Axtarış

The search found 105712 results in 0.046 seconds.

Search results

  1. Bahalı telefon “xəstəliyi” ailədə gərginliyə səbəb olur

    Son zamanlar bahalı telefonlara tələbat daha çox artıb. Və bu da insanların bahalı telefonlara olan marağından irəli gəlir. Kimisi yeməyindən, kimisi geyimindən kəsərək bahalı telefonlar almağa maraq göstərirlər.

    ARB TV-nin “Günə Doğru” proqramında mövzu ilə bağlı maraqlı süjet hazırlanıb

    Sakin: “Buna ehtiyacı bəhz yaradır, yəni filankəsin telefonu var, məndə alım, maşını var məndə alım, amma fikirləşmirlər ki, səhər ailəni dolandırmaq lazımdır, paltar, çörək almaq lazımdır”.

    Muxalifet - 8-10-2019

  2. Rəşid Mahmudovdan SƏRT SÖZLƏR - “Nazpəri Marksdırmı, Lenindirmi?”

     Xalq artisti Nazpəri Dostəliyeva verilişlərin birində qadınlarla bağlı açıqlaması qalmaqala səbəb olub.

    “Qızımın olmasını çox istəyərdim. Xasiyyətim pisdir deyə, yəqin ki, Allah verməyib. Qız uşağına qarşı çox qısqancam. Onu bir dəqiqə də nəzarətsiz buraxma. Bəlkə də universitetə getməyə də qoymazdım. Rəfiqələrinin olmasına, gəzməsinə icazə verməzdim”, - deyən müğənninin sözləri müzakirələrə səbəb olub. Sosial şəbəkələrdə onu qadınların təhsil almasına qarşı çıxmaqda ittiham ediblər.

    Muxalifet - 8-10-2019

  3. “Beynində yüz tülkü” olan “rus çarı” və başı İraqa qarışmış Ruhani: 100 minlik türk gücü Suriyada son sözünü deməyə hazırlaşır - TƏHLİL

    Husni Mahali Al Mayadeen (Livan), 07.10.2019 Qaziantəp universitetinin Suriyanın Əzaz, əl-Bab və Afrin şəhərlərində filiallarının açıldığı haqda Türkiyənin bəyanatından sonrakı gün Türkiyənin Şanlıurfa şəhərində mətbuat konfransı olub və bu zaman “Milli Azadlıq Cəbhəsi”nin Suriya “Milli Ordusu” ilə birləşdiyi elan edilib. “Suriyanın müvəqqəti hökuməti” adlananın “müdafiə naziri” general-mayor Salim İdris və Suriya milli koalisiyasının başçısı Əbdurrəhman Mustafa mətbuat konfransına qatılıblar.

    Muxalifet - 8-10-2019

  4. ƏSƏDOVUN BAŞ NAZİR KİMİ İLK AÇIQLAMASI – “Azərbaycan iqtisadiyyatı titanik inkişaf yolu keçib”

    Milli Məclisin bu gün keçirilən plenar iclasında Əli Əsədov Azərbaycan Respublikasının Baş Naziri vəzifəsinə təyin edilməsinə razılıq verilməsindən sonra çıxış edib. “Report” xəbər verir ki, o, çıxışında göstərilən yüksək etimada görə Azərbaycan Prezidenti İlham Əliyevə dərin minnətdarlığını bildirib. Ə.Əsədov qeyd edib ki, müasir Azərbaycan müstəqillik illərində böyük uğurlar qazanıb: “Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan iqtisadiyyatı titanik inkişaf yolu keçib. Dövlətimizin başçısının rəhbərliyi ilə bir sıra qlobal layihələr reallaşdırılıb.

