Axtarış

The search found 105712 results in 0.027 seconds.

Search results

  1. ​DAHA BİR MƏŞHUR MARKETLƏR ŞƏBƏKƏSİNDƏ ERMƏNİ MƏHSULU AŞKARLANDI - FOTO

    Yazıçı Azad Qaradərəli Bakıda fəaliyyət göstərən "AL" marketlər şəbəkəsində Ermənistan məhsulunun satışını aşkarlayıb.
    Yazıçı bu barədə sosial şəbəkə hesabında paylaşım edib. O, "Dizel" şirkətinin ermənicə adlandırılmış sousunun fotosunu paylaşaraq üzərində "Alın, razı qalın" sözlərini yazıb.
    Qeyd edək ki, paylaşımda sousun Sabunçu rayonunda yerləşən "AL" marketdə satıldığı bildirilir.
    Fotonu təqdim edirik:

    Muxalifet - 6-10-2019

  2. Mollaların attestasiyası nə vaxt keçiriləcək?

    “Ya bu ilin sonu, ya da gələn ilin əvvəli mollaların növbəti attestasiyadan keçirilməsi gözlənilir”.

    Bu barədə Modern.az-a Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Hacı Fuad Nurullayev məlumat verib.

    O  bildirib ki,  son illər QMİ ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə fəaliyyəti nəticəsində paytaxtda və bölgələrdə dini ayinlərin icrasına xüsusi diqqət yetirilir.

    Muxalifet - 6-10-2019

  3. Məşhur müğənni qəfil öldü - 56 YAŞINDA

    İtaliyalı opera müğənnisi Marsello Ciordani qəfil vəfat edib.

    56 yaşlı sənətçi Siciliya adasındakı evində infarkt keçirib. Müğənninin həyat yoldaşı Vilma bildirib ki, Marsello kresloda oturarkən susadığını deyib və ayağa qalxmaq istəyərkən yıxılıb. Qısa müddət sonra onun infarkt keçirdiyi məlum olub və tibbi müdaxiləyə baxmayaraq tenor dünyasını dəyişib.//publika

    Muxalifet - 6-10-2019

  4. Biləsuvarda yol qəzası oldu, ölən var

    Biləsuvar rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. "Report"un məlumatına görə, hadisə Ələt-Astara avtomobil yolunun 85-ci kilometrliyində, Biləsuvar rayonundan keçən hissəsində qeydə alınıb. Belə ki, Abşeron rayonu Ceyranbatan qəsəbə sakini, 1986-cı il təvəllüdlü Mirzəyev Mirzə Əlövsət oğlunun idarə etdiyi "Ford Tranzit" markalı avtomobil arxadan "KaMAZ" markalı yük avtomobilinə çırpılıb. Nəticədə M.Mirzəyev ağır xəsarət alıb. "Ford Tranzit"in sürücüsü Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

    Muxalifet - 6-10-2019

  5. “Evim sökülərkən saxlanc yerindən 50 min dollar yoxa çıxıb” - Tanınmış cərrah: “Evimi Asif Əsgərovun göstərişi ilə, qanunsuz olaraq söküblər” / PREZİDENTƏ MÜRACİƏT

    Saxtakarlıqda ittiham olunan notariusa ASAN Xidmətdə vəzifə verilib

    Muxalifet4 - 6-10-2019

  6. Rusiyalı idmançı ayı ilə güləşdi, görün sonu necə oldu - Video

    MMA döyüşçüsü Maksim Novoselovun maraqlı və bir o qədər də təhlükəli görüntüləri yayılıb. "Yeni Sabah" xəbər verir ki, "Fight Nights Global 94" turnirinə hazırlaşan rus idmançı Dmitri Smolyakovla döyüşdən öncə ayı ilə məşq edib. Novoselov məşq görüntülərini paylaşaraq "Ayıya qarşı ayı. Bal mənə aiddi" yazıb. Bir çox sosial media istifadəçisi Novoselovu heyvana zülm etməkdə günahlandırıb, bəziləri isə onun çox güclü olduğunu yazıb. Bir istifadəçi isə "Evcil ayı ilə oyun oynayırsan, hünərin var meşəyə get və orda bir ayı ilə döyüş" yazıb.

    Muxalifet - 6-10-2019

  7. 74 yaşlı Masallı sakini soyuğa belə meydan oxuyur — VİDEO

    Havalar getdikcə soyuyur. Bəs sizin soyuğa dözümünüz nə qədərdir?
    Muxalifet.az
    bildirir ki, nə qədər olsa da, Masallı rayon Hişkədərə kənd sakini Ələmdar kişi kimi dözümlü ola bilməzsiniz. Onun istiyə dözümü olmasa da, soyuqla arası əladır. Yayda hər gün səhər və axşam kənddəki avtoyuma məntəqəsində yuyunan 74 yaşlı Ələmdar kişi qışda da evini qızdırmaq üçün heç bir iş görmür.

    Muxalifet - 6-10-2019

  8. Aktrisa çətin durumda - ikinci dəfə səsverməyə çıxarıldı

    Azərbaycanın Xalq artisti Murad Dadaşovun aparıcısı olduğu "Maşın" realiti şousunun "Maskarad" adlı 18-ci sürətininin növbəti buraxılışı start götürüb. 

