12. Yeseninin Əliağa Vahidlə Bakı SƏRGÜZƏŞTLƏRİ... - EŞQ MACƏRALARI

    Bu ay dahi rus şairi Sergey Yeseninin 122 yaşı tamam olur. Cəmi 30 il ömür sürən qüdrətli ədəbiyyat xadimi bu qısa müddət ərzində nəinki rus sənət tarixini, bütövlükdə bəşər şeiriyyatını əsrarəngiz yaradıcılığı ilə zənginləşdirməyə nail olub.

    Sergey Aleksandroviç Yesenin 1895-ci ildə Ryazan quberniyasının Kuzmino vilayətinin Konstantinovo kəndində dünyaya gəlib. Rus ədədbiyyatında onun adı hər zaman dövrünün böyük şairləri Aleksandr Blok, Valeri Bryusov, Vladimir Mayakovski ilə bir sırada hallanır.

    Muxalifet - 4-10-2019

  13. “Qarabağ” “Düdelanj”a böyük hesabla qalib gəldi

    “Qarabağ” “Düdelanj”a böyük hesabla qalib gəlib

    “Report” xəbər verir ki, Ağdam təmsilçisi meydan sahiblərini 4:1 hesabı ilə yenib.

    ***

    “Qarabağ” UEFA Avropa Liqasında qrup mərhələsinin II turu çərçivəsində keçirilən oyunda 4-cü qolunu rəqib qapısından keçirib.

    “Report” xəbər verir ki, Dani Kintana qarşılaşmanın 69-cu dəqiqəsində Ağdam təmsilçisinin növbəti qolunu rəqib qapısından keçirib – 4:0.

    Muxalifet - 4-10-2019

  14. "Qarabağ"ın OYNUNDA TƏXRİBAT: Futbolçularımız meydanı tərk etdi - ŞOK VİDEO

    "Qarabağ" klubu Avropa Liqasının qrup mərhələsində təxribatla üzləşib. Təmsilçimiz Lüksemburqda "Düdelanj"a vurduğu ikinci qoldan sonra azarkeşlər tərəfindən qondarma Dağlıq Qarabağ rejiminin bayrağı dron vasitəsilə stadiona endirilib. Bu təxribatçı olayın ardından futbolçularımız etiraz nümayiş etdirərək meydanı tərk ediblər. Hadisədən sonra görüşün baş hakimi oyunu saxlamaq məcburiyyətində qalıb. Hadisənin görüntülərini təqdim edirik: //Demokrat

    Muxalifet - 4-10-2019

  15. Lüksemburqun İdman naziri erməni təxribatına görə Azərbaycandan və “Qarabağ”dan üzr istədi - VİDEO

    Lüksemburqun İdman naziri Qarabağın paltardəyişmə otağına gedib və futbolçularımızdan şəxsən üzr istəyib.
    O, Dağlıq Qarabağın Azərbaycan torpağı olduğunu bildirib. Daha sonra nazir qondarma Dağlıq Qarabağ bayrağını qaldıran təxribatçını tapıb cəzalandıracaqlarını bildirib.

    Muxalifet - 4-10-2019

  16. “Belə ucuz reklam yalnız ermənilərə məxsusdur” - Qara Qarayev

    "Qarabağ"ın futbolçusu Qara Qarayev "Düdelanj"a qalib gəldikləri oyundan sonra açıqlama verib.
    Təcrübəli yarımmüdafiəçi oyunda baş verən erməni təxribatından söz açıb.
    "Biz artıq belə təxribatlara hazırıq. Belə ucuz reklam yalnız ermənilərə məxsusdur. Bunu ancaq onlar bacara bilər. Yaşananlar heç də xoş deyildi. Biz idmançıyıq, çalışırıq ki, bayrağımızı daima uca tutaq. Sözsüz ki, bizim reaksiyamız bundan aşağı ola bilməzdi. 

    Muxalifet - 4-10-2019

  17. Cəbhədə atışma - Erməni əsgəri öldürüldü

    Azərbaycanla Ermənistan sərhədinin Tavuş vilayəti istiqamətində baş verən atışma nəticəsində müqavilə ilə xidmət edən əsgər Muşeq Abovyan öldürülüb.
    Muxalifet.az
    bildirir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan öz Facebook səhifəsində məlumat verib.
    “Sputnik Ermənistan” xəbər verir ki, mərhum Muşeq Abovyanın 28 yaşı olub. Tavuş rayonunun Koxb kəndindəndir.
    Onun üz-çənə nahiyəsindən güllə yarası aldığı bildirilir. //virtualaz

    Muxalifet - 4-10-2019

  18. Kəlbəcərli girovlar dəyişdirilir – Rusiya vasitəçidir

    İllərdir erməni əsirliyində olan Dilqəm Əsgərov və Şahbaz Quliyevin qaytarılması şanası yaranıb; girovun oğlu: “Çox istərdik ki, Rusiyanın xarici işlər nazirinin açıqlaması söz olaraq qalmasın...”

    Rusiya xarici işlər naziri Sergey Lavrov Ermənistanın həbsdə saxladığı azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin taleyi ilə bağlı açıqlama verib. “Valday” diskussiya klubunun XVI sammitində çıxış edən Lavrov yaxın zamanlarda əsir və girovların dəyişdiriləcəyini deyib.

    Muxalifet - 4-10-2019

  19. İraqda DƏHŞƏT: 30 ölü, yüzlərlə yaralı

    İraqda çərşənbə axşamı günü başlanan etiraz aksiyalarını nəzarətdə saxlamaq gün keçdikcə çətinləşir.

    Paytaxt Bağdad ilə ölkənin cənub şəhərlərində vəzifədən sui-istifadə, işsizlik və ictimai xidmətlərin çatışmazlığına qarşı baş qaldıran aksiyalarda ölü sayı 30-a çatıb. Yüzlərlə yaralı var.

    Muxalifet - 4-10-2019

  20. "Düdelanj"-"Qarabağ" matçındakı təxribatla əlaqədar XİN-dən AÇIQLAMA

    "Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Lüksemburqda "Düdelanj"-"Qarabağ" futbol matçı zamanı baş verən təxribatı nəzərə alaraq vəziyyəti izləyir".
    Bunu Azərbaycan XİN Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva deyib.
    "Lüksemburqda akkreditə olunmuş səfirə bu ölkənin Xarici İşlər Nazirliyi ilə əlaqə yaratmaq və təxribatlara cavabdeh şəxslərin tapıldığına və müvafiq məsuliyyət daşıyacaqlarına əmin olmaqla bağlı tapşırıq verilib" - L. Abdullayeva bildirib.

    Muxalifet - 4-10-2019

Pages