Axtarış
The search found 105706 results in 0.031 seconds.
Search results
Mübariz İbrahimovun atası əməliyyat olundu - FOTO
Milli Qəhrəman Mübariz İbrahimovun atası Ağakərim İbrahimov ürəyindən əməliyyat olunub.
Moderator.az xəbər verir ki, A.İbrahimov ürək damarlarında yaranan tıxanmalara görə əməliyyat edilib. Hazırda palataya köçürülən şəhid atasının vəziyyətinin qənaətbəxş olduğu bildirilir. Bu haqda saytımıza şəhid ailəsinə yaxın olan Leyla Həsənova məlumat verib.
Biz də kollektivimiz adından şəhidimizin atasına Allahdan şəfa diləyirik.Muxalifet - 9-10-2019
Ərdoğanın Suriya ilə bağlı ŞOK PLANI üzə çıxdı
Türkiyənin Suriyanın şimalındakı əməliyyat planları ilə bağlı bəzi məqamlar üzə çıxıb.
Muxalifet - 9-10-2019
“Quli”nin rəqibi türk mafiyasının lideri ilə görüşdü – Nadir Səlifovu bitirmək planı
Azərbaycanlı qanuni oğru Nadir Səlifov (“Quli”) Türkiyədən Qətər Əmirliyinə köçüb. Bu barədə məlumatı Rusiya mətbuatı yayıb. Məlumatda iddia olunur ki, Nadir Səlifovun Türkiyədən köçməsi rəqiblərinin onu aradan götürmək planları ilə bağlıdır. Lakin bu iddia bir qədər inandırıcı görünmür. Çünki Nadir Səlifov Türkiyədə daha sərbəstdir, digər tərəfdən “oğru dünyası”ndan onun tərəfdarları daha çoxdur.
Muxalifet - 9-10-2019
Polis xanımın ölümündə adı hallanan CƏRRAH İŞDƏN ÇIXARILDI
Daxili İşlər Nazirliyi (DİN) hospitalının əməkdaşı işdən çıxarılıb.
Unikal.org-un əldə etdiyi məlumata görə, rinoplastika əməliyyatı zamanı pasienti dünyasını dəyişən cərrah İdrak Əhmədov Daxili İşlər Nazirliyi (DİN) hospitalından kənarlaşdırılıb.
Xəbəri Daxili İşlər Nazirliyi (DİN) hospitalından Unikal.org-a təsdiqləyiblər.
Muxalifet - 9-10-2019
Lavrovun Qarabağ bəyanatı Yerevanda zəlzələ yaradıb - MNATSAKANYAN İŞDƏN QOVULUR...
Ermənistanın baş naziri Nikol Paşinyan bir neçə dəfə xarici işlər naziri Zöhrab Mnatsakananın istefası məsələsini qoyub. Virtualaz.org xəbər verir ki, bu barədə Ermənistanda nəşr edilən “Past” qəzeti öz mənbələrinə istinadən yazır.
Muxalifet - 9-10-2019
Daş karxanasında FACİƏ: Sürücü yük maşını dağdan aşırdı
Bakının Qaradağ rayonunda daş karxanasında bədbəxt hadisə baş verib.
Rayonun Korgöz qəsəbəsindəki daş karxanasında 1987-ci il təvəllüdlü Malik Qasımov idarə etdiyi "KaMAZ" markalı yük avtomobilini dağdan aşırıb. Nəticədə xəsarət alan sürücü ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Muxalifet - 9-10-2019
SOCAR PREZİDENTİ DƏ İSTEFAYA GÖNDƏRİLİR – Rövnəq Abdullayevi əvəzləyəcək kadrın adı AÇIQLANDI
Baş nazir Novruz Məmmədovun istefaya göndərilərək, yerinə Prezident Administrasiyası rəhbərinin birinci müavini Əli Əsədovun təyin olunması Azərbaycan cəmiyyətində hələ günlərlə müzakirə olunacaq. Amma, çox güman ki, bu dəyişikliyin səbəbi, hakimiyyət daxilində gedən oyunların pərdəarxası cəmiyyətin böyük kəsiminə bəlli olmayacaq.
Muxalifet4 - 9-10-2019
ŞOK: Meri maşına bağlayıb küçələrdə sürüdülər - VİDEO
Meksikanın Çiapas ştatının Las-Marqaritas şəhərinin sakinləri bələdiyyə administrasiyasının rəhbəri Xorxe Eskandonanın əllərini iplə maşına bağlayaraq küçələrdə sürüyüblər.
“Qafqazinfo”nun “El Universal” qəzetinə istinadən verdiyi xəbərə görə, buna səbəb vətəndaşların merin işindən narazı olması olub. Belə ki, o, vəzifə başına keçməzdən öncə sakinlərə yeni yollar quracağını vəd etsə də, sonradan çox sayda müraciətlərə məhəl qoymayıb.
