Axtarış

The search found 105712 results in 0.039 seconds.

Search results

  1. "Hazırda Ermənistanda Paşinyana sürprizlər hazırlanır" - MƏHƏMMƏD ƏSƏDULLAZADƏ

    "Ermənistanda daxili siyasi vəziyyət böhrana yuvarlansa, Azərbaycan mütləq şəkildə işğalçıya zərbələr endirməlidir"

    Muxalifet - 8-10-2019

  2. Ərdoğanın hücum əmri erməniləri AYAĞA QALDIRDI: ABŞ-da Trampa qarşı üsyan

    Türkiyənin ABŞ-ı Fəratın şərqindən geri çəkməsi və Dövlət Baxçalının atdığı tvitə görə üzr istəməsi ABŞ-dakı erməni lobbisini narahat edib.
    Publika.az xəbər verir ki, erməni diasporasının soyqırım iddiaları üçün Senat ilə yaxın münasibətləri olan Erməni Milli Komitəsi (ANCA) ABŞ-ın Türkiyə qarşısında geri addım atmasına görə Tramp Administrasiyasına od püskürüb.
    Komitə rəsmi tvitter hesabından ABŞ-ın Gizlı Xidməti, FTB və Vaşinqton Polis Departamentini işarələyərək bəzi paylaşımlar edib.

    Muxalifet - 8-10-2019

  3. SON DƏQİQƏ: Qaxda güclü partlayış - XƏSARƏT ALANLAR VAR

    Qaxda partlayış baş verib, xəsarət alanlar var.

    Bu gün səhər saatlarında Qax Kommunal Müəssisələri Kombinatının işçiləri şəhər ərazisində torpaq yayan zaman naməlum səbəbdən partlayış baş verib.

    Nəticədə xəsarət alan 4 nəfər Qax rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

    Hazırda hadisənin səbəbləri araşdırılır.//report

    Muxalifet - 8-10-2019

  4. Novruz Məmmədovun 1 illik fəaliyyətinin pasportu – Giləmeyvə, kartof-soğan qalmaqalı

    Azərbaycanın Baş naziri Novruz Məmmədov bu gün istefa verir. Onun yerinə Prezidentin köməkçisi Əli Əsədov gətirlir. Novruz Məmmədovun siyasi karyerası 1997-ci ilə təsadüf edir. 12 aprel 1997-ci ildə mərhum Heydər Əliyev onu Prezident Administrasiyasının Xarici Əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyin edib. 29 noyabr 2012-ci ildə Prezident Administrasiyasının rəhbərinin müavini vəzifəsinə təyinat alıb. 1 iyun 2017-ci ildə Prezidentin xarici siyasət məsələləri üzrə köməkçisi, 21 aprel 2018-ci ildə isə Baş nazir vəzifəsinə gətirlib.

    Muxalifet - 8-10-2019

  5. “Leş Tofiq” hadisəsi ilə bağlı geniş araşdırmalar həyata keçirilir – RƏSMİ

    Bir müddət öncə Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssislərinin iştirakı ilə “Leş Tofiq” ləqəbli Alıbəy Rzaxanovun başçılıq etdiyi cinayətkar dəstə üzvləri həbs edilib.

    Muxalifet - 8-10-2019

  6. "Baş nazirin Əli Əsədov olacağı barədə məlumatlar doğrudur" - DEPUTAT VAHİD ƏHMƏDOV

    Xəbər verdiyimiz kimi, bu gün Baş nazir Novruz Məmmədovun istefa verəcəyi gözlənilir. Məsələ Milli Məclisin bu gün keçiriləcək iclasının gündəliyinə daxil edilib. Məlumatı Meydan TV-yə deputat Vahid Əhmədov təsdiqləyib. Vahid Əhmədov yeni Baş nazirin Əli Əsədov olacağı barədə məlumatların da doğru olduğunu deyib. Deputat əlavə suallara cavab verməyib. Novruz Məmmədov ötən ilin 21 aprel tarixində Baş nazir vəzifəsinə təsdiqlənib. Əli Əsədov — Azərbaycan Respublikası Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin müavinidir.

    Muxalifet4 - 8-10-2019

  7. SON DƏQİQƏ: Novruz Məmmədov Prezidentə MÜRACİƏT ETDİ

    Novruz Məmmədov Azərbaycanın Baş Naziri vəzifəsindən azad edilməsi ilə bağlı Prezident İlham Əliyevə müraciət edib.
    Muxalifet.az
    -ın xəbərinə görə, bu barədə parlamentin bu gün keçirilən plenar iclasında spiker Oqtay Əsədov məlumat verib.
    Xatırladaq ki, N.Məmmədov Baş Nazir vəzifəsinə 2018-ci ilin aprelində təyin edilib.

