Axtarış
The search found 105712 results in 0.147 seconds.
Search results
Azərbaycanda "xüsusi rütbəlilərin" CİNAYƏTLƏRİ - Onlar azalmaqdansa çoxalır
Bir müddət öncə polis saxta “general” formasından istifadə edərək, dələduzluq edən şəxsi saxlayıb. Saxta “general” Firdovsi Ələkbərova Cinayət Məcəlləsinin hansı maddəsi ilə hökm oxuna bilər?
“Milli Hüquq Evi”nin rəhbəri Nicat Gözəlov bildirib ki, Firdovsi Ələkbərov Azərbaycana aid xüsusi geyim formasından istifadə etmədiyi üçün ona yalnız sübuta yetirildiyi təqdirdə Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə hökm oxuna bilər. Hüquqşünas Azərbaycana məxsus xüsusi geyim formasını geyərək heç bir cinayət törətməyən şəxslərin məsuliyyətə cəlb olunmadığını deyib:
Muxalifet - 7-10-2019
Bakıda OLAY: 5 nəfər evə basqın etdi
Bakıda evdə basqın olub.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinə müraciət edən Yeni Suraxanı qəsəbəsində yaşayan Ə.Bayramova oktyabrın 5-də saat 4 radələrində evinə daxil olmuş 5 nəfərin ona fiziki zor tətbiq edərək oradan 400 manat və mobil telefon aparmalarını bildirib.
Muxalifet - 7-10-2019
Meyxanaçı plastik əməliyyat etdirdi - FOTOLAR
Meyxanaçı Samirə Yusifqızı plastik əməliyyat edən tanınmışlar karvanına qoşulub. “Qafqazinfo” xəbər verir ki, artıq çəkidən əziyyət çəkən ifaçı piylərindən azad olmaq istəyib.
S. Yusifqızı bir neçə gün bundan əvvəl qarın nahiyyəsindəki artıq yağlardan liposaksiya üsulu (piy sovurma) ilə azad olub. Samirə xəstəxanadan çəkilən fotoları instaqram səhifəsində paylaşıb.
Muxalifet - 7-10-2019
Bakıda külək güclənəcək, Xəzərdə dalğanın hündürlüyü 5,5 metrə çatacaq -XƏBƏRDARLIQ
Xəzər Dəniz Akvatoriyasında oktyabrın 7-si səhər saat 9:00-dan axşam saat 21:00-dək şimal qərb, şimal küləyinin sürəti 13-18 metr saniyə, arabir 20-23 metr saniyə olacaq. Sonrakı inkişafda küləyin sürəti isə 25-30 metr saniyəyədək güclənəcək.
Dövlət Dəniz Agentliyindən APA-ya verilən məlumata görə, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xəbərdarlığında qeyd edilir. Məlumata görə, dalğanın hündürlüyü 2,5 – 3,5 metr, sonrakı inkişafda 3,5 – 5,5 metr olacaq. Axşama doğru küləyin sürətinin azalacağı gözlənilir.
Muxalifet - 7-10-2019
Lukaşenko oğlunu kəmərlə döyməsi haqda danışdı – “Uşağa xeyirlidir”
Belarus Prezidenti Aleksandr Lukaşenko uşaqlarının tərbiyəsində sərtliyə yol verdiyini etiraf edib. Onun bildirdiyinə görə, bunun üçün hərdən ata kəmərindən də istifadə edib. “Yaxşı kəmər hərdən uşağa xeyirlidir. Viktor böyük oğul kimi məndən öz payını tez-tez alıb. Dima isə bunu görüb özünü yaxşı aparırdı”, – deyə Lukaşenko bildirib. Prezident ailə tərbiyəsi məsələlərində Belarusda “qərb təcrübəsindən” yox “slavyan ənənələrindən” istifadə olunacağını qeyd edib. //gununsesi.org
Muxalifet - 7-10-2019
Bakıda ata 10 yaşlı ögey oğluna dəhşətli işgəncələr verdi - ÇILPAQ VƏZİYYƏTDƏ...
