Axtarış
The search found 105712 results in 0.048 seconds.
Search results
Nazirlik: Polkovnik-leytenantın təqaüdündən 2026-cı ilədək hər ay 300 manat tutulacaq
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ehtiyatda olan polkovnik-leytenant Nadir Tağıyevin təqaüdündən hər ay qeyri-qanuni olaraq 500 manat tutulması ilə bağlı mətbuatda yayılan şikayətini araşdırıb. Nazirlikdən verilən məlumata görə, araşdırma nəticəsində müəyyən olunub ki, Nadir Fərman oğlu Tağıyev 2003-cü ildə Dövlət Sərhəd Xidmətindən təqaüdə çıxıb.
Muxalifet - 5-10-2019
“Sən nə Cenifer Lopez deyilsən, nə də Şakira” – Aşıq Namiqdən qalmaqallı açıqlama - Video
“Maşın Şou”nun 18-ci sürətində həyəcan hər keçən gün daha da artır. Şou yeni başlamasına baxmayaraq artıq bir neçə qalmaqal yaşanıb.
Baku TV-yə açıqlama verən Kərimi yarışmadan kənarlaşdıran aşıq Namiq bu dəfə müğənni Ayanla bağlı qalmaqallı sözlər deyib.
O, bildirib ki, Ayan özünü bir az sadə aparsa yaxşı olar: “Neçə dəfə demişəm ki, özünü çox yuxarıdan aparma. Sən nə Cenifer Lopez deyilsən, nə də Şakira. Əlçatmaz biri deyilsən. Müğənnisən”.Muxalifet - 5-10-2019
Nazir “Qarabağ”ın oyunçularından belə üzr istədi – VİDEO
“Qarabağ” klubunu rəsmi sosial şəbəkı səhifələri “Düdelanj” – “Qarabağ” matçında dron qalmaqalı zamanı baş verən bir hadisənin videosunu paylaşıb.Muxalifet - 5-10-2019
Azərbaycanda qadın qoz yarpağını qızdırıb belinə düzdü - Müalicəyə gecikib
Azərbaycanda insanlar bel, oynaq, onurğa ağrılarında həkimə gedib, düzgün müayinə olunmazdan öncə el arasında gəzən qəribə türkəçarə metodlarını sınamağa üstünlük verir.
Bunun bariz nümunəsini daha bir pasiyent üzərində gördük.
Muxalifet.az medicina.az-a istinadən bildirir ki, manual terapevt qəbuluna bel, bud ağrıları ilə gələn xəstənin belində gördüyü mənzərədən heyrətlənib.
Belə ki, pasiyent qoz yarpaqlarını qızdırıb belə bağlayanda, ağrını götürdüyünü kimdənsə eşidərək, tətbiq edib.Muxalifet - 5-10-2019
Günəşli faciəsində həyatını itirən neftçilərdən Murad Dadaşova CAVAB
Günəşli faciəsində həyatını itirən neftçilərdən Murad Dadaşova cavab: Murad: - "Neft mənimdir, sənindir deyənlərə bir sualım var: "Sən bu neft üçün nə etmisən?" Neftçi: -Gəl deyək sənə, etdiyimizin 1000-dən birini. Sən yüksək vəzifəlilərin cah-cəlallı saraylarında tamadalıq edəndə, biz külək, çovğun, qar bilmədən dənizin ortasında həyatımızı qurban vermişik. Meyitlərimizi tapdığı üçün sevinib ailələrimiz, hələ neçəmizin meyiti bu gün də tapılmayıb. Sabah da meyit kimi evə dönmə təhlükəsi var, birisi gün də.
Muxalifet - 5-10-2019
Oğuzda 51 yaşlı kişi özünü asdı
Oğuzda 51 yaşlı kişi özünü asıb.
"Qafqazinfo"nun məlumatına görə, rayonun Ərmənət kənd sakini 1968-ci il təvəllüdlü Babayev Elxan Bəxtiyar oğlu özünü yaşadığı evdə asaraq intihar edib. E. Babayevin intihar səbəbi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.Muxalifet - 5-10-2019
2025-ci ildə Pakistanla Hindistan arasında nüvə müharibəsi?… – DƏHŞƏTİN SSENARİSİ
Hindistanla Pakistan arasında uzun illərdir davam edən münaqişənin iki ölkə arasında nüvə müharibəsilə nəticələnməsi ehtimalı mövcuddur.
“AzPolitika.info” xəbər verir ki, Qərb mətbuatında Hindistan-Pakistan münaqişəsinin mümkün nəticələri barədə amerikalı alimlərin araşdırmalarının nəticələri dərc olunub.
