Axtarış
The search found 105712 results in 0.082 seconds.
Search results
Kəpəz qəsəbəsində DƏHŞƏT - Polis anasını iş yoldaşı ilə intim əlaqədə olarkən tutdu - FOTO
Antaliyada polis zabiti 26 yaşlı Mehmet Kemal T. adlı şəxs, anasının qapını gec açmasından şübhələnib. Milli.Az DHA-ya istinadən xəbər verir ki, qapını qıraraq içəri girən Mehmet Kemal T. anası 46 yaşlı Şerife A. ilə yataqda yaxaladığı polis məmuru Hasan A.-nı 3 yerindən bıçaqlayıb. Yaralı vəziyyətdə qaçıb məslək yoldaşlarından kömək istəyən Hasan A. əməliyyata götürülüb, Mehmet Kemal T. isə polislər tərəfindən saxlanılıb. Hadisə ötən gecə saat 2 radələrində Kəpəz qəsəbəsində baş verib.
Muxalifet - 8-10-2019
Azərbaycanda aktyor vəfat edib
Azərbaycanda aktyor vəfat edib.
“Report”un məlumatına görə, Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının aktyoru Saprıkin Aleksey Alekseyeviç 64 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, S.A.Alekseyeviç 1955-ci ilin avuqustun 18-də Bakı şəhərində anadan olub.
Muxalifet - 8-10-2019
Prezidentdən DTX ilə bağlı fərman
Prezident İlham Əliyev “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 yanvar tarixli 724 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb. Fərmanda qeyd edilir ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 yanvar tarixli 724 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti haqqında Əsasnamə”də və “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin strukturu”nda dəyişiklik təsdiq edilsin.
Muxalifet - 8-10-2019
Dollara qarşı HƏRƏKƏTƏ KEÇDİLƏR - Bundan sonra...
Rusiya və Türkiyə milli valyutalarla ticarət və ödənişlərlə bağlı saziş imzalayıb.
Muxalifet.az xəbər verir ki, bu barədə “Ria Novosti” informasiya yayıb.
Xəbərə görə, Rusiya Maliyyə Nazirliyi və Türkiyənin Xəzinədarlıq və Maliyyə Nazirliyi arasında imzalanan razılaşma banklararası əməkdaşlığın genişləndirilməsi və möhkəmləndirilməsi, habelə iki ölkənin biznes subyektləri arasında fasiləsiz ödənişlərin təmin edilməsi" məqsədi daşıyır.Muxalifet - 8-10-2019
Killerlər və xüsusi xidmətlər azərbaycanlı “qanuni oğru”nun axtarışında - ŞAKRO “QULİ”NİN SİFARİŞİNİ VERDİ
Kriminal aləmdə “Lotu Quli”kimi tanınan məşhur “qanuni oğru” Nadir Səlifovun rəqibləri onu ya muzdlu qatillərin əli, ya da xüsusi xidmət orqanları əməkdaşlarının köməkliyi ilə aradan götürmək istəyirlər. Virtualaz.org bildirir ki, bu barədə Rusiyanın nüfuzlu “Praym Kraym” nəşri məlumat yayıb. Məlumata görə, N.Səlifov Qətərdə olduğu müddətdə “Badri Kutaisski”ləqəbli “qanuni oğru” Badri Koquaşvili (“Şakro Molodoy”un Moskva üzrə varisi) bir günlük gizlincə İstanbula gələrək kriminal avtoritetlərlə görüşüb.
Muxalifet - 8-10-2019
Generalın sirli ölümü: onun cibindən nə tapılmışdı? - VİDEO
Bu gün Azərbaycanın ilk baş prokuroru, III dərəcəli dövlət ədliyyə müşaviri, general İsmət Qayıbovun doğum günüdür.
İsmət Qayıbov 1942-ci il oktyabrın 8-də Gəncədə müəllim ailəsində anadan olub. Onun valideynləri əməkdar müəllimi olub. İ.Qayıbov orta təhsilini Gəncədə 1 saylı orta məktəbdə alıb, 1967-ci ildə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini bitirib.
Muxalifet - 8-10-2019
“Əgər ərinin günahsızlığına bunca əmindisə, o zaman…” - DİN-dən reaksiya
“Ucar rayonunun Qazıqumlaq kənd sakini Mətanət Məmmədovanın “Azpolitika.info” saytının 7 oktyabr 2019-cu il tarixli xəbər buraxılışında yerləşdirilmiş müraciətində həyat yoldaşı Feyruz Məmmədova qarşı guya haqsızlıq edilməsi, işləmədiyi bir cinayətə görə ağır maddə ilə ittiham olunması və digər bu kimi iddiaları həqiqəti əks etdirmir və qərəzlidir”.
