Axtarış

The search found 105712 results in 0.049 seconds.

Search results

  1. ​Müəllimlərin məktəbli forması GÜNDƏMDƏ: Məktəbə sinəsi açıq gəlirsə... – VİDEO

    Son illər müəllimlərin də vahid geyim formasına keçidi məsələsi gündəmə gəlib. Hətta bəzi məktəblər bu mövzuda irəli gedərək, müəllimlər vahid forma geyinməyə başlayıb. ARB TV-nin “Günə Doğru” proqramında mövzu ilə bağlı maraqlı süjet hazırlanıb. Günel Babayeva – Müəllim: “Bu geyimdə çox səliqəli görünürük. Belə olan təqdirdə eyni paltarları alıb geyinməyə hamının imkanı çatır. Başqa cür olanda biri yaxşı geyinir, biri pis geyinir. O zaman dövlətli, varlı seçilir”. Hazırda müəllimlər üçün vahid geyimlər bütün respublika üzrə deyil, ayrı-ayrı müəssisələrdə, pərakəndə formada tətbiq edilir.

    Muxalifet - 4-10-2019

  2. Azərbaycanın 16 neft yatağının sahibinin banka 5 milyard dollar borclu olduğu üzə çıxdı - ÖLKƏDƏN QAÇMAQ İSTƏYİR?...

    Rusiyalı milyarder və neft maqnatı, Azərbaycanın 16 quru neft yatağının sahibi Mixail Qutseriyevin “Trast” bankına 140 milyard rubldan çox (təxminən 2.2 milyard dollara yaxın) borcu var.  Virtualaz.org xəbər verir ki, bu haqda “Reuters” bildirir. Agentliyin istinad etdiyi digər mənbə isə borcun məbləğinin hətta 5 milyard dollar təşkil etdiyini deyib. “Trast” bankının səhmlərinin 99.9 faizi Rusiya Mərkəzi Bankına məxsusdur.

    Muxalifet - 4-10-2019

  3. Rusiya Azərbaycanda Atom Elektrik Stansiyası tikməyi təklif edir - KREMLİN NÖVBƏTİ HİYLƏSİ

    Rusiya Azərbaycanda Atom Elektrik Stansiyası (AES) tikməyi təklif edir.

    Bunu jurnalistlərə açıqlamasında “Rosatom” dövlət korporasiyasının baş direktoru Aleksey Lixaçyov Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya lideri Vladimir Putinin görüşünün nəticəsinə uyğun olaraq deyib.

    “AES bizim azərbaycanlı tərəfdaşımızın seçdiyi kimi olacaq. Biz güclü stansiya təklif edirik”, – Lixaçyov deyib.

    Muxalifet4 - 4-10-2019

  4. Beyləqanda 14 yaşlı oğlan avtomobillə üç məktəbli qızı vurdu

    Beyləqanda məktəbliləri maşın vurub.

    Muxalifet - 4-10-2019

  5. TANIŞ OLUN: Laçın, Qubadlı və Zəngilana bu məxluq keşişlik edir...- FOTO

    O, buradakı ermənilərə daim “inam, ümid və sevgi ilə yaşamağı" məsləhət görür... Bizsə hər il mollalarımızla bərabər özümüz-özümüzü aldadırıq; “inşallah, gələn il Qarabağda oruc tutaq, qurban kəsək...” Fotoda gördüyünüz bu erməni dığası “Kaşataq rayonu” adlandırılmış Laçın, Qubadlı, Zəngilan rayonları ərazilərinin erməni dini rəhbəridir. Muxalifet.az Moderator.az-a istinadən xəbər verir ki, Xankəndidəki separatçı nəşrlərin yaydığı məlumata görə, 33 yaşlı Benjamin Tsaturyan mərkəzi “Berdzor” adlandırılmış Laçında yerləşən “Kaşataq rayonu”nun keşişidir.

    Muxalifet - 4-10-2019

  6. ​“Onun 72 faizlik sabuna ehtiyacı var” - ELZADAN İCRA BAŞÇISINA

    Əməkdar artist Elza Seyidcahan İTV-də yayımlanan "3D” proqramında qonaq olub. Veriliş zamanı sənətçiyə Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı, Milli Məclisin sabiq deputatı Əhəd Abıyevin onun haqda dediyi "Elzaya təsadüfən salam versəm, əlimi gedib paltar sabunu ilə yuyaram” fikirləri xatırladılıb. E.Seyidcahan Ə.Abıyevin düşüncələrinə belə reaksiya verib: "Əhəd müəllimi gəzirəm ki, onu bağrıma basım, əllərindən, üzündən öpüm ki, getsin sabunla əl-üzünü çoxlu-çoxlu yusun. Mənə elə gəlir ki, onun əl-üzünü yumağa 72 faizlik sabuna ehtiyacı var. Bunu o zaman demişdim.

