Axtarış
The search found 105712 results in 0.09 seconds.
Search results
BNA-da şikayətlər səngimir - “Məqsəd vətəndaşları cərimələyib pul yığmaqdırsa...” - DEPUTAT
Bakı Nəqliyyat Agentliyi (BNA) əməkdaşlarının qanunlara zidd olaraq, vətəndaşları cərimələmələri ciddi narazılıq doğurub.
İnzibati Xətlar Məsəlləsinin 122-ci maddəsində elektron qaydada qeydə alınan xətaların siyahısında dayanma-durma və parkinqə görə elektron protokol tərtib edilməsi nəzərdə tutulmasa da, BNA əməkdaşları buna məhəl qoymurlar.
Məsələ ilə bağlı Yenicag.az-a danışan millət vəkili Çingiz Qənizadənin sözlərinə görə, BNA nümayəndələrinin qanunvericiliyin tələblərinə zidd qaydada protokol tərtib etmələrinə dair şikayətlər araşdırılmalıdır:Muxalifet - 7-10-2019
Bakının mərkəzində ŞOK CİNAYƏT: Oğurlayıb işgəncə verdilər
Bakıda naməlum şəxslər küçədə paytaxt sakinini oğurlayıb.
Muxalifet.az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonu ərazisində baş verib. Metronun "28 may" stansiyasının qarşısında 4 nəfərdən ibarət mütəşəkkil dəstə qabaqcadan əlbir olaraq Bakı şəhər sakini Baxşıyev Təbrik Ədalət oğlunu oğurlayaraq avtomobilə mindirib Abşeron rayonunun Xırdalan qəsəbəsinə aparıb.Muxalifet - 7-10-2019
Vilayət Eyvazov hərbi hissədə olub
Azərbaycan Respublikasının Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov oktyabrın 5-də DİN-in Daxili Qoşunlarının Quba rayonunda yerləşən hərbi hissəsində olub.
Qarşılanma mərasimindən sonra hərbi hissənin qərargahında “Şərəf kitabını” imzalayan nazir əsgər və hərbi qulluqçuların kazarma-məişət şəraiti, qidalanması, sağlamlıq durumu ilə maraqlanıb, həmçinin maddi-texniki təminatı, avtomobil və zirehli texnika parkı, ərazidə aparılan abadlıq-quruculuq işləri ilə yaxından tanış olub.Muxalifet - 7-10-2019
Qiyamət yaxınlaşanda bu ölkələrə qaçın! - Maraqlı araşdırma/FOTOLAR
Yeni Zelandiyanın Otaqa Universiteti qlobal miqyasda yaşana biləcək fəlakətlərdə hansı ölkələrin ən təhlükəsiz yer olduğunu ortaya çıxaran araşdırma aparıb.
Muxalifet4 - 7-10-2019
“MÜSTƏNTİQ BİZDƏN “ŞİRİNLİK” DƏ ALDI, HAKİM İSƏ…” – 20 manatın arxasınca gedərkən işə düşən vətəndaşın harayı
“Məhkəmələrin qərarları ədalətli olmalıdır. Ümumiyyətlə, həyatda hər şey ədalət əsasında qurulmalıdır. Ədalət pozulduqda, əlbəttə ki, həm narazılıq yarana, həm də cəmiyyətin müsbət inkişafı çətinliklərlə üzləşə bilər. Ədalətli qərarlar isə insanlarda dövlətə inamı artırır, eyni zamanda da, həyatımızı tənzimləyir. Bütün qərarlar ədalətli olmalıdır. Məhkəmə sistemində qəbul edilmiş qərarlar, aparılan islahatlar, bax, bu məqsədi güdür. Qərəzli yanaşma olmamalıdır. Korrupsiya hallarına qarşı mübarizə daha da ciddi aparılmalıdır.
Muxalifet - 7-10-2019
Fərat çayının şərqində hər an əməliyyat başlana bilər - Ərdoğan: “BİR GECƏ QƏFLƏTƏN GƏLƏ BİLƏRİK, – demişdik”
Türkiyə prezidenti R.T.Ərdoğan Serbiyaya səfər etməzdən əvvəl jurnalistlərin sualalrına cavab verib. Ərdoğan Suriyada terrorçularla mübarizə üçün Türkiyənin planlarından da danışıb.
“Tramp çıxmağı əmr eləmişdi, lakin bir qədər gecikdi”
Muxalifet - 7-10-2019
Dilarə metroda mahnı oxudu: “Dəm olmuşam” - VİDEO
İctimai Televiziyada yayımlanan “Yeraltı” verilişində maraqlı anlar yaşanıb.