    Muxalifet - 8-10-2019

  5. Tələbələrə şad xəbər -“Təqaüdlər sabah veriləcək”

    Artıq oktyabrın 8-i olsa da bir çox universitetlərdə, nəinki, sentyabr, heç, iyun-iyul ayının təqaüdləri köçürülməyib.
    Muxalifet.az xəbər verir ki, AzEdu.az məsələnin aktuallığını nəzərə alaraq bir neçə ali məktəblə əlaqə saxlayıb:
    Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin İctimaiyyətlə əlaqələr və marketinq departamentinin direktoru  Bəhruz Nəzərov, təqaüdlərin hər ayın sonu tələbələrin hesablarına köçürüldüyünü deyir:
    “Bizim universitetdə ardıcıl olaraq, hər ayın sonu ödənilir. Sentyabr ayının təqaüdləri də artıq tələbələrin hesabındadır”.

    Muxalifet - 8-10-2019

  6. Erməni döyüşçünün boğduğu türk DANIŞDI: "Azərbaycanda Mübariz İbrahimov kimdirsə..."

    “İnanın, Azərbaycanda Mübariz İbrahimov kimdirsə, hazırda Ermənistanda Rafael Abrahamyan da o cür xalq qəhrəmanı elan edilib”.
    Bu sözləri türkiyəli qəfəs döyüşçüsü Batuxan Akduman deyib.

    Muxalifet - 8-10-2019

  7. Milli Şura Bakıda piket keçirir - FOTOLAR

    Milli Şuranın bu gün keçirəcəyi piketə dəqiqələr qalır. Bakı Şəhər İcra Hakimiyyətinin inzibati binası ilə Azərbaycan Dövlət İqtisad Universiteti arasında yerləşən ərazidə çoxsaylı asayiş keşikçiləri gözə çarpır. Artıq Milli Şura tərəfdarları aksiya keçiriləcək yerə yaxın ərazilərə müşahidəçi qismində toplaşmağa başlayıblar. Piketdə maksimum 50 nəfər iştirak etməlidir. //musavat.com

    Muxalifet - 8-10-2019

  8. “ABŞ həmişə haranı isə tərk edəcəyini bəyan edib, amma...” - Rusiyadan ŞOK AÇIQLAMA

    Türkiyənin Suriyada terrorçular tərəfindən işğal edilmiş ərazilərində keçirməyi planlaşdırdığı “Sülh bulağı” əməliyyatı ərəfəsində Kremlin mətbuat xidmətinin başçısı Dmitri Peskovun verdiyi açıqlamada ABŞ-ın onlara hərbçilərini çıxarmaq barəsində məlumat vermədiyi, Amerika qüvvələrinin Suriyanın şimalını tamamilə tərk eləməsinin hələlik müşahidə edilmədiyi bildirilir.

    Muxalifet4 - 8-10-2019

  9. Fizika üzrə Nobel mükafatçıları məlum oldu - FOTO

    2019-cu il Fizika üzrə Nobel mükafatının qalibləri bəlli olub. Mükafat Ceyms Pibl (James Peebles), Mişel Mayor və Didie Kueloza (Didier Queloz) verilib. Ceyms Pibl (Kanada-ABŞ) Fiziki kosmologiya sahəsində nəzəri kəşfə görə, Mişel Mayor (İsveçrə) və Didier Queloz (İsveçrə) isə Günəş tipli ulduz orbitində olan ekzoplanetin kəşfinə görə Nobel mükafatına layiq görülüblər.

    Virtualaz.org bildirir ki, bu barədə Nobel Komitəsinin Stokholmdakı nümayəndəsi açıqlama verib.

    Muxalifet4 - 8-10-2019

  10. Molla rejimi Türkiyəni hərbi əməliyyatlardan çəkinməyə çağırdı - BƏYƏNAT

    Türkiyə qüvvələrinin Suriyanın şimalında hərbi əməliyyatlara başlaması maddi və humanitar zərərə səbəb ola bilər.

    RİA-Novosti bildirir ki, İran Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda belə deyilir.

    “Rəsmi Tehran Türkiyə tərəfinin Suriyanın şimalında hərbi əməliyyatlara başlamaq niyyəti ilə bağlı xəbərləri narahatlıqla izləyir. Hesab edirik ki, belə bir addımın atılması nəinki Türkiyənin təhlükəsizliklə bağlı narahatlığını aradan qaldıracaq, əksinə geniş maddi və humanitar ziyana səbəb olacaq”, - deyə bəyanatda vurğulanıb.