Muxalifet - 8-10-2019
"WhatsApp" yazışmaları qırmağa imkan verən səhvi aradan qaldırdı
"WhatsApp" hakerlərin zərərli GIF-fayllardan istifadə edərək yazışmalara giriş əldə edə biləcəyi təhlükəsizlik səhvini aradan qaldırıb. "Kommersant" xəbər verir ki, bu barədə CNN məlumat yayıb. Hakerlərin yazışmalara girişi istifadəçinin GIF-faylı qalereyada açması ilə mümkün olub. “Problemin istifadəçilərə təsir etdiyini düşünməyə əsas yoxdur, ancaq biz hər zaman istifadəçilərimizi ən yeni təhlükəsizlik funksiyaları ilə təmin etməyə çalışırıq", - "WhatsApp" nümayəndəsi telekanala açıqlamasında deyib. Səhv messencerin son yeniləməsində aradan qaldırılıb.//Report
Muxalifet - 8-10-2019
22 yaşlı Adilənin ölüm səbəbi bəlli oldu - İNTİHAR EDİBMİŞ - VİDEO
Türkiyədə evlərinin eyvanından beton zəminə çırpılaraq həyatını itirən 22 yaşlı qızın intihar etdiyi məlum olub.
Muxalifet.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Adilə adlı gənc qız 3 ildir ailəli olduğu həyat yoldaşının və anasının gözləri önündə həyatına son qoyub.
Qeyd edək ki, özünü 3-cü mərtəbədən atan qız xəstəxanaya çatdırılsa da, onun həyatını xilas emək mümkün olmayıb.Muxalifet - 8-10-2019
Bu gün keçirilmiş piketlə bağlı rəsmi məlumat
Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) bu gün keçirilmiş piketlə bağlı məlumat yayıb.
İdarədən verilən məlumatda bildirilir ki, özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurum və Azərbaycan Xalq Cəbhəsi Partiyası 50 nəfərin iştirakı ilə piket keçirmək barədə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib.
Müraciətə baxılaraq, toplantının təşkilatçıları, tədbirin oktyabrın 8-i saat 15.00-dan 16.00-dək Bakı Şəhər İcra Hakimiyyəti ilə Dövlət İqtisad Universitetinin inzibati binalarının arasında yerləşən ərazidə keçirilməsi barədə məlumatlandırılıb.
Muxalifet - 8-10-2019
ABŞ-ın ƏN BÖYÜK QORXUSU: Türkiyənin Suriya planının SENSASİON DETALLARI ORTAYA ÇIXDI
Türkiyə təhlükəsizlik dəhlizi yaradılması məqsədinə çatacaq. Ancaq bu, Türkiyənin məqsədinə bütünlüklə çatdığı anlamına gəlməz. Bunu Türkiyənin Suriyanın şimalında başladığı anti-terror əməliyyatını şərh edən terrorizm və təhlükəsizlik mütəxəssisi Coşkun Başbuğ bildirib. Onun sözlərinə görə, bu, əməliyyatın ilk mərhələsidir və Türkiyə bölgədəki bütün terror aktlarının aradan qaldırılması hədəfi ilə yola çıxıb. “Prezident (Rəcəb Tayyib Ərdoğan -red.) bunu ilk dəfə dilə gətirdi ki, bölgədə ikinci əməliyyat başlanacaq. Amerikanın qorxusu da Türkiyənin ikinci mərhələ əməliyyatıdır.
Muxalifet - 8-10-2019
Fədayə Laçın nə zaman azadlığa çıxacaq? - Dəqiq tarix
Həbsdə olan müğənni Fədayə Laçının azadlığa çıxacağı tarix məlum olub. Bununla bağlı müğənninin bacısı İlahə Fəda “Xəzər TV”-nin “5-də 5” verilişində məlumat verib. O, bacısının oktyabrın 28-də azadlığa çıxacağını deyib. İlahə Fəda səbirsizliklə həmin günü gözlədiklərini bildirib. Qeyd edək ki, sentyabrın 30-da müğənni Fədayə Laçının cəzası beş ildən iki ilə endirilib.
Muxalifet - 8-10-2019
” Mən onu elə bir yerdə dedim ki, hər kəs eşitsin…” – İlham Əliyev
“Dağlıq Qarabağ münaqişəsi ilə bağlı cəmiyyətdə vahid yanaşma var. Bizim haqq işimizi mən bütün kürsülərdə arqumentlərlə, tarixi faktlarla, reallıqlarla, beynəlxalq hüquq əsasında müdafiə edirəm və bu arqumentlərə qarşı hər hansı bir irad tutmaq qeyri-mümkündür.
Muxalifet - 8-10-2019
NATO baş katibi Türkiyəyə səfər edəcək
NATO baş katibi Yens Stoltenberq oktyabrın 11-də Türkiyəyə səfər edəcək.
APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Alyansın mətbuat xidməti məlumat yayıb.
NATO baş katibi İstanbulda Türkiyənin yüksək vəzