Axtarış

The search found 105712 results in 0.026 seconds.

Search results

  1. İntihar edən sürücünün yeddi arvadı ortaya çıxdı

    Hindistanda intihar edən 40 yaşlı kişinin cəsədini götürmək üçün yeddi qadın polisə gəlib.
    Bu barədə “Times of India” məlumat yayıb.
    Pavan Kumar sürücü işləyib və ailəvi mənzildə yaşayıb. Sentyabrın 29-u intihara cəhddən sonra həyat yoldaşı onu xəstəxanaya aparsa da, kişinin həyatını xilas etmək mümkün olmayıb. Qadın yoldaşının intihar səbəbini anlamadığını deyib.

    Muxalifet - 7-10-2019

  2. SON DƏQİQƏ: Türk ordusu hücuma başladı, qırıcılar havaya qaldırıldı - VİDEO

    Rəsmi Ankaranın aylardır, hətta illərdir Münbic və Fəratın şərqində anonsunu verdiyi əməliyyata başladı. Muxalifet.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, bölgədən gələn son məlumatlara görə, türk hərbi birlikləri Cerablusdan çıxaraq Münbiçə doğru irəliləyir. Bundan başqa, Türkiyənin müxtəlif şəhərlərindəki hərbi hissələrdən daha əvvəl Hataya göndərilən komando birlikləri və şəxsi heyət daşıyan zirehli texnikadan ibarət kolon təhlükəsizlik tədbirləri altında Kilis şəhərin mərkəzindən keçərək sərhəd xəttinə doğru irəliləyib.

    Muxalifet - 8-10-2019

  3. “Binə” ticarət mərkəzində YANĞIN: Səbəbi məlum deyil - YENİLƏNİB / FOTO

    “Binə” ticarət mərkəzində baş verən yanğın təxminən 2000-3000 kv.m sahəni əhatə edib. Bunu jurnalistlərə açıqlamasında Fövqəladə Hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev deyib. Onun sözlərinə görə, sahibkarlara dəymiş ziyanın miqdarı və yanğının baş vermə səbəbi dəqiq bilinmir: “Araşdırma aparıldıqdan sonra ictimaiyyətə ətraflı məlumat veriləcək. Hazırda yanğının qarşısı alınıb və ərazidə soyutma işləri aparılır”.

    Muxalifet - 8-10-2019

  4. Makqreqor Nurməhəmmədovu döyüşə çağırdı

    İrlandiyalı döyüşçü Konor Makqreqor Tvitter hesabında rusiyalı MMA döyüşçüsü Həbib Nurməhəmmədova ünvanlanmış tvit yazıb.

    “Qafqazinfo”nun məlumatına görə, Nurməhəmmədovla döyüşündən qısa bir hissə paylaşan Makqreqor videoya “Gəl Moskvada rəqs edək” şərhini yazıb.

    Muxalifet - 8-10-2019

  5. İrəvanı ŞOK SSENARİ GÖZLƏYİR: Rusiya Cənubi Qafqaz regionunda...

    “Son illərdə xüsusilə aydın müşahidə olunur ki, Rusiya Cənubi Qafqaz regionunda yeganə siyasi və iqtisadi güc kimi məhz Azərbaycanı görür”.
    Publika.az xəbər verir ki, bunu politoloq Elşad Mirbəşiroğlu qeyd edib.

    Muxalifet - 8-10-2019

  6. Qorxunc Afrika vəbası dünyanı təşvişə salıb - ölkəmiz üçün təhlükə

    Milyonlarla donuz məhv edilib; Azərbaycan öz ərazisini öldürücü virusdan necə qoruyur - rəsmi tələblər

    Afrika, Avropa və Asiyada donuzlar arasında yayılmış Afrika vəbası xəstəliyi getdikcə əhatə dairəsini genişləndirir. 2017-ci ildən yeni yayılma mərhələsinə qədəm qoyan virus artıq onlarla ölkədə  yüz milyonlarla baş donuzun məhv edilməsinə gətirib çıxarıb.

    Xəstəlik insan üçün təhlükə yaradırmı?

    Muxalifet - 8-10-2019

  7. «ONLARI DƏSTƏKLƏMƏK BAHA BAŞA GƏLİR…» – Tramp Suriya kürdlərindən üz çevirdi

    «AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, oktyabrın 7-də Amerika Birləşmiş Ştatlarının (ABŞ) prezidenti Donald Tramp Amerika ordusunun Suriyanın şimalından çıxarılması barədə öz administrasiyasının qərarını bunula əsaslandırıb ki, kürdlər başda olmaqla, bölgədə «Suriya demokratik qüvvələrini» (SDQ) dəstəkləməkdə davam etmək «çox baha başa gəlir».