    İştirakçılar ikinci dəfə aktrisa Fatma Mahmudovanı SMS səsverməsinə çıxarıblar.

    Fatma Abdulazadə hədəfini açıqlamasa da, Ramala toxunmayacağını bildirdi. 

    Muxalifet - 6-10-2019

  9. TÜRKİYƏ ORDUSUNU SURİYA SƏRHƏDİNƏ ÇƏKİB – Kürdlər Ankaranı “total müharibə” ilə hədələyir

    «AzPolitika.info»-qun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Suriya sərhədinə Türkiyə texnikası və hərbçiləri cəmləşib. «CNN Türk» xəbər verir ki, Akçakala sərhəd şəhərində Türkiyənin zirehli texnikası qeydə alınıb. Şənbə günü Türkiyə Cümhuriyyətinin (TC) prezidenti Rəcəb Tayyip Ərdoğan Suriyanın şimal-şərqində keçirilməsi planlaşdırılan əməliyyatı anons edib. Türkiyə tərəfi bu ərazisini «kürd özünümüdafiə qüvvələrindən» (terrorçulardan) təmizləmək niyyətindədir. Bunun cavabında, «Suriya demokratik qüvvələri» (SDQ) silahlı birləşmələri Ankaranı «total müaribə» ilə hədələyib.

    Muxalifet - 6-10-2019

  10. Mülki geyimli DYP əməkdaşları VAZ 2106 markalı maşınla vətəndaşı saxlayaraq 200 manat rüşvət tələb ediblər; “yox” cavabı aldıqda, NİVA-sını götürüb aparıblar – PREZİDENTƏ ŞOK MÜRACİƏT

    Şəki rayonu, Aşağı Göynük kənd sakini, şəhid qardaşı Əbdürrəhimov Sadiq Məmmədəli oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Daxili İşlər naziri Vilayət Eyvazova müraciət edən şikayətçi yazır: Cənab Prezident! Əvvəlcə bildirmək istəyirəm ki, son vaxtlar Şəki Dövlət Yol Polisi əməkdaşlarının yerli vətəndaşlarımıza qarşı etdikləri qanunsuz hərəkətlər hamını boğaza yığıb.

    Muxalifet4 - 6-10-2019

  11. Bakıda ər arvadını qətlə yetirib

    Bakıda ər arvadını qətlə yetirib.
    APA-nın məlumatına görə, hadisə Binəqədi rayonunda, Avtovağzal metrostansiyası yaxınlığında qeydə alınıb.
    Nicat Abdullayev küçədə həyat yoldaşı Leyla Abdullayevanı uşaqlarının gözü qarşısında bıçaqlayıb. L. Abdullayevaya 20 bıçaq zərbəsi vurulub. Qadın hadisə yerində həyatını itirib.
    Hadisəni törədən N. Abullayev Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Hadisə yerinə Binəqədi Rayon Prokurorluğunun əməkdaşları cəlb edilib. Hadisə zamanı istifadə edilən bıçaq maddi sübut kimi götürülüb.

    Muxalifet - 6-10-2019

  12. Mircəfər Bağırovun qara “ZiS-110” avtomobili ABŞ-a necə gedib çıxdı...

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri olmuş Mircəfər Bağırovunun xidməti Zis-110 avtomobili hazırda ABŞ-dadır və baxımsız qalıb. Virtualaz.org xəbər verir ki, bu haqda mag.auto.ru portalı yazır. O dövrdə sovet rəhbərlərinin gəzdiyi “ZiS-110” (Stalin adına zavod) Böyük Vətən Müharibəsinin başa çatmasından sonra SSRİ-də seriya istehsalı həyata keçirilən ilk bu tip avtomobil idi. 194-1961-ci illər ərzində həmin avtomobildən 2089 nüsxə istehsal edilib.

    Muxalifet - 6-10-2019

  13. Erməni və kürd terrorçuları Azərbaycana və Türkiyəyə qarşı necə birləşdi...

    Türkiyənin "Yeni Akit" qəzetinin yazarı Sabri Balaman erməni terror təşkilatı ASALA ilə kürd terror təşkilatı PKK arasında ötən əsrin 80-ci illərinin əvvəllərindən başlamış müttəfiqlik barədə yazıb. Yazar qeyd edir ki, bu iki terror təşkilatı Türkiyəyə və Azərbaycana qarşı ortaq hərəkət ediblər. Və indi də etməkdədirlər. Virtualaz.org həmin yazını oxuculara təqdim edir: “PKK və ASALA terror təşkilatları 1980-ci il aprelin 8-də Livanda (Sidonda) bir araya gələrək Türkiyə ilə bağlı bəyanatla çıxış etdilər.

    Muxalifet - 6-10-2019

  14. Azərbaycanlı aktrisa: "Elə ailələr tanıyıram ki, ər öz xanımını başqa işlərə göndərir" - VİDEO

    Ailə qurandan sonra Türkiyədə yaşamağa başlayan aktrisa Cəmilə Tağızadə Oxu.Az-ın əməkdaşı ilə həmsöhbət olub.