Muxalifet - 9-10-2019
Bakıda 5-ci mərtəbədən atılan 20 yaşlı oğlanın son naləsi - "Qaçın, gəlirlər..."
Hazırda onun komada olduğu deyilir
Xəbər verildiyi kimi, dünən Nəsimi rayonunun 5-ci mikrorayon ərazisində bədbəxt hadisə baş verib. Naməlum şəxs və ya şəxslər 1999-cu il təvəllüdlü Əzizov Emin Vasif oğlunu 20 Yanvar küçəsində yerləşən binaların birinin 5-ci mərtəbəsindən atıblar.
Muxalifet.az xəbər verir ki, AzNews.az-a həmin hadisənin təfərrüatı məlum olub.
Bina sakinlərinin sayta verdiyi məlumata görə, o, atıldığı deyilən binaya qışqıraraq girib:Muxalifet - 9-10-2019
Azərbaycanda qadının intiharı ilə bağlı DƏHŞƏTLİ FAKTLAR – Şantaj, quldurluq...
Bir neçə ay əvvəl İbrahimova Mənsurə Məmməd qızının həyatına qəsd etməsi hadisəsi əsasında açılmış cinayət işinin ibtidai istintaqı başa çatıb. Araşdırmalar zamanı qadını intihar həddinə çatdıran şəxsin tanışı Allahverdi Nuriddin oğlu olması müəyyən edilib. Həmin şəxs barəsində Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş açılıb. Araşdırma zamanı o da məlum olub ki, Allahverdi Nuriddin oğlu qadına qarşı müxtəlif vaxtlarda bir neçə cinayət əməli törədib. Onun M.İbrahimovanı şantaj edərək pul alması və sair faktlar da dəqiqləşib.
Muxalifet - 9-10-2019
Saxta əlillik qalmaqalı: Bir nazirlikdən başqa bir nazirliyə İTTİHAM - “Məsuliyyəti həkimlər daşıyır”
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev oktyabrın 4-də jurnalistlərə verdiyi açıqlamada ünvanlı sosial yardımla bağlı monitorinqlərin davam etdiyini və edəcəyini bildirib.
Muxalifet - 9-10-2019
Ermənistanın keçmiş rəhbəri əməliyyat olundu – KOÇARYANIN ƏMƏLİYYAT SƏBƏBİ GİZLİ SAXLANILIR
Ermənistanın keçmiş rəhbəri Robert Koçaryan əməliyyat olunub. Sabiq prezidentin ofisinin baçısı Viktor Soqomanyanın RİA Novosti-yə verdiyi məlumata görə, R.Koçaryan çərşənbə günü İrəvanda "İzmirlyan" tibb mərkəzində əməliyyata alınıb.
Muxalifet.az saytı tert.am saytına istinadən xəbər verir ki, Koçaryan son doqquz gün ərzinə bu tibb mərkəzində üç dəfə müayinə olunub.
Soqomonyan eks-prezidentin səhhətində hansı problemlərin olduğunu və cərrahiyyə əməliyatının səbəbini açıqlamayıb.Muxalifet4 - 9-10-2019
SON DƏQİQƏ: Türk ordusu Suriyaya girdi, 14 min əsgər... - FOTO
Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında "Sülh bulağı" hərbi əməliyyatlarına start verib.
Bu barədə “Bloomberg” türk rəsmilərinə istinadən informasiya yayıb.
Muxalifet - 9-10-2019
GÜRCÜ PATRİARXI PAŞAZADƏYƏ MƏKTUBUNU YAYIMLAYIB – Azərbaycan tərəfini ittiham edib
Gürcüstan Patriarxlığı bütün Gürcüstanın Katolikos-Patriarxı II İlyanın Keşikçidağ (David-Gareci) monastır kompleksi ilə bağlı Qafqaz Müsəlmanları Ruhani İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadəyə ünvanladığı məktubunu yayımlayıb. Virtualaz.org-un məlumatına görə, məktubda gürcü patriarxı Azərbaycan tərəfini, zəvvarların Çiçxituri və Udabno monastırlarına baş çəkmələrinin qarşısını faktiki olaraq kəsməkdə ittiham edib. Maraqlıdır ki, bu məktub Gürcüstanın yeni Baş naziri Corc Qaxarianın Azərbaycana vacib dövlət səfəri ərəfəsində dərc edilib.