"Yeni Sabah" xəbər verir ki, verilişə qonaq olan Əməkdar artist Bəhram Bağırzadə və müğənni Dilarə Kazımova çəkiliş qrupu ilə bərabər Bakı metrosunun “İçərişəhər” stansiyasına gəliblər.
"Yeni Sabah" xəbər verir ki, B.Bağırzadə Dilarənin mahnı oxumasını istəyib.
O, Dilarəyə “Metroda heç oxumusunuz?” sualını ünvanlayıb. Kazımova isə cavab olaraq, ilk dəfə burada mahnı oxuyacağını dilə gətirib.
Sənətçi vaqonun içində “Dəm olmuşam” mahnısını səsləndirib.Muxalifet - 7-10-2019
Özbəklər 1-ci mövsümü 20 mln. dollara başa gələcək tarixi serial çəkir...
Azərbaycanın tarixi, eləcə də Qarabağ savaşı mövzusunda serial çəkməyə, yəqin, pulu çatmır...
Ukraynanın "Star Media" film şirkəti Özbəkistanda "Sultan" tarixi televiziya serialının çəkilişlərinə başlamağı planlaşdırır.
Muxalifet.az xəbər verir ki, xarici İslam mediasının yaydığı məlumata görə, film şirkətinin baş prodüseri Vladislav Ryaşin yeni televiziya serialının yaradılmasında əməkdaşlıq məsələlərini müzakirə etmək üçün Özbəkistana gəlib.Muxalifet - 7-10-2019
Azərbaycanda mikrofonla azan oxunması qadağan edilib? - AÇIQLAMA
ürkiyə mediasında Azərbaycanda mikrofonla azan oxunmasının qadağan edildiyinə dair məlumatlar yayılıb. Təəssüf ki, sözügedən məsələ uzun illər əvvəl gündəmdə olub və ləğv edilib.
Bu barədə Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib.
Bildirilib ki, Türkiyə mediasında yayılan xəbərlər həqiqəti əks etdirmir:
“Bu məsələnin doğru olub-olmadığını bilmək üçün azan saatlarında məscid yaxınlığında olmaq kifayət edir. 10 il bundan qabaq ortaya atılan və qarşısı alınan bir məsələni yeni tarixlə yayımlayıblar”.
Muxalifet - 7-10-2019
“Yemək bişirən kişini kişi kimi qəbul etmirəm”
Tanınmış aparıcı Vüsalə Kərimova müzakirələrə səbəb olan açıqlama verib. O, ARB-nin efirində yayımlanan “Səhər-Səhər” proqramında ev işlərində xanımlarına kömək edən bəyləri təhqir edib.
Vüsalə qeyd edib ki, paltar, qab yuyan kişiləri qəbul etmir: “Mən hər kəsin fikrinə hörmətlə yanaşıram. Həyatda hər cür insan mövcuddur. Hər kəsin özünəməxsus xarakteri var. Mən o modern kişiləri bəyənmirəm. Onları kişi kimi qəbul etmirəm.
Muxalifet - 7-10-2019
Rus deputatdan İNANILMAZ AÇIQLAMA: Qarabağ işğaldan azad edilməlidir!
“Valday” Beynəlxalq Diskussiya Klubu Soçidə işini başa çatdırıb. Onun məqsədi Şərqdə baş verən siyasi və iqtisadi prosesləri müzakirə etmək olub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı tədbirin ən əhəmiyyətli hadisələrindən birinə çevrilib. Rusiya Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyev respublikanın geosiyasi proseslərdə rolunu və onun Rusiya ilə münasibətlərinin səviyyəsini təhlil edir.
Muxalifet - 7-10-2019
Ədliyyə Nazirliyinin istintaq idarəsinə yeni rəis təyin edilib
Ədliyyə orqanlarına yeni təyinat olub.
APA-nın məlumatına görə, Baş Prokurorluğun Prokurorluqda istintaqa nəzarət idarəsinin rəisi Nazim Abbasov öz xahişi ilə tutduğu vəzifədən azad edilib.
Ədliyyə naziri Fikrət Məmmədovun imzaladığı müvafiq əmrlə, N.Abbasov Ədliyyə Nazirliyinin istintaq idarəsinin rəisi vəzifəsinə təyinat alıb.
Muxalifet - 7-10-2019
Trampdan Türkiyəyə SAVAŞ ÇIXARDACAQ SÖZLƏR: Məhv edərəm!
ABŞ prezidenti Donald Tramp Türkiyəni növbəti dəfə təhdid edib.
Muxalifet.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, Tramp "sərhədləri keçəcəyi” halda Türkiyəyə qarşı iqtisadi sanksiyaların tətbiq ediləcəyini açıqlayıb.