    Muxalifet - 4-10-2019

  7. Amerikalı politoloqdan Qarabağ AÇIQLAMASI - “Əgər Azərbaycan irimiqyaslı bir hücuma başlasa…”

    Son aylarda xeyli gərginləşən Azərbaycan-Ermənistan münasibətləri və kəskinləşən Dağlıq Qarabağ problemi ilə əlaqədar ABŞ dövlət katibinin sabiq müşaviri, politoloq Pol A. Qobl Eurasia Diary-ə eksklüziv açıqlamalar verib. Muxalifet.az xəbər verir ki, Ermənistan Baş Nazirinin BMT kürsüsündən səsləndirdiyi iddialara münasibət bildirən P.Qobl bu iddiaları “tarixi yenidən yazmaq cəhdi” kimi qiymətləndirib. “Ermənistanın Baş Naziri yanılır. Azərbaycan Dağlıq Qarabağla birgə müstəqil oldu. Başqa cür demək isə tarixi yenidən yazmaq deməkdir.

    Muxalifet4 - 4-10-2019

  8. PAŞINYANIN AĞZINDAKI QAPAQ… – Və Xankəndi ilə “Valday”ın fərqi

    Artıq şit, məsuliyyətsiz bəyanatları və hərəkətlərilə dövlət olaraq Azərbaycanın, eləcə də xalqımızın əsəblərilə oynayan, qıcıq və qəzəb yaradan Ermənistanın baş naziri Nikol Paşinyanın ağzını qapatmağın vaxtı çoxdan çatmışdı. Təəssüf ki, ölkəmizin xarici siyasət idarəsi bu işin öhdəsindən lazımi səviyyədə gələ bilmirdi və həmişəki kimi standart, dişsiz və aciz təəssürat bağışlayırdı.

    Muxalifet - 4-10-2019

  9. TƏLƏBƏ OLMAQ İSTƏYƏNLƏRƏ ŞAD XƏBƏR - Gələn ildən təhsil haqqları...

    Xəbər verdiyimiz kimi, sentyabrın 1-dən dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsində fizika, biologiya, kimya, kimya və biologiya müəllimliyi ixtisasları üzrə hər bir təhsilalana düşən təhsil xərci 29 faizə qədər artırılıb. 
    Bəs bunun təhsil haqqlarına təsiri olacaqmı?
    Bununla bağlı “Yeni Sabah”a danışan təhsil eksperti Kamran Əsədov deyib ki, təhsil haqqlarının aşağı düşməsi gözləniləndir:

    Muxalifet - 4-10-2019

  10. Qayınata gəlinini... - Azərbaycandakı olay HƏR KƏSİ DƏHŞƏTƏ GƏTİRƏCƏK

    Tərtər rayonunda qayınata əsəbləşərək avtomobillə gəlininin üstündən keçib.
    Muxalifet.az-ın "Report"a istinadən verdiyi məlumata görə, hadisə rayonun Şıxarx qəsəbəsində məcburi köçkünlərin məskunlaşdığı yaşayış massivində baş verib.
    Hələlik şəxsiyyəti məlum olmayan kişi gəlinini minik avtomobili ilə vurub. Ağır bədən xəsarətləri alan gənc qadın xəstəxanaya yerləşdirilib. Hadisənin ailə münaqişəsi zəminində və qəsdən törədildiyi bildirilir.
    Hadisə şahidlərinin verdiyi məlumata görə, qayınata əsəbiləşərək avtomobillə gəlininin üstündən keçib.

    Muxalifet - 4-10-2019

  11. İlham Əliyevdən deputatla bağlı SƏRƏNCAM

    Prezident İlham Əliyev Sabir Hacıyevə “Əməkdar hüquqşünas” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

    Muxalifet.az xəbər verir ki, sərəncamla qanunvericiliyin inkişafı sahəsində xidmətlərinə görə Sabir Kamal oğlu Hacıyevə Azərbaycan Respublikasının “Əməkdar hüquqşünas” fəxri adı verilib.

    Qeyd edək ki, S.Hacıyev Milli Məclisin deputatı, Vətəndaş Birliyi Partiyasının (VBP) sədridir.

    Muxalifet - 4-10-2019

  12. Azərbaycanlı qızlardan Lotu Quliyə gözlənilməz jest - VİDEO

    Azərbaycanlı qızların maraqlı görüntüləri yayılıb.
    Muxalifet.az
    -ın aznews.az-a istinadən verdiyi xəbərə görə, azərbaycanlı kriminal avtoritet Lotu Quli ləqəbi ilə tanınan Nadir Səlifovun ad gününü qeyd edən bir qrup gəncin videosu yayımlanıb.
    Kadrlarda bir neçə qadın Lotu Qulinin ad gününə həsr edilən mahnının sədaları altında rəqs edir.
    Video sosial mediada yayılıb.
    Sözügedən görüntüləri sizə təqdim edirik:

    Muxalifet - 4-10-2019

  13. PUTİNİ KREMLDƏN QOVMAĞA GEDƏN AĞ ŞAMANI DƏLİ ÇIXARTDILAR: “Rusiyada hakimiyyəti qara qüvvələr ələ keçiriblər”

    Polskie Radio(Polşa), 03.10.2019

    Muxalifet - 4-10-2019

  14. Aİ-92 benzini ilə bağlı QƏRAR VERİLDİ: bundan sonra...

    Planlaşdırılmış təmir işlərinin aparılması məqsədilə Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun (BNEZ) dayandırılması ilə əlaqədar SOCAR 120 min tonadək Aİ-92 markalı benzin idxal edə bilər.
    Muxalifet.az
    xəbər verir ki, bu barədə Apa-ya SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib.
    Onun sözlərinə görə, benzinin bir qisminin Rusiyadan, bir qisminin isə Qara Dəniz regionu ölkələrindən idxalı planlaşdırılır.