Muxalifet - 5-10-2019
Azərbaycanda halal internet xidməti göstəriləcək - VİDEO
Azərbaycanda fəaliyyət göstərən internet provayderləri "halal internet" xidməti göstərəcəklər. Muxalifet.az Xezerxeber.az-a istinadən məlumat verir ki, bu barədə 1 yavnar 2020-ci il tarixdə qüvvəyə minəcək "Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanunda öz əksini tapıb. İnformasiya Komunikasiya Texnologiyaları üzrə ekspert Osman Gündüzün sözlərinə görə, sözügedən qanuna uyğun olaraq "Telekommunikasiya haqqında" qanuna da əlavələr edilib.
Muxalifet - 5-10-2019
Məşhur aktrisa vəfat etdi - FOTO
Rəşhur amerikalı aktrisa və müğənni Dayan Keroll dünyasını dəyişib.
O, 84 yaşında vəfat edib.
Qeyd edək ki, D. Keroll “Klodin” filmindəki baş roluna görə “Ən yaxşı qadın obrazı” nominasiyasında “Oskar”a namizəd olmuşdu. Bütün karyerası boyu o, beş dəfə “Emmi”yə, üç dəfə isə “Qızıl qlobus”a namizəd olub. 1990-cı ildə aktrisaya Hollivud Şöhrət xiyabanında ulduz həsr edilib.//redaktorMuxalifet - 5-10-2019
Hafiz Hacıyevdən Rafael Cəbrayılova AĞIR İTTİHAM: “Anası da, atası da, arvadı da ermənidir”
“Müasir Müsavat” partiyasının sədri Hafiz Hacıyev və deputat mandatına xitam verilən deputat Rafael Cəbrayılov arasında qarşılıqlı təhqirlər davam edir. Demokrat.az-a videomüsahibə verən Rafael Cəbrayılov Hafiz Hacıyevin onun həyat yoldaşının erməni olması barədə iddialarını rədd edərək, partiya liderinin özünün erməni qanı daşıdığını deyib.
"Hafiz Hacıyevin əsli ermənidir. Əgər Hafiz Hacıyev məni məhkməyə versə, vəkillərimlə birlikdə onun erməni olmasını sübuta yetirməyə hazıram"-deyə Rafael Cəbrayılov əlavə edib.Muxalifet - 5-10-2019
Həbib Nurməhəmmədov növbəti döyüşünün anonsunu edib
UFC üzrə yüngül çəkidə mütləq çempion Həbib Nurməhəmmədov növbəti döyüşü haqqında məlumat verib.
Synergy Global Forumunda çıxış edən çempionun sözlərinə görə, döyüşün Sankt-Peterburqdakı “Qazprom Arena”da keçirilməsi üçün danışıqlar gedir:Muxalifet - 5-10-2019
Rusiya uçan avtomobillər istehsal edəcək - SÜRƏTİ SAATDA 300 KİLOMETRDƏN ÇOX
Rusiyada uçan avtomobillərin istehsalına başlanacaq.
AzərTAc xəbər verir ki, Novosibirskdəki S.A.Çaplıqin adına Aviasiya Elmi-Tədqiqat İnstitutu Perspektiv Tədqiqatlar Fondu ilə birlikdə uçan avtomobillərin istehsalı layihəsini həyata keçirir.
Muxalifet - 5-10-2019
Çermet körpüsündə qəza oldu, böyük tıxac yarandı - Foto
Bir qədər əvvəl Ziya Bünyadov prospekti (Çermet körpüsünün üzərində) metronun “Koroğlu” stansiyası istiqamətində yol nəqliyyat hadisəsi baş verib.
Bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib.
Onun sözlərinə görə, bu səbəbdən də qeyd edilən yolda sıxlıq yaranıb. Sıxlıqla əlaqədar Ziya Bünyadov prospektindən keçən müntəzəm marşrut xətlərinin intervalında da gecikmələr yaranıb. Yolda hərəkətin bərpası üçün aidiyyəti qurumlar tərəfindən tədbirlər görülür.
Muxalifet - 5-10-2019
Rəşad Salayev qadının intim şəkillərini yaydı, təqib etdi, döydü... - AVROPA MƏHKƏMƏSİ İLK DƏFƏ KİBERBULLİNQ İŞİNƏ BAXIR
Avropa İnsan Haqları Məhkəməsi uzun illər məişət zorakılığının qurbanına çevrilən, sosial şəbəkələrdə əvvəllər birlikdə yaşadığı azərbaycanlı tərəfindən təqiblərə, təzyiqlərə məruz qalan Rusiyalı qadının online qısnama-kiberbullinq üzrə şikayətinə baxır. Bu barədə "Kommersant" nəşri məluma yayıb. Söhbət Ulyanovsk şəhər sakini, 34 yaşlı Valeriya Volodinadan gedir. Məhz adıçəkilən qadının şikayəti əsasında bir neçə ay əvvəl Avropa İnsan Haqları Məhkəməsi Rusiyanı 26 min avro təzminat ödəməyə məhkum edib.
