Axtarış

The search found 105712 results in 0.026 seconds.

Search results

  1. Qubernator iğtişaşlara görə istefaya göndərildi

    İraqın Bağdad vilayətinin qubernatoru Fallah əl-Cazairi istefaya göndərilib.
     
    “RİA Novosti” xəbər verir ki, onun səlahiyyətini müvəqqəti olaraq Bağdad vilayət Şurası yeninə yetirəcək.
     
    Qeyd edək ki, oktyabrın 1-dən başlayaraq İraqda yoxsulluq, işsizlik və korrupsiyaya etiraz olaraq hökumət əleyhinə aksiyalar keçirilir. İndiyədək aksiyalarda baş verən toqquşmalar nəticəsində 113 nəfər ölüb, 4 mindən çox insan yaralanıb./Azvision.az

    Muxalifet4 - 6-10-2019

  2. “Keşikçi qala” sərhəd zastavası kompleksi istifadəyə verildi - FOTOLAR

    Bu gün Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Şəmkir“ sərhəd dəstəsinin “Keşikçi qala” sərhəd zastavası kompleksi istifa­dəyə verilib.

    Muxalifet4 - 6-10-2019

  3. Bunu Trampa təzyiq üçün etdilər - PUTIN ABŞ PREZİDENTİNİ MÜDAFİƏ ETDİ

    Rusiyanın ABŞ-dakı seçkilərə müdaxiləsi barədə fikirlər Donald Trampa təzyiq üçün bəhanə idi.
     
    Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin deyib.
     
    “Bizim Trampla razılaşdığımız əsas gətirilərək, sanksiyalar tətbiq edildi. Sonra Müller açıqladı ki, razılaşma olmayıb, ancaq sanksiyalar qaldı. Demək ki, bu, sadəcə bizim qarşımızı almaq üçün bəhanə idi”, - Putin bildirib.

    Muxalifet4 - 6-10-2019

  4. Kənddə QİÇS yayıldı, sakinlər etiraza qalxdı - FOTO

    İranın Çahar-Mahal və Bəxtiyari əyalətinin Lordeqan şəhərinin Çinar Mahmud kənd sakinləri etiraz aksiyası keçirib.

    APA-nın məlumatına görə, kənd sakinləri Səhiyyə Nazirliyinin Lordeqan şəhər şöbəsi və icra aparatı qarşısında toplaşıb.

    Muxalifet4 - 6-10-2019

  5. Oteldə qohum olmayanlar da eyni otaqda qala biləcək - SƏUDİYYƏDƏN ŞOK QƏRAR

    Səudiyyə Ərəbistanı xarici ölkələrdən gələn turistlərin qohumluq əlaqələrini təsdiqləyən sənədi olmadan otellərdə eyni otaqda qalmasına icazə verib.

    Bu barədə “Röyter” yazıb.

    Sözügedən qərarı Səudiyyə Ərəbistanının Turizm və Milli İrs Komissiyası təsdiqləyib.

    Muxalifet4 - 6-10-2019

  6. Rəsul Quliyevin "adamı" Bakıya qayıdır - RZA İBADOV YENİDƏN DEPUTAT OLMAQ İSTƏYİR?

    Keçmiş deputat, hazırda Londonda yaşayan Rza İbadov Bakıya gəlməyi planlaşdırır.

    Muxalifet.az xəbər verir ki, bunu modern.az-a Rza İbadov özü bildirib: “Azərbaycan mənim vətənimdir. Güman ki, yeni ildə Bakıya gələcəm”.

    Həmçinin eks-deputat 2020-ci ildə keçirilməsi nəzərdə tutulan parlament seçkilərindən də söz açıb: “2020-ci ilin parlament seçkilərinə qatılmaq və deputat olmaq fikrim yoxdur”.

    Muxalifet4 - 6-10-2019

  7. DƏHŞƏT: Sevdiyi qızı və bütün ailə üzvlərini öldürdü

    Avstriyada yeniyetmə 5 nəfəri qətlə yetirib. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Kronen Zeitung" nəşri məlumat yayıb. Məlumatda bildirilir ki, hadisə Kitçbyuel dağ-xizək kurortunda baş verib. Yeniyetmə qısqanclıq zəminində sevgilisini və onun ailəsinin 4 üzvünü öldürüb. Cinayətkar polisə könüllü təslim olub və saxlanılıb.

    Muxalifet4 - 6-10-2019

  8. Rəcəbov “Fili tərpətmə, Teymur” şərhini paylaşdı - Foto

    Rusiyada keçirilən şahmat üzrə Dünya kubokunun qalibi Teymur Rəcəbov sosial şəbəkədə maraqlı paylaşım edib.

    “Qafqazinfo” xəbər verir ki, çinli Dinq Lirenlə oyun zamanı sosial şəbəkə izləyicilərindən biri Rəcəbova “Fili tərpətmə, Teymur” şərhini yazmışdı. Həmin şərh Teymurun qələbəsi qədər paylaşımlara səbəb olmuşdu.  

    Qrossmeyster bu gün İnstaqram səhifəsində gündəm olan olan həmin postu paylaşaraq təşəkkür “emoji”si qoyub.