Bakıda ata ögey oğluna işəncələr verib.
Muxalifet.az report-a istinadən xəbər verir ki, hadisə Nizami rayonu, R.Rüstəmov küçəsindəki evlərdən birində qeydə alınıb.
Belə ki, 28 yaşlı qadın polisə şikayət edərək qeyri-rəsmi nikahda yaşadığı həyat yoldaşı, 26 yaşlı Rüstəm Bayramovun onun 10 yaşlı oğlu H.İ.-ni mütəmadi olaraq döydüyünü bildirib.
Qadın şikayətində qeyd edib ki, R.Bayramov oğlunun bədəninə buz sürtərək çılpaq vəziyyətdə hamam otağında qaranlıq vəziyyətdə saxlayır.
Faktla bağlı araşdırma aparılır.Muxalifet - 7-10-2019
Ərdoğan Trampla görüşəcək
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-a səfər edəcək.
APA-nın xəbərinə görə, Serbiya səfərindən öncə keçirdiyi mətbuat konfransında Türkiyə Prezidenti bildirib ki, səfər noyabrın əvvəllərinə planlaşdırılır.
Onun sözlərinə görə, səfəri zamanı Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla görüşəcək.
“Görüş zamanı Türkiyə – ABŞ ikitərəfli münasibətləri, regionda baş verən hadisələr, F-35 qırıcıları ilə bağlı məsələlər müzakirə olunacaq”, – deyə Ərdoğan vurğulayıb.
Muxalifet - 7-10-2019
Koçaryan HƏBSXANADAN Putinə təbrik məktubu göndərdi
Ermənistanın həbsdə olan sabiq prezidenti Robert Koçaryan Rusiya Prezidenti Vladimir Putinə təbrik məktubu göndərib.
Bu barədə Ermənistan KİV-i R. Koçaryanın ofisinə istinadən məlumat yayıb.
"Rusiya Federasiyasının Prezidentini doğum günü münasibətilə təbrik edən Robert Koçaryan Vladimir Putinə cansağlığı və Rusiya naminə böyük uğurlar arzulayıb",-deyə məlumatda vurğulanıb.
Muxalifet - 7-10-2019
SON DƏQİQƏ: Azərbaycanda ZƏLZƏLƏ OLDU
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.
Xəbərə görə, yerli vaxtla saat 11:39:57-də Lənkəran stansiyasından 26 km şimal-qərbdə Masallı ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ hiss olunmayıb.Muxalifet - 7-10-2019
Milli Şuranın piketində qarşıdurma yaratmaq cəhdləri... – SOSİAL ŞƏBƏKƏLƏRDƏKİ TƏXRİBAT XARAKTERLİ ÇAĞIRIŞLARIN QARŞISI ALINMALIDIR
Xəbər verildiyi kimi, Milli Şura 8 oktyabr, saat 15:00-da Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) qarşısında piket keçirəcək. Bir saata yaxın davam edəcək aksiyada Milli Şuranın 19 yanvar 2019-cu ildə keçirdiyi mitinqdən sonra ölkədə sərbəst toplaşmaq azadlığının məhdudlaşdırılmasına etiraz olunması nəzərdə tutulur. Qeyd edək ki, təşkilatçılar Meriyanın piketə razılıq verməsini müsbət addım kimi qiymətləndirsələr də, sosial şəbəkələrdə bu aksiya ilə bağlı bəzi qanunsuz çağırışlar da səslənir.
Muxalifet4 - 7-10-2019
BƏRDƏDƏ POLİS JURNALİSTLƏRİ SAXLADI – Hurriyyet.tv-nin və “Kanal 13”-ün əməkdaşının çəkiliş aparmasına mane olunub… - YENİLƏNİB / VİDEO
Tərtərdə hərbçilərə qarşı işgəncə faktı ilə bağlı bu gün Bərdə rayonunda aksiya keçirilib.