    Muxalifet - 8-10-2019

  8. "Elə bilirlər ki, baş nazir olmaq asandır" - ARTUR RASİZADƏ

    Bu gün Baş nazir vəzifəsinə yeni seçiləcək şəxsi çox yaxşı tanıyıram. Əli Əsədov bir iqtisadçı kimi tamamilə işin içində olan adamdır. Hesab edirəm ki, bu çox yaxşı seçimdir.

    Muxalifet.az xəbər verir ki, bu fikirləri modern.az-a açıqlamasında sabiq Baş nazir Artur Rasizadə yeni Baş nazir təyinatı barədə danışarkən deyib.

    O bildirib ki, baş nazirlik heç də asan vəzifə deyil:

    Muxalifet4 - 8-10-2019

  9. NOVRUZ MƏMMƏDOV GETDİ, NÖVBƏDƏ KİMDİR? – Prezident “ağır çəkililəri” dəyişməyə başladı…

    Dünən Prezident İlham Əliyev tərəfindən istefaya göndərilən Baş Nazir Novruz Məmmədov bəlkə də təyin olunduğu vəzifəyə yararsız olduğunu etiraf edən ilk məmur kimi tarixə düşəcək. “AzPolitika.info” xatırladır ki, N.Məmmədov bütün ölkədə şok effekti verən Baş Nazir təyinatı haqda bu yaxınlarda yerli televiziyalardan birinə müsahibəsində danışmışdı. Əslində bu müsahibə ilə vəzifədə çox qalmayacağının anonsunu da vermişdi. “Azərbaycanın Baş Naziri vəzifəsinə təyinatım gözlənilməz oldu. Heç vaxt təsəvvür edə bilməzdim ki, mənə belə bir təklif edilə bilər.

    Muxalifet - 8-10-2019

  10. Milli Məclis Əli Əsədovun baş nazir təyin edilməsinə razılığını verdi - YENİLƏNİB

    Milli Məclisin plenar iclasında spiker Oqtay Əsədov deputatları məlumatlandırıb ki, Novruz Məmmədov baş nazir vəzifəsindən azad edilməsi üçün prezidentə müraciət edib.  O, baş nazir postuna yeni namizəddən danışaraq bildirib ki, Əli Əsədov hansı vəzifədə çalışmasından asılı olmayaraq bilik və bacarığını işə sərf edən bir insandır, iqtisadi məsələlərə dərindən bələd olan mütəxəssisdir: “Əminəm ki, Prezident İlham Əliyevin bu seçimi dövlətimiz, xalqımız üçün uğurlu olacaq, hörmətli Əli Əsədov baş nazir vəzifəsini layiqincə yerinə yetirəcək”.

    Muxalifet - 8-10-2019

  11. Abşeronda kütləvi dava – Cinayət işi açıldı

    Abşeron rayonunda xuliqanlıq etmiş qardaşlara qarşı cinayət işi açılıb.
    Muxalifet.az xəbər verir ki, Abşeron rayon Polis İdarəsində Əhmədov Şamo Cəbi oğlu və qardaşı Elimxan barəsində Cinayət Məcəlləsinin 221.2.1-ci ( xuliqanlıq - bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə) maddəsi ilə cinayət işi açılıb.
    Onların Muradov Sakit Şirin oğlu və qardaşı Habili döydüyü bildirilir.

    Muxalifet - 8-10-2019

  12. 1000-dən çox vətəndaşın sosial yardımı dayandırıldı

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ünvanlı dövlət sosial yardımı (ÜDSY) təyinatının şəffaflaşdırılması və ünvanlılığının təmin edilməsi ilə bağlı davam edən araşdırmalar çərçivəsində daha 1068 vətəndaşa təyin edilən sosial yardım dayandırılıb.

    Muxalifet - 8-10-2019

  13. “Bir kişi tapılmadı ki, ona bir-iki yumruq vursun?!” - XANIM DEPUTATDAN SƏRT SÖZLƏR

    Milli Məclisin bugünkü iclasında deputat Aytən Mustafazadə Binəqədi rayonundakı “Avtovağzal” metrostansiyası yaxınlığında qeydə alınan cinayəti pisləyib. Muxalifet.az-ın modern.az-a istinadən xəbərinə görə, deputat bildirib ki, uşağın gözü önündə ərin arvadını qətlə yetirməsi qəddarlıqdır. “Biz necə cəmiyyətdə yaşayırıq? Bir kişi tapılmadı ki, ona bir-iki yumruq vursun, cinayətdən çəkindirsin?!”,-deyə A.Mustafazadə əlavə edib. Xanım deputat metroda yoxlamaların ciddi aparılmadığına da münasibət bildirib: “Necə olur ki, şəxs metroya bıçaqla daxil olur?! Məgər metroda polislər yoxdur?!