     

    Muxalifet4 - 6-10-2019

  9. Bakı polisindən Milli Şuraya xəbərdarlıq - "AKSİYADA 50 NƏFƏRDƏN ARTIQ ADAM İŞTİRAK EDƏRSƏ..."

    Xəbər verildiyi kimi, Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın piketlə bağlı müraciətinə müsbət cavab verib. Belə ki, piketin oktyabrın 8-i saat 15:00-dan 16:00-dək Bakı Şəhər İcra Hakimiyyətinin inzibati binası ilə Azərbaycan Dövlət İqtisad Universiteti arasında yerləşən ərazidə keçirilməsinə icazə verilib. Lakin aksiyada maksimum iştirakçı sayı 50 nəfər olmalıdır. Məlumata görə, piketin təşkilatçıları insanları müşahidəçi qismində aksiyaya çağırıb. Bu baxımdan, oktyabrın 8-də keçiriləcək piketdə xoşagəlməz halların yaşanması istisna deyil.

    Muxalifet4 - 6-10-2019

  10. İstiqlal Marşı ilə gündəmə gələn Arda milyonçu ola bilməyəcək - SƏBƏB

    Türkiyənin ATV kanalında yayımlanan “Kim milyoner olmak ister” yarışmasında İstiqlal Marşını əzbər ifa edərək gündəmə gələn Arda Aytən milyonçu ola bilməyəcək. Türkiyə KİV-ləri xəbər verir ki, yarışmadan 1 milyon lirə qazanan Arda Vərəsəlik və Mükafat vergisi ödəməlidir. O, qazandığı məbləğin 10%-ni vergi olaraq verməlidir. Bununla da Arda 900 min lirə ilə kifayətlənəcək və milyonçu ola bilməyəcək. Qeyd edək ki, “Kim milyoner olmak ister” tarixində 1 milyonluq sual mərhələsinə gələn 3-cü, suala cavab verən isə ilk iştirakçıdır.

    Muxalifet4 - 6-10-2019

  11. "Günahım varsa, onu mənim üzümə deyin..." - AYAZ MÜTƏLLİBOV

    Azərbaycanın keçmiş prezidenti Ayaz Mütəllibov "Space TV"nin efirində yayımlanan "Sadə həqiqətlər” verilişində nə qədər pensiya alması ilə bağlı sualı cavablandırıb. Muxalifet.az qaynarinfo-ya istinadən xəbər verir ki, o, 10 min manat təqaüd aldığını bildirib: "Mənim ailəm qürbətdə olmazın əziyyətlər çəkib. Məni Moskvada azərbaycanlılar əlimdə çanta çörək dalınca getdiyimi görəndə, "Ayaz müəllim bu sizsiniz?" deyə təəccüblənirdilər. Deyirdim mənəm. Əvəz-əvəz olmamalı idi. Günahım varsa, onu mənim üzümə deyin, razılaşıb-razılaşmamaq mənim işimdir. Sizin də işiniz ona qiymət verməkdir.

    Muxalifet4 - 6-10-2019

  12. Gürcü “qanuni oğru”nu əliqandallı Moskvaya gətirdilər - Lotu Quli “söhbəti”

    Cinayət aləminin ən tanınmış  üzvlərindən olan Taro ləqəbli “qanuni oğru” Tariel Oniani  Orenburqdan Moskvaya etap olunub. Taro Moskvadakı 3 saylı müvəqqəti təcridxanada saxlanılır. Rusiya hüquq-mühafizə orqanları oktyabrın 8-dək onu ya İspaniyanın sorğusu  əsasında bu ölkəyə verməli, ya da Gürcüstana deportasiya olunmalıdır. Daha bir variant da var: Oninanin Rusiya vətəndaşlığı ləğv edilsə də, “anti-oğru” adlandırılan yeni qanunla daha 10 il Rusiya həbsxanasında saxlamaq. 

    Muxalifet4 - 6-10-2019

  13. Elinanın intiharından sonra işdən çıxarılan psixoloqdan SENSASİON MÜSAHİBƏ - VİDEO

    162 saylı məktəbdə intihar edən şagird Elina Hacıyevanın ölümü ilə bağlı təhsil müəssəsinin keçmiş psixoloqu Könül Ağayeva ilk dəfə danışıb. K. Ağayeva məktəbdəki hadisələr, intihar günü və intihardan sonra baş verənlər barəsində “Toplum TV-yə müsahibə verib. Məktəbin keçmiş psixoloqu bildirib ki, hadisə baş verən gün o, Elinanın dindiriliyi otağa buraxılmayıb və, ümumiyyətlə, hadisələrdən kənar saxlanılıb: “Elinanın intihar etdiyi müəllimlərdən eşitdim. Mən inanmadım. Koridora düşdüm. Koridordan katibənin otağına girirsən, katibənin də otağından qapı var, direktorun kabinetinə girirsən.

    Muxalifet - 6-10-2019

  14. Baydendən Tramp haqda şok sözlər: Məni və ailəmi…

    Tramp öz mənafeyi naminə vəzifə səlahiyyətlərindən sui-istifadə edir.