Muxalifet - 9-10-2019
“Azərbaycan erməni-rus münasibətlərindəki problemlərdən faydalanır” – ERMƏNİSTAN NARAHAT OLMAĞA BAŞLAYIB
Muxalifət.az saytı tert.am-a istinadən xəbər verir ki, Ermənistan vətəndaşları erməni-rus münasibətinin indiki səviyyəsindən razı deyillər. "Erməni-rus münasibətlərində qeyri-müəyyənlik davam edir. Doğrudur, 1 oktyabrda prezident Putinin Ermənistana çoxdan gözlənilən səfəri baş tutdu, amma bu münasibətlərdəki etimadsızlığın azaldığı anlamına gəlmir", - deyə Ermənistan mediası yazır. Tert.am saytı xatırladı ki, hələ ötən il baş nazir Paşinyan Putini Ermənistana dəvət etmişdi: “Amma onun 1 oktyabrdakı viziti Avrasiya Şurasının iclasında bir-neçə saatlıq iştirak məqsədilə edildi.
Muxalifet4 - 9-10-2019
Bakıda yeni “yol nişanı” - “Eşşək, burada saxlama” – FOTO
Bakının mərkəzi küçələrinin birində yeni yol xətlərinin çəkilişi zamanı yolda təhqiramiz ifadə yazılıb.
Muxalifet.az BakuPost-a istinadən xəbər verir ki, həmin yazı Asif Məhərrəmov küçəsindəki 102 nömrəli poçtdan təxminən 50 addım aralıda, piyadalar üçün nəzərdə tutulmuş yolda qeyd edilib. Ərazidə yaşayan şəxslər iddia edir ki, həmin bu “Eşşək, maşını burada saxlama” cümləsini küçəni təmir edən və xətləmə işlərini aparan qurumun əməkdaşları yazıblar.Muxalifet - 9-10-2019
“Sevimli Dad”ın məhsulu təhlükəlidir – MAĞAZALARDA YARARSIZ MƏHSULLAR SATILIR
Gəncə Şəhər sakini İlham Həsənov “Sevimli Dad” süd məhsulunun yarasız hala düşməsi barədə redaksiyamıza məlumat verib. Dediyinə görə, İlham Həsənovun ailə üzvü 01.10.2019 cu il tarixdə Gəncə Şəhər Şah İsmayıl Xətai prospektində yerləşən “Gold Əminə Market” deyilən yerdən “Sevimli Dad”a məxsus inək südü alıb. Lakin süd məhsulunu evə aparıb körpə uşağa yemək hazırlamaq istəyərkən, xoşagəlməz halla rastlaşıblar.
Muxalifet - 9-10-2019
Qarabağdan Paşinyana yeni hədələr yağdı: “Sizi fiziki məhv edəcəyik...”
Dağlıq Qarabağdakı qondarma rejimin “təhlükəsizlik şurasının” keçmiş katibi, general Vitali Balasanyan yenidən Ermənistan hakimiyyətinin ünvanına kəskin bəyanatlarla çıxış edib. Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, Balasanyan Nikol Paşinyanı hakimiyyətə Qərbin “məlum mərkəzlərinin” gətirdiyini deyib. Onun sözlərinə görə, həmin mərkəzlər Paşinyanı idarə edir və onun nə etməli olduğu haqda göstərişlər verir.
Muxalifet - 9-10-2019
Azərbaycanlılara qarşı faşist addım – Məşhur şirkət məhkəməyə verilir - Foto
Qaçqın statusu üçün Almaniyadan sığınacaq istəyən bir qrup azərbaycanlı Almaniyanın “ASB” şirkətini məhkəməyə verməyə hazırlaşır.
Muxalifet.az xəbər verir ki, “Report”un əldə etdiyi məlumata görə, buna səbəb 2016-cı ildə Almaniyanın Şimali Reyn Vestfaliya əyalətinin Ahlen (Westfalen) şəhərində yerləşən və qaçqın kampı kimi istifadə edilən köhnə orta məktəb binasında sığınacaq istəyənlərə olan münasibət olub.
Muxalifet - 9-10-2019
Azərbaycan AES tikintisi ilə bağlı Rusiyanın təklifini nəzərdən keçirir - Nazirdən AÇIQLAMA
Azərbaycan Rusiya tərəfindən ölkədə atom elektrik stansiyasının (AES) tikintisi ilə bağlı irəli sürülən təklifi nəzərdən keçirir. Muxalifet.az-ın apa-ya istinadən məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Energetika naziri Pərviz Şahbazov deyib. Nazirin sözlərinə görə, Rusiya bu sahədə böyük təcrübəyə malikdir və bu ölkənin dünya üzrə bir çox analoji layihələri var: “Bizə də təklif olunub və Azərbaycan bu təklifi nəzərdən keçirir. Amma konkret bir şey demək hələ tezdir”.
Muxalifet4 - 9-10-2019