Muxalifet.az xəbər verir ki, aksiya zamanı Hurriyyet.tv-nin əməkdaşı Vüsalə Nəciyeva və "Kanal 13" internet televiziyasının əməkdaşı Fərid İmran aksiyanı işıqlandıran zaman polis tərəfindən saxlanılıb.
Hurriyyet.org-un erdiyi məlumata görə, jurnalistlər peşə fəaliyyətini yerinə yetirərkən, yəni sakinlərin aksiyasını çəkən zaman saxlanılıb.
Onlar post-patrul xidmətinin maşınında Bərdə rayon ərazisindən çıxarılaraq, Yevlax ərazisində sərbəst buraxılıblar.
Muxalifet4 - 7-10-2019
İlqar Məmmədov müğənni Üzeyirin fanatıymış... - SEÇKİLƏRDƏ “07” ALSIN, QABAĞINI QALDIRSIN, ÜZEYİRƏ “POLNI XOD” VERSİN...
ReAL partiyasında son illərdə aşağı zövqlü insanlar, xüsusən də savadsız, cahil gənclər arasında öz zövqsüz mahnıları ilə böyük populyarlıq qazanan müğənni Üzeyir Mehdizadəyə görə qalmaqal qopub. Virtualaz.org xəbər verir ki, qalmaqalı partiyanın sədri İlqar Məmmədov başladıb. Məlum olub ki, İlqar Məmmədov hələ həbs olunmazdan əvvəl Üzeyirin yaradıcılığını yaxından izləyirmiş və onun “böyük isteada malik olduğunu” duyubmuş. Və indi ReAL sədri sosial şəbəkə hesabında yazıb: “Həbs olunmazdan qabaq da Üzeyir Mehdizadənin güclü musiqi istedadı olduğunu forumlarda yazmışdım.
Muxalifet4 - 7-10-2019
Ordu HƏRƏKƏTƏ KEÇDİ: Xüsusi Təyinatlılar bir həftə içində... - FOTO
Fərat çayının şimalındakı terror ünsürlərini təmizləmək üçün hərəkətə keçəcək Türkiyə Silahlı Qüvvələrinə Azad Suriya Ordusu (ASO) yardım edəcək.
ASO artıq ağır silahlar və raketlərin iştirak etdiyi təlimlərlə müharibə sınağı keçirib.Muxalifet - 7-10-2019
Londonda Zamirənin gününə düşən daha kimlər var... - BƏZİ ADLAR AÇIQLANIB
Böyük Britaniyanın hakimiyyət və məhkəmə orqanları “İzahedilməz sərvətlər qanunu” (UWO) çərçivəsində keçmiş sovet respublikalarından olan zənginlərə qarşı ovu davam etdirir. Muxalifet.az xəbər verir ki, ilk dəfə Azərbaycanın Beynəlxalq Bankının keçmiş rəhbərinin arvadı Zamirə Hacıyevaya qarşı tətbiq edilən, 2018-ci ildə qüvvəyə minmiş bu qanun (onu şərti olaraq “Zamirə qanunu” da adlandırmaq olardı) daha bir neçə oliqarxın və onların ailə üzvlərinin aktivlərinin dondurulması ilə nəticələnib.
Muxalifet4 - 7-10-2019
Ərdoğanın mesajından sonra Zərifdən sərt açıqlama - “TÜRKİYƏ BUNU EDƏ BİLMƏZ!”
Türkiyə öz təhlükəsizliyini Suriyanın suverenliyini pozaraq təmin edə bilməz.
Muxalifet.az yerli KİV-ə istinadən bildirir ki, bunu İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif deyib.