    Muxalifet - 8-10-2019

  14. Siyavuş Novruzov yeni təyinat barədə: “Aparılan sosial-iqtisadi islahatlar tələb edir ki, çevik siyasət həyata keçirilsin”

    “Bu gün aparılan sosial-iqtisadi islahatlar tələb edir ki, çevik siyasət həyata keçirilsin”
    Milli Məclisin bu gün keçirilən plenar iclasında “Əsədov Əli Hidayət oğlunun Azərbaycan Respublikasının Baş Naziri vəzifəsinə təyin edilməsinə razılıq verilməsi haqqında” məsələnin müzakirəsi zamanı Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

    Muxalifet - 8-10-2019

  15. Bakıda taksi sürücüsündən ŞOK ƏMƏL - Müştərini döyüb 500 manat aldı

    Quldurluqda şübhəli bilinən Cəlilabad sakini tutulub.
    Muxalifet.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, DİN-in “102” Zəng-Mərkəzinə müraciət edən Salyan rayon sakini F.Adışirinov oktyabrın 6-da saat 22 radələrində rayon ərazisində sərnişin qismində “Mercedes” markalı avtomobilə minərək Bakı şəhərinə gəldiyini, Yasamal rayonu ərazisində isə sürücünün onu döyərək 497 manatını aldığını bildirib.
    Müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılıb.

    Muxalifet - 8-10-2019

  16. Bu balaca qızcığaz görün indi hansı məşhur aparıcımızdır?

    Aparıcı Lalə Azərtaş sosial şəbəkədə uşaqlıq fotosunu paylaşıb.
    BiG.AZ xəbər verir ki, aparıcının uşaqlıq fotosunu paylaşmaqda məqsədi onun haqqında yayılan estetik əməliyyat xəbərinə son qoyması ilə bağlı olub:

    Muxalifet - 8-10-2019

  17. Bakıda tapança ilə gəzən qadın tutuldu – RƏSMİ MƏLUMAT

    Bakıda qadından silah götürülüb.
    Muxalifet.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, oktyabrın 7-də Sabunçu rayonu ərazisindəki inzibati binaların birində Bakı şəhər sakini P.Axundovanın çantasına Baş Mühafizə İdarəsinin əməkdaşları tərəfindən texniki qurğu vasitəsi ilə baxış zamanı oradan pnevmatik tapança və ona aid 3 ədəd patron aşkar edilərək götürülüb.
    P.Axundzadə müvafiq araşdırmaların aparılması üçün Sabunçu RPİ-nin 13-cü Polis Bölməsinə təhvil verilib.

    Muxalifet - 8-10-2019

  18. Rəqsanənin qızı "Maşın" şouda bu məşhurla sevgili oldu? - Etiraf gəldi - FOTO

    Repçi Qurd (Fərid Eminov) Rəqsanə İsmayılovanın qızı Aysunla sevgili olması barədə şayiələri gücləndirəcək paylaşımla diqqət mərkəzinə düşüb. Qurd Aysunla maşında çəkilmiş səmimi fotosunu paylaşıb. Lakin iddiaları artıran əsas məsələ reperin bu paylaşıma yazdığı şərh olub: "Heç kim gələcəyi indidən deyə bilməz. Amma hal-hazırda olan status sadəcə dostluq statusudur. Bu güllər isə ona olan dəstəyimin nümunəsidir". Qeyd edək ki, onların "Maşın" realiti-şousunda yaxınlaşması, daha sonra Qurd oyunu tərk edərkən Aysunun ağlaması iddiaları daha da gücləndirib.

    Muxalifet - 8-10-2019

  19. İlham Əliyev “Qobu Park-2” yaşayış kompleksinin açılışında

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 8-də Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu Park-2” yaşayış kompleksinin açılışında iştirak ediblər. Muxalifet.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

    Muxalifet - 8-10-2019

  20. Yenə külək güclənəcək - Nazirlikdən xəbərdarlıq

    Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.
    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Muxalifet.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Arabir güclənən cənub-qərb küləyi gündüz güclü şimal-qərb küləyi ilə əvəz olunacaq.

    Muxalifet - 8-10-2019

Pages