    Muxalifet - 8-10-2019

  8. Bu insanlar dövlətin siyasətini rahatca dəyişir, yönləndirir... - KİMDİR ONLAR? - FOTOLAR

    Heç kəsə sirr deyil ki, hər bir hökmdarın, dövlət başçısının yanında bir nəfər olur ki, onu müxtəlif qərarlar verməyə təhrik edir, verilən qərarlara düzəliş edir, bir sözlə dövləti gizli olaraq idarə edir. Belə insanları "boz kardinal" adlandırırlar.

    Milli.Az müxtəlif ölkələrin siyasətində mühüm rol oynamış, bununla belə, həmişə kölgədə qalmağı bacaran şəxsiyyətlər haqda icmalı oxuculara təqdim edir.

    Fransua Lekler dyu Tramble (Jozef Ata)

    Muxalifet - 8-10-2019

  9. Bakıda tələbə qız itkin düşdü

    Bakıda 18 yaşlı gənc itkin düşüb.

    Hadisə oktyabrın 7-də paytaxtın Nərimanov rayon ərazisində baş verib.

    Belə ki, 2001-ci il təvəllüdlü Fatimə Kəlbəliyeva saat 12:30 radələrində yaşadığı Nərimanov rayonu, Nərimanov küçəsi 11 ünvanından çıxaraq Bakı Biznes və Kooperasiya kollecinə gedib. Daha sonra o, bir müddət orada qalıb və kolleci tərk edərək evə qayıtmayıb.

    Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsi tərəfindən araşdırma aparılır.

    Muxalifet - 8-10-2019

  10. “Cavid Qurbanova rüşvət verə bilmədiyim üçün atamın adını mənzil növbəsindən çıxardı” - BAŞ DƏMİRYOLÇUYA QARŞI ŞOK İTTİHAMLAR

    50 il Azərbaycan Dəmir Yollarının Biləcəri Lokomativ deposunda maşinist işləmiş Nagdəliyev Eldar Həsən oğlunun övladı Ceyhun Nağdəliyev ölkə prezidentinə müraciət ünvanlayıb. Muxalifet.az “Yeni Sabah”-a istinadən xəbər verir ki, o öz müraciətində bildirib ki, 1991-ci ildən atası mənzil növbəsinə dayanıb. “Məhz iş vaxtı ağır xəstəliyə yoluxaraq bu ilin mart ayının 22-də atam vəfat etdi. Xəstə oldugu zamanlarda atamın sağlıq durumu ilə adıçəkilən qurumdan heç kim maraqlanmadı, əksinə adının mənzil növbəsindən çıxarılmaması üçün ondan rüşvət istənildi.

    Muxalifet - 8-10-2019

  11. SON DƏQİQƏ: Novruz Məmmədov istefaya gedir, yeni Baş nazir...

    Oktyabrın 8-də Milli Məclis payız sessiyasının növbəti iclasını keçirəcək.
    Milli Məclisin bu gün keçirilən iclasında Əli Əsədovun Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin edilməsinə razılıq verilməsi haqqında məsələyə baxılacaq.
    Bu barədə Milli Məclisin açıqladığı gündəlikdə bildirilib.
    Qeyd edək ki, Əli Əsədov Prezidentin iqtisadi məsələlər üzrə köməkçisidir.//Axar

    Muxalifet - 8-10-2019

  12. Bu nazirlikdə vəzifəli şəxs işdən çıxarıldı

    Vergilər Nazirliyində kadr dəyişikliyi olub. 

    Muxalifet.az-ın məlumatına görə, Vergilər Nazirliyinin Tədris Mərkəzinin rəisi Fərhad Əmirbəyov vəzifəsindən azad edilib.

    İlkin məlumata görə, o, icra etdiyi vəzifədən öz istəyi ilə ayrılıb.

    Hazırda Nazirliyin Tədris Mərkəzinin rəis vəzifəsinin icrası müvəqqəti olaraq onun müavininə tapşırılıb. 

    Onun daha yüksək vəzifəyə təyinat aldığı deyilir./Oxu.az

    Muxalifet - 8-10-2019

  13. Vilayət Eyvazovdan mühüm əmr: Onu yüksək vəzifəyə TƏYİN ETDİ

    Daxili İşlər Nazirliyində kadr dəyişikliyi olub.
    Bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.
    Əmrə əsasən, polis kapitanı Samir Məmmədov Zaqatala Rayon Polis Şöbəsinə rəis müavini təyin olunub.
    Qeyd edək ki, o, bundan əvvəl Nəsimi Rayon Polis İdarəsində çalışıb.