“Türkiyənin öz təhlükəsizliyini təmin etməsinin tək yolunun Suriya sərhədinə hərbi qüvvələr yerləşdirməklə mümkün olduğunu qarşı tərəfə bildirdik”, - deyə XİN rəhbəri bildirib.Muxalifet - 7-10-2019
“Quli”nin sirdaşı niyə qətlə yetirilib? – “Əmircanlı Elşən”in öldürülməsi ilə bağlı “iş”də yenilik
Kriminal avtoritet Elşən Məmmədovun (“Əmircanlı Elşən”) qətli ilə bağlı araşdırmalar beynəlxalq hüquqi kazusla nəticələnib. Yenisabah.az xəbər verir ki, 2017-ci il sentyabrın 11-də Tiflisdə öldürülən Elşən Məmmədovun qətlində iki rusiyalı ittiham edilirdi. Gürcüstan məhkəməsi onlar barəsində qiyabi hökm çıxarmağa hazırlaşırdı. Lakin bu ərəfədə Rusiyanın İstintaq Komitəsi həmin şəxsləri həbs edərək paralel araşdırmalara başlayıb. Rusiyada məhkəmə qarşısına çıxarılacaq adları açıqlanmayan bu şəxslər ya bəraət alacaq, ya da məhkum ediləcək.
Muxalifet - 7-10-2019
Ukraynada Saakaşvilinin deportasiyası ilə bağlı cinayət işi açılıb
Ukrayna Baş Hərbi Prokurorluğunda Gürcüstanın sabiq Prezidenti Mixeil Saakaşvilinin 2018-cı ildə oğurlanması və deportasiya edilməsi ilə bağlı cinayət işi açılıb.
APA-nın Gürcüstan bürosu xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb. Bildirilib ki, prokurorluğa Gürcüstanın keçmiş Prezidenti Mixeil Saakaşvilinin 2018-ci ilin fevralında oğurlanması, ona qarşı zorakı hərəkətlərə yol verilməsi və Polşaya qanunsuz köçürülməsi ilə bağlı məlumat daxil olub. Bundan sonra istintaq orqanı araşdırmalara başlayıb.
Muxalifet - 7-10-2019
DƏHŞƏT: Erməni türk idmançını boğaraq öldürmək istədi – VİDEO
Erməni idmançı Türki döyüşçünü rinqdə boğaraq öldürməyə cəhd edib. Offsideplus.az xəbər verir ki, erməni döyüşçü Rafael Abrahamyan Türk döyüşçü Batuhan Akdumanı boğaraq öldürməyə çalışıb. Hakimin dayan fitinə baxmayaraq erməni idmançı qaydaları pozaraq türk idmançını boğmağa davam edib. Nəticədə Türk idmançı huşunu itirib. Həkimlərin köməkliyi ilə idmançı xəstəxanaya çatdırılıb. Erməni idmançının qaydaları kobud şəkildə belə pozması ciddi naeazılığa səbəb olub. Həmin dəhşətli kadrları təqdim edirik:
Muxalifet - 7-10-2019
“Baksol”da evlər yandı - VİDEO
Bakı şəhəri, Nərimanov rayonu, “Baksol” yolunun yaxınlığında yerləşən evlərdə yanğın hadisəsi baş verib. “Qafqazinfo” xəbər verir ki, hadisə nəticəsində bir ev tamamilə yanıb, digər evə və minik avtomobillərinə ziyan dəyib. Yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən söndürülüb.
Muxalifet - 7-10-2019
ADP ƏLİ HƏSƏNOVA ETİRAZ ETDİ – “Bu fikir müxalifətə yox, ölkənin, xalqın mənafeyini deyil, öz şəxsi çıxarlarını önə çəkən yarıtmaz məmurlara şamil olunmalıdır”
Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən Muxalifet.az-a verilən məlumata əsasən, toplantıda ölkədə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər əsas müzakirə obyekti olub. Toplantı iştirakçıları ilk növbədə ölkə prezidenti İ.Əliyevin Soçidə düzənlənən “Valday” Beynəlxalq Diskusiya Klubunun üzv dövlətləri nümayəndələri qarşısında Dağlıq Qarbağın tarixi, əzəli Azərbaycan torpağı olması ilə bağlı etdiyi çıxışı müsbət dəyərləndirib.
Muxalifet4 - 7-10-2019