    İncəsənətdə baş verən özbaşınalıqlardan bəhs edən sənətçi qalmaqallı mövzulara toxunub. O, həmkarı Məlahət Abbasovanın qardaş ölkədə gənc aktrisalara dəstək olmadığını və onlara söz versə də, bundan boyun qaçırdığını dilə gətirib:

    Muxalifet - 6-10-2019

  15. “Maşın” iştirakçılarından iddialı açıqlamalar - Gözlənilməz şeylər baş verə bilər - VİDEO

    “Maşın” şou “Maskarad” öz həyəcanı ilə davam edir
    Muxalifet.az bildirir ki, bu gün şounun 6-cı günüdür və iştirakçılar ötən gündən bu yana artıq qruplaşmanın olmadığını və oyunu qaydasına görə oynayacaqlarını deyirlər. 
    Baku TV-nin mikrofonuna danışan iştirakçılar bildiriblər ki, bu gün gözlənilməz şeylər baş verə bilər.//oxu.az
    Daha ətraflı sujetimizi təqdim edirik.

    Muxalifet - 6-10-2019

  16. Bakıda avtomobil nənə və nəvəni vurdu

    Bakıda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Hadisə Nəsimi rayonu, 3-cü mikrorayon ərazisində qeydə alınıb.

    "Hyundai" markalı avtomobil piyada keçidindən keçən nənə - 1966-cı il təvəllüdlü Süleymanova Albina Gennadi qızını və onun nəvəsi - 2017-ci il təvəllüdlü Bayramov Daniar Ruslan oğlunu vurub. Yaralılar təcili yardım maşını vasitəsilə xəstəxanaya çatdırılıblar. A.Süleymanovaya sağ budun geniş cırılmış yarası və çanaq sümüyünün sınığı, D.Bayramova üzün sıyrılmış yaraları diaqnozu qoyulub.

    Muxalifet - 6-10-2019

  17. Səudiyyə yenə təəccübləndirdi: Bundan sonra turist qadınlar…

    Son zamanlar qadınlarla bağlı gözlənilməz islahatlar həyata keçirən Səudiyyə Ərəbistanı bu dəfə turizm qaydalarında inanılmaz dəyişiklik edib.

    Dəyişikliyə görə, əcnəbi qadınlar yanında həyat yoldaşı və ya yaxını olmadan da otellərdə qala biləcək.

    Xarici ölkələrdən gələn qadınlar pasportlarını göstərərək otellərdə yerləşə bələcək. Əcnəbi qadınların nikah şəhadətnaməsi təqdim etməsi şərti artıq aradan qaldırılıb.

    Qeyd edək ki, bir qədər əvvəl Səudiyyə Ərəbistanı hökuməti ilk dəfə olaraq qadınlara Silahlı Qüvvələrdə xidmət etməyə icazə verib.

    Muxalifet - 7-10-2019

  18. Karateçi Rafael Ağayev: “Nəhayət ki, tilsimi qırdım” - MÜSAHİBƏ

    Moskvada keçirilən “Karate 1” Premyer Liqa turnirinin qalibi Azərbaycan karateçisi Rafael Ağayev APA-nın Moskva müxbirinə müsahibə verib.

    Həmin müsahibəni təqdim edirik:

    Rafael, uzun müddətdən sonra tilsimi qırdın, qızı medala sahib oldun, təəssüratlarını bizimlə bölüşərdin…

    Muxalifet - 7-10-2019

  19. ​Olimpiya çempionu falçıya 51 min manat verdi, aldadıldı - FOTOLAR

    Fiqurlu konkisürmə üzrə olimpiya çempionu Adelina Sotnikova falçının qurbanına çevirilib.
    Muxalifet.az
    Qaynarinfo-a istinadən xəbər verir ki, xanım idmançı sosial media vasitəsi bir falçı ilə tanış olub. Daha sonra isə "Instagram" vasitəsi ilə onunla əlaqə saxlayıb.
    Sotnikovaya özünü Olqa olaraq tanıdan falçı qadın görüşdən imtina edib, ancaq uzaqdan xidmət göstərdiyini deyib. İdmançı isə onun verdiyi bank hesabına təxminən 51 min manat göndərib. 

    Muxalifet - 7-10-2019

  20. Bu qaydanı pozan sürücüləri 50 manat cərimə gözləyir

    Sərnişin avtobuslarından biri qara tüstü buraxıb. Bununla bağlı video çəkilərək votsap nömrəmizə göndərilib. Məlum olub ki, həmin avtobusda xəttə çıxandan sonra nasazlıq yaranıb.
    Sərnişin daşıyan avtobus qara tüstü buraxır.
    Görüntülər 2 gün əvvəl Bakı-Sumqayıt yolunda çəkilib. Kadrlardan aydın olur ki, üzü şəhər istiqamətində hərəkət edən və 159 saylı xəttə aid olan avtobusda ciddi nasazlıq var. Bu səbəbdən marşurutdan çıxan qara tüstü ətrafa yayılır.

    Muxalifet - 7-10-2019

Pages