Muxalifet4 - 6-10-2019
Ukraynalını Bandera bayrağını yeməyə məcbur etdilər
Polyaklar ukraynalını, onun maşınında gördükləri qırmızı-qara bayrağı yeməyə məcbur ediblər.
RİA Novosti xəbər verir ki, bu barədə Ali Radanın keçmiş deputatı Aleksey Juravko Facebook səhifəsində məlumat yayıb.
Muxalifet4 - 6-10-2019
Məşhur ticarət mərkəzində kütləvi dava - 3 NƏFƏRİN VƏZİYYƏTİ AĞIRDIR
Bakının Qaradağ rayonunda kütləvi dava olub.
Muxalifet.az “report”a istinadən xəbər verir ki, hadisə Lökbatan qəsəbəsində yerləşən “Sədərək” ticarət mərkəzində qeydə alınıb.
Belə ki, sürücü avtomobilini ticarət mərkəzində yerləşən mağazaların birinin qarşısında saxlayıb. Bu da öz növbəsində həmin mağazada işləyən şəxslərin narazılığına səbəb olub. Qısa mübahisədən sonra sürücü ərazidən uzaqlaşıb. Lakin sürücü bir müddət sonra bir neçə şəxslə geri qaydıb və yenidən mağaza işçiləri ilə mübahisə edib. Mübahisə sonda tərəflər arasında dava ilə yekunlaşıb.
Muxalifet4 - 6-10-2019
"Kişi bir gün ölər, namərd hər gün" - "MAŞIN ŞOU"DA QALMAQAL
Bu gün “Maşın Şou”da kifayət qədər maraqlı və qalmaqallı hadisələr olub. Yarışmaçılar səsverməyə müğənni Niyam Salami çıxarıb. Belə ki, o, əvvəlcə hədəfini açıqlamasa da, sonradan Kərim Abasovu oyundan çıxardığı üçün həmkarı Nazim Pişyarini “Maşın”dan uzaqlaşdıracağını deyib. Nazim isə əlini çəkərək, yarışmadan uzaqlaşıb. Şounun gedişi zamanı meyxanaçı Aqşin Fateh Niyamın onu şoudan kənarlaşdığını düşünərək özünə səs istəyib. Səsvermə vaxtı Aqşinlə Niyam arasında bir neçə dəfə gərginliklər yaşanıb. Sonda Niyam Salami 54,18 faiz səs toplayaraq, qalib gəlib.
Muxalifet4 - 6-10-2019
Azərbaycan tankları və zirehli maşınları hərəkətə keçdi - TƏLİM
“Naxçıvan Hərbi Qarnizonu Qoşunlarının 2019-cu tədris ilinə uzlaşdırma planı”na əsasən komanda-qərargah təlimi keçirilib.
Muxalifet.az Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, təlimin keçirilməsində məqsəd birləşmə və hissələrin döyüşə hazırolma vəziyyətinin yoxlanılması, mühafizədən müdafiəyə keçərkən uzlaşmış fəaliyyətə nail olunması, müdafiə döyüşünün aparılması zamanı döyüş düzülüşü elementlərinin fəaliyyətinin təkmilləşdirilməsi olub.
Muxalifet4 - 6-10-2019
1703 azərbaycanlıdan 1627 nəfər rədd cavabı alıb - ALMANİYADA CƏMİ 76 AZƏRBAYCANLIYA YAŞAMAQ İCAZƏSİ VERİLİB
Almaniyadan sığınacaq istəyən Azərbaycan Respublikası vətəndaşlarının yeni statistikası açıqlanıb.
“Leqat” inteqrasiya mərkəzindən AzEuroNews.com-a daxil olan məlumatda deyilir ki, 2019-cü ilin ilk 8 ayı ərzində 1361 Azərbaycan vətəndaşı qaçqın statusu almaq üçün Almaniya Federativ Respublikasının Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarəsinə (BAMF) müraciət edib. BAMF-dan sözügedən mərkəzə verilən məlumatda bildirilir ki, Onlardan 950 nəfəri ilk dəfə, 411 nəfəri isə təkrar ərizə ilə müraciət edən şəxslərdir.
Muxalifet4 - 6-10-2019
İstiqlal Marşını oxuyub 1 milyon qazandı - VİDEO
Türkiyənin ATV telekanalında yayımlanan “Kim Milyoner Olmak İster?” proqramında 19 yaşlı Arda Ayten adlı iştirakçı 1 milyon türk lirəsini qazanmağa müvəffəq olub.
Muxalifet.az qafqazinfo-ia istinadən xəbər verir ki, burada diqqət çəkən məqam isə Ardaya ünvanlanan sonuncu sual olub. Ondan Türkiyənin İstiqlal Marşında (dövlət himni) təklif olunan dörd cavabdakı sözlərdən (“Vətən”, “qan”, “torpaq”, “yurd”) hansının digərlərindən daha az istifadə olunduğu soruşulub.
Muxalifet4 - 6-10-2019