    Muxalifet - 4-10-2019

  15. Teymur Rəcəbovdan tarixi qələbə

    Azərbaycan şahmatçısı Teymur Rəcəbov Dünya Kubokunun qalibi adını qazanıb.

    Muxalifet.az xəbər verir ki, 32 yaşlı qrossmeyster Rusiyanın Xanti-Mansiysk şəhərində keçirilən yarışın həlledici matçında çinli Dinq Lirenlə dueldən qalib ayrılıb. 

    Muxalifet - 4-10-2019

  16. Paşinyan Ermənistan səfirini Polad Bülbüloğlundan nümunə götürməyə çağırdı

    Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ-a səfərindən əvvəl Xarici İşlər Nazirliyinin yüksək vəzifəli şəxsləri, diplomatik korpusun əsas nümayəndələri və Ermənistan üçün əhəmiyyətli ölkələrdə akkreditə olunmuş səfirləri ilə geniş tərkibli qapalı iclas keçirib. Muxalifet.az erməni KİV-inə istinadən bildirir ki, Paşinyan olduqca qəzəbli və çox kəskin danışıb, diplomatik siyasətə cavabdeh olanları total hərəkətsizlikdə ittiham edib.

    Muxalifet - 4-10-2019

  17. Lukaşenko Ukrayna ilə Rusiyanı səhv saldı – Zelenski müdaxilə etdi - VİDEO

    Ukrayna və Belarus prezidentlərinin iştirak etdiyi birgə forumda maraqlı hadisə yaşanıb. Muxaalifet.az Rusiya mətbuatına istinadla xəbər verir ki, Ukraynanın Jitomir şəhərində keçirilən forumda iki ölkənin regionlarının qarşılıqlı əlaqəsi və ticarət dövriyyəsinin artırılması ilə bağlı çıxış edən Aleksandr Lukaşenko səhvən Ukrayna əvəzinə “Rusiyanın regionları” ifadəsini işlədib. Ukrayna prezidenti Vladimir Zelenski Belarus prezidentinin səhvini anlasa da, bir qədər gözləyib.

    Muxalifet - 4-10-2019

  18. Türkiyə qorxusu iki ölkəni ayağa qaldırdı

    Yunanıstan Xarici İşlər naziri Nikos Dendias parlamentdəki partiyaların təmsilçiləri ilə bir araya gəlib onları ABŞ-la imzalanması gözlənilən yeni milli müdafiə müqaviləsi ilə bağlı məlumatlandıracaq.
    Razılaşmanın sabah ABŞ Dövlət Departmentinin rəhbəri Mayk Pompeonun paytaxt Afinada olacağı zaman imzalanması gözlənilir.
    “ABŞ ilə əldə olunacaq razılaşma Yunanıstanın mənfəətini qoruyacaq və Egey ilə Şərqi Aralıq dənizində sabitlik və təhlükəsizliyin bir ünsürü olacaq”, - nazir tvitterində qeyd edib.

    Muxalifet - 4-10-2019

  19. Tərtərdə qaynata maşınla gəlinini niyə vurdu? - İnanılmaz səbəb - Təfərrüatlar

    Tərtər rayonunda qayınatanın əsəbləşərək avtomobillə gəlinini vurması hadisəsinin təfərrüatı bəlli olub.  

    Muxalifet.az "Oxu.Az"a istinadən xəbər verir ki, bu barədə rayonun Şıxarx qəsəbəsinin bələdiyyə nümayəndəsi məlumat verib.

    Muxalifet - 4-10-2019

  20. Bu cür yatmaq gündə 10 siqaret çəkmək qədər zərərlidir - ARAŞDIRMA

    Yeni Zelandiyada aparılan elmi araşdırmalara görə, hamiləliyin son həftələrində arxası üstə yatmaq gündə 10 siqaret çəkmək qədər zərərlidir. Buna görə hamiləliyin üçüncü trimestirində yan üstə yatmaq əvəzinə arxası üstə yatan ana namizədlərinin doğum çəkisi aşağı bir körpəyə sahib olma ehtimalları 3 dəfə çoxdur. 
    Elm adamlarına görə, hamiləliyin sonlarında arxası üstə uzanmaq plasentaya (cift) qan axınını azaldır və ananın bətnindəki böyük damar böyümüş uşaqlıq tərəfindən sıxılır.

    Muxalifet - 4-10-2019

Pages