    Muxalifet4 - 8-10-2019

  11. ​“Rus dilinin bizim orta məktəblərə gəlməsi normaldır” – NİZAMİ CƏFƏROVDAN QALMAQALLI MÜSAHİBƏ

    "Rus dilinin hazırda yenidən nüfuz qazanmasını böyük təhlükə hesab etmirəm".
    Muxalifet.az xəbər verir ki, bu sözləri millət vəkili, akademik Nizami Cəfərov APA-ya geniş müsahibəsində deyib.
    Akademik son illər Azərbaycan cəmiyyətində rus dilinin nüfuzunun artmasının təhlükəli olub-olmaması məsələsinə də münasibət bildirib:

    Muxalifet4 - 8-10-2019

  12. Prezidentdən Əli Əsədovla bağlı SƏRƏNCAM

    Prezident İlham Əliyev Əli Əsədovun Azərbaycan Respublikasının Baş Naziri təyin edilməsi haqqında sərəncam imzalayıb.
    Muxalifet.az-ın verdiyi məlumata görə, sərəncamda qeyd edilir ki, Əli Hidayət oğlu Əsədov Azərbaycan Respublikasının Baş Naziri təyin edilsin.
    Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

    Muxalifet - 8-10-2019

  13. FHN ölkədə yanğınların artması ilə bağlı məlumat yaydı

    Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti ölkə ərazisində yanğın hadisələrinin artması ilə bağlı məlumat yayıb.
    FHN-dən Muxalifet.az-a verilən məlumatda qeyd edilir ki, yanğınların təhlili göstərir ki, açıq sahələrdə, zibil yığılmış ərazilərdə, qamışlıq və kol-kosda baş vermiş yanğınların statistikasında son zamanlar artım dinamikası müşahidə olunur.

    Muxalifet - 8-10-2019

  14. “Onların hamısı raketlərlə məhv edilməlidir: Yollar da, körpülər də, mədənlər də, bir sözlə, hər şey...”

    Fərəc Quliyev: “İşğaldakı torpaqlarımıza qanunsuz səfər edən hər kəs bilməlidir ki, onun oradan sağ çıxmamaq ehtimalı var” Xəbər verdiyimiz kimi, oktyabrın 14-də Şuşada “Yuxarı Gövhər Ağa” məscidinin “yenidənqurma işlərindən” sonra təntənəli açılışı keçiriləcək. Oktyabrın 11-də isə Xankəndində “Qarabağın dostları”nın iştirakı ilə daha bir tədbir planlaşdırılır ki, burada 30 ölkədən 150-dən çox nümayəndənin iştirakı gözlənilir. Maraqlıdır, Azərbaycan Qarabağda keçirilən bu cür bayram-tədbirlərlə bağlı hansısa ciddi addımlar ata bilərmi?

    Muxalifet - 8-10-2019

  15. Rusiya və Gürcüstan arasında aviareyslər bərpa oluna bilər

    Rusiya ilə Gürcüstan arasında aviareyslər yaxın gələcəkdə bərpa oluna bilər.
    Bunu Rusiya Dövlət Dumasının MDB məsələləri üzrə Komitəsinin sədri Leonid Kalaşnikov bildirib.
    Deputat Rusiya-Gürcüstan dialoqunun parlamentlərarası qrupun görüşündə iştirak edib. Onun sözlərinə görə, görüş zamanı digər məsələlərdən başqa iki ölkə arasında aviasiya əlaqəsinin bərpası da müzakirə olunub. L. Kalaşnikov qeyd edib ki, hazırda konkret vaxt barədə danışmaq çətindir, lakin bu, artıq “yaxın gələcəkdə” baş verə bilər: "Biz aeroportların təhlükəsizliyində əmin olmalıyıq".