“Daha əvvəl güclü bir şəkildə ifadə etdim, indi bir daha təkrarlamaq üçün söyləyirəm: Türkiyə mənim dərin və bənzərsiz anlayışıma görə, sərhədlərin xaricində olduğunu düşündüyüm bir şey edərsə, Türkiyənin iqtisadiyyatını məhv edərəm və yox edərəm”, - Tramp tvitterdə yazıb.Muxalifet - 7-10-2019
Bakıda törədilmiş dəhşətli qətlin görüntüləri - Video
Xəbər verdiyimiz kimi, dünən Bakıda kişi həyat yoldaşını küçənin ortasında bıçaqlayarq qətlə yetirib. Muxalifet.az "Xezerxeber.az"a istinadən verdiyi məlumata görə, ötən gün saat 18 radələrində Biləcəri qəsəbə sakini 33 yaşlı Nicat Əmmədov Binəqədi rayonu ərazisində ailə-məişət münaqişəsi zəminində həyat yoldaşı Leyla Məmmədovanı bıçaqla qətlə yetirib. 40-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən Nicat Məmmədov saxlanılıb və rayon prokurorluğuna təhvil verilib.
Muxalifet - 7-10-2019
Azərbaycanlılarla gürcülər arasında kütləvi dava oldu - Tbilisidə
Gürcüstanın paytaxtı Tbilisidə gürcülər və azərbaycanlılar arasında kütləvi dava düşüb. Muxalifet.az xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, dava zamanı xəsarət alan bir etnik azərbaycanlı xəstəxanaya çatdırılıb, yaralı bir neçə nəfərə isə ilkin tibbi yardım göstərilib. Xəsarət alan şəxslər hücum edənlərin beş nəfər olduğunu bildiriblər. Davanın etnik zəmində baş vermədiyi bildirilib. Faktla bağlı cinayət işi başlanılıb.
Muxalifet - 7-10-2019
Azərbaycanlı dünya çempionu: "Ermənilər bizə paxıllıq edir və həsrətlə baxırdılar"
Gürcüstanın paytaxtı Tbilisidə pauerliftinqin qarışıq ağırlıqqaldırma növü üzrə dünya çempionatının qalibi olan Anar Məmmədovun "Report"a müsahibəsi: - Yarışla bağlı təəssüratlarınız necədir? - Mundialda bir çox ölkənin idmançıları iştirak edirdi. Mən 125 kq çəki dərəcəsində mübarizə aparırdım. Əsasən, Ermənistan və İran yığmalarının üzvləri üstünlük təşkil edirdi. Əsas rəqiblərim də elə yerli pauerliftinqçilərlə yanaşı, məhz ermənilər və iranlılar idilər. Bu idman növündə onlar daha aktivdirlər. Sevinirəm ki, yarışın qalibi ola bildim, diplomumu və medalımı aldım.
Muxalifet - 7-10-2019
Nəqliyyat “qoçuları” yenə iş başında – Onlar sadəcə geyimlərini dəyişib
Bakı Nəqliyyat Agentliyi (BNA) ilə bağlı şikayətlərin ardı-arası kəsilmir. Qurum yarananda ümidlər var idi ki, nəhayət, nəqliyyat sahəsində səliqə-sahman yaradılacaq. Lakin gözləntilərin əksi baş verdi.
Muxalifet - 7-10-2019
ŞOK İDDİA: “Neftçi”nin futbolçusu QADINA SATAŞDI - “Neyləyirsən o əri?”
"Neftçi"nin müdafiəçisi Anton Krivotsyuk dilinin bəlasına düşüb.
Muxalifet.az "Sportinfo.az"a istinadən xəbər verir ki, gənc futbolçu şəxsi zəmində ciddi problemlə üzləşib.Muxalifet - 7-10-2019
Paşinyan Putinə doğum günü məktubunda nələri yazmadı? - ŞOK DETALLAR
“Bu gün Rusiya prezidenti Vladimir Putinin 67 yaşının tamam olması münasibətilə onu çoxları təbrik edib. Ancaq bir təbrikin onun üçün xüsusi əhəmiyyəti var, çünki həmin təbrik həbsxanadan göndərilib”.
Publika.az xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu qeyd edib.Muxalifet - 7-10-2019
Bakıda mənzildən kişi meyiti tapılıb
Bakıda mənzildə meyit aşkar olunub.
Muxalifet.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir, meyit Yasamal rayonundakı mənzillərin birində tapılıb.
Belə ki, nazirliyin xilasediciləri bir nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması ilə əlaqədar çağırış edilən ünvana gəlib. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1960-cı il təvəllüdlü Harunov Şıxməmməd Məmməd oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.
Muxalifet - 7-10-2019