    Muxalifet.az xəbər verir ki, bu barədə ABŞ-ın keçmiş vitse-prezidenti, prezidentliyə namizəd Co Bayden danışıb.

    "Tramp məni və ailəmi məhv etməyəcək. Onun əməlləri barədə getdikcə sübutlar artır. O, lider olmağa qadir deyil. Hazırkı prezident öz şəxsi maraqlarını yeritmək üçün hər şeyi edir və amerikalılar barədə düşünmür", - Bayden bildirib.

    Muxalifet - 6-10-2019

  15. İranlı “Ancelina Coli” həbs edildi - FOTOLAR

    Hollivud ulduzu Ancelina Coliyə bənzəmək üçün saysız-hesabsız plastik əməliyyatlar keçirən iranlı Səhər Tabar həbs edilib. “Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, o, dini təhqir etmək və əxlaqsızlığa təşviq ittihamı ilə tutulub. Tabarı bəzi şəxslər Tehrandakı dini quruma şikayət etdikdən sonra hüquq-mühafizə orqanları hərəkətə keçib. 21 yaşlı Səhər Coliyə bənzəmək üçün dəfələrlə bıçaq altına yatıb.

    Muxalifet - 6-10-2019

  16. "Kişi kimi oynamaq lazım idi" - Şoudan çıxarılan Aqşin Fateh sakitləşmir

    Ötən gün "Maşın" şounu tərk edən meyxanaçı Aqşin Fateh açıqlama verib. Muxalifet.az axşam.az-a istinadən xəbər verir ki, şounun İnstaqram səhifəsində yerləşdirilən videoda sənətçi oyunun qurbanı olduğunu deyib: "Bilirdim belə olacaq. Əvvəldən qurma idi: Nazim Pişiyari, Niyam Salami, Ramal İsrafilov. Nazim demişdi ki, 5-6 gün buradayam, girib onların içində aranı qarışdıracam. Biz danışmışdıq ki, məni çıxarın, mən gedim səsverməyə. Amma aralarında qurdular ki, Niyam Salami çıxsın, Nazimin adından istifadə edib səs yığsın. Sonda isə məni çıxarsın.

    Muxalifet - 6-10-2019

  17. Ermənilərin Tərtər tərəfdən atdığı mərmi Goranboyun Xanqərvənd kəndinə düşə bilərmi?! - “BU ŞƏXS SADƏCƏ OLARAQ İŞLƏMƏK İSTƏMİR...”

    Goranboy rayonunun Xanqərvənd kənd sakini Fuad Səlimovun evi üç ildir ki, qəzalı vəziyyətdədir. Deyir ki, 2016-cı ilin aprel döyüşləri zamanı ermənilərin artilleriya zərbələrindən, kəndə düşən mərmilərdən evin tavanında və divarlarda iri çatlar yaranıb. Virtualaz.org xəbər verir ki, F. Səlimovun öz problemi ilə bağlı videomüraciəti sosial şəbəkələrdə yayılıb.

    Muxalifet - 6-10-2019

  18. PUTİN PAŞİNYANI CƏZALANDIRACAQMI? – Erməni mətbuatı “hə” deyir

    Aram Amatuni

    “1in.am”, Ermənistan, 04 oktyabr 2019-cu il

    Muxalifet - 6-10-2019

  19. HOTELDƏ GÖRÜŞ: Niyam Kərimin qucağına hoppandı - FOTO - VİDEO

    Müğənni Niyam Salaminin "Maşın" şoudan Aqşin Fateh və Nazim Pişiyarini uzaqlaşdırması ən çox Kərim Abbasovu sevindirib.

    Axşam.az xəbər verir ki, bunla bağlı Kərim sosial şəbəkədə paylaşım edib.

    O, yayımladığı videoda "Mənim torbamı tikinlər, sizin torbanızı mən tikdim. şükür sənə Rəbbim. Səs verən dostlara təşəkkür edirəm. Həftənin birinci günü "Maşın" şouda bütün kartları mən açacam" sözlərini yazıb.

    Kərim daha sonra oyunun iştirakçılarının qaldığı otelə yollanaraq, Niyamla görüşüb.

    Muxalifet - 6-10-2019

  20. Dünya malında gözü olmayan prezident: 33 yaşlı ordu zabiti sürətli islahatlara necə nail oldu? - ARAŞDIRMA

    983-cü il avqustun 4-də Afrikanın Yuxarı Volta dövlətində darıxdırıcı, adi bir hadisə baş verdi – dövlət çevrilişi. Son 17 ildə artıq dördüncüsü. Milli ordunun marksist-leninçi əqidəsinə görə ev dustaqlığında olan 33 yaşlı kapitanı Tomas Sankaranın tərəfdarları hakimiyyəti ələ keçirdilər. Sankara mənzildən çıxdı və çox keçmədən ölkənin adını dəyişib  “Burkina Faso” – “Satılmaz insanların torpağı” qoydu (o, indiyədək belə də adlanır).

    Muxalifet - 6-10-2019

Pages