    Muxalifet - 8-10-2019

  16. Novruz Məmmədovun istefasının PƏRDƏARXASI: Sabiq baş nazir hansı kriteriyalara uyğun gəlməyib?

    2018-ci il aprelin 21-də baş nazir təyin olunan Novruz Məmmədovun cəmi ilyarım sonra postunu təhvil verməsi ciddi səbəblərə dayanır.

    Prezident Administrasiyasının şöbə müdiri vəzifəsini tutan Novruz Məmmədovun ötən ilin yazında baş nazir təyinatı cəmiyyətdə müxtəlif reaksiyalarla qarşılanmışdı. Bununla belə, onun və yenilənmiş kabinənin ardıcıl qaydada zəruri islahatları həyata keçirəcəyinə müəyyən inam vardı. O baxımdan, Məmmədov ölkənin yeni iqtisadi strategiyasının əsas icraçılarından biri kimi nəzərdən keçirilirdi.

    Muxalifet - 8-10-2019

  17. Xəzərdə 4 nəfər itkin düşüb - Axtarışlara helikopter cəlb edildi

    Xəzərin Azərbaycan sektorunda 4 balıqçı itkin düşüb.
    Muxalifet.az
    xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.
    Xəbərə görə, nazirliyin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, oktyabrın 8-də gecə saatlarında, Bakı şəhərinin Pirallahı rayonundan, balıq tutmaq məqsədi ilə 4 balıqçı dənizə çıxıb və təyin olunan vaxtda geri qayıtmayıblar.
    Axtarışlara Fövqəladə Hallar Nazirliyinin Aviasiya Dəstəsinin bir helikopteri cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb.
    Əlavə məlumat veriləcək.

    Muxalifet - 8-10-2019

  18. Ərdoğan Trampla BU TARİXDƏ görüşəcək - VAXT DƏQİQLƏŞDİ

    ABŞ prezidenti Donald Tramp Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Ağ Evdə görüşəcək. Görüş noyabrın 13-də baş tutacaq. “Bir çoxları Türkiyənin ABŞ-ın ticarət ortağı olduğunu unudur. Türkiyə F-35-lərin polad gövdəsini istehsal edir. Ərdoğan noyabrın 13-də dəvətlim olaraq Vaşinqtona gələcək. Türkiyə NATO-nun əhəmiyyətli bir üzvüdür”-,Tramp tvitterində yazıb.

    Muxalifet - 8-10-2019

  19. “HƏR ŞEY ARTIQ DEYİLİB…” – Novruz Məmmədov danışdı

    “Hazırda heç bir mətbuat orqanına müsahibə vermək fikrində deyiləm. Hər şey artıq deyilib”.

    Bunu Modern.az-a qısa açıqlamasında sabiq Baş Nazir Novruz Məmmədov istefaya göndərilməsi məsələsinə münasibət bildirərkən deyib.

    O, qeyd edib ki, əlavə nəsə danışması doğru deyil: “Bu gün Milli Məclisdə Baş Nazir məsələsi ətrafında daha ətraflı danışıldı. Milli Məclis üzvləri fikirlərini bildirdilər. Mənim əlavə nəsə danışmağım doğru olmaz”.

    Muxalifet - 8-10-2019

  20. Putin daha bir azərbaycanlını medalla təltif etdi - Foto

    “Azərbaycan” nəşriyyatının baş direktoru Ağabəy Əsgərov Rusiyanın “Puşkin” medalı ilə təltif edilib. Muxalifet.az APA-ya istinadən xəbər verir ki, bununla bağlı Rusiya Prezidenti Vladimir Putin fərman imzalayıb. Qeyd edək ki, Rusiyanın “Puşkin” medalı mədəniyyət və incəsənət, maarifçilik, humanitar elmlər və ədəbiyyat sahələrində xidmətlərə, mədəni irsin öyrənilməsi və qorunub saxlanmasına, xalqların və millətlərin mədəniyyətlərinin yaxınlaşmasına və qarşılıqlı zənginləşməsinə töhfəyə görə verilir.

    Muxalifet - 8-10-2019

Pages