    Muxalifet - 8-10-2019

  14. Baş nazir vəzifəsinə gətirilən Əli Əsədov kimdir? - DOSYE

    Bu gün Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədovun istefaya göndərilməsi Milli Məclisdə müzakirəyə çıxarılacaq.
    Publika.az xəbər verir ki, artıq Mili Məclisin gündəliyinə Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə Əli Əsədovun gətirilməsi qeyd edilib.
    Azərbaycanın növbəti baş naziri təyin ediləcək Əli Əsədovun tərcümeyi-halını təqdim edirik:

    Muxalifet - 8-10-2019

  15. Arvadını öldürən Nicat gömrükdə işləməyib - Rəsmi

    Oktyabrın 6-sı, axşam saatlarında arvadına 20 bıçaq zərbəsi vuraraq öldürməkdə təqsirləndirilən Nicat Abdullayevlə bağlı rəsmi açıqlama verilib.
    “Qafqazinfo”nun verdiyi xəbərə görə, Dövlət Gömrük Komitəsi N.Abdullayevin gömrük xidmətində işlədiyi barədə məlumatı təkzib edib. DGK-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Natiq Axundov bildirib ki, N.Abdullayev gömrük orqanlarında çalışmayıb.
    Xatırladaq ki, onun gömrükdə işləməsi haqda məlumatı Abdullayevin yaxınları açıqlamışdı.

    Muxalifet - 8-10-2019

  16. Bakıda DƏHŞƏT - Ana və balanı beysbol dəyənəyi ilə döydülər

    Bakının Nəsimi rayonunda xuliqanlıq zəminində döyülmə hadisəsi qeydə alınıb.
    Muxalifet.az apa-ya istinadən xəbər verir ki, hadisə Mirəli Qaşqay küçəsində yerləşən mənzildə baş verib.
    Belə ki, 1981-ci il təvəllüdlü Şəfiqə Mollazadənin yaşadığı ünvana onun qaynı öz xanımı ilə qonaq gəlib.
    Mənzildə onların arasında mübahisə yaranıb və qayın beysbol dəyənəyi ilə əvvəlcə Ş.Mollazadəni, daha sonra 2000-ci il təvəllüdlü Lamiyə Mollazadəni döyüb. Hər iki yaralı ağır vəziyyətdə 1 saylı Xəstəxanaya yerləşdirilib.

    Muxalifet - 8-10-2019

  17. Qarabağla bağlı paylaşım etdikdə, “Facebook” bizi niyə bloklayır? - AÇIQLAMA

    Osman Gündüz: “Qarabağla bağlı paylaşım çox şikayətə məruz qalsa, istifadəçi blok edilə bilər”

    Sosial şəbəkələr həyatımızın bir parçasına çevrilib. Statistik araşdırmalara əsasən, Azərbaycan da sosial şəbəkələrdən çox istifadə edən ölkələr içərisində yer alıb. Bu sosial şəbəkələr içərisində isə ən populiyar olanları “Facebook” , “İnstagram”, “Youtube”dir.

    Muxalifet - 8-10-2019

  18. Əhaliyə ŞAD XƏBƏR - Banklarda batan pullar GERİ QAYTARILIR

    “Oktyabrın 16-dan etibarən müflis elan olunan banklarda 10 min dollar və ya 17 min manatdan çox olmayan sığortalanmayan əmanətləri olan vətəndaşlar pullarını geri ala biləcəklər”.

    Bu barədə iqtisadçı-alim Vüqar Bayramov “Facebook” hesabında yazıb.

    Muxalifet - 8-10-2019

  19. DİN VƏ ETSN BİRGƏ ƏMƏLİYYAT KEÇİRİB – Ağac qıran dəstə saxlanılıb

    Quba və Qusar rayonlarının meşə massivlərində ağacları kütləvi olaraq qıran dəstə üzvləri saxlanılıblar.

    Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən “Report”a verilən məlumata görə, nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri ilə birgə ölkənin meşə fondunun qorunması istiqamətində uğurlu əməliyyat tədbirləri həyata keçirilib.

    Muxalifet - 8-10-2019

  20. Daha bir MMA döyüşçüsü vəfat etdi - FOTO

    Daha bir MMA döyüşçüsü vəfat etdi
    Özbəkistandan olan MMA döyüşçüsü Bəyzad Nurmatov vəfat edib.
    BiG.AZ xəbər verir ki, o, oktyabrın 4-də Çeçenistanın paytaxtı Qroznıda keçirilən “Absolute Championship Akhmat 100” turnirində çıxış edib.
    O, rusiyalı Beslan İsayevlə görüşdə hakimlərin qərarı ilə məğlub elan olunub. Dünən isə idmançı ölüb. 28 yaşlı idmançının ölümünün səbəbi bilinmir.
    Qeyd edək ki, Bəyzad Nurmatov MMA karyerasına 2016-cı ilin dekabrında başlayıb. O, əlbəyaxa döyüşdə dünya çempionu və Dünya Kubokunun sahibi sayılırdı.

    Muxalifet - 8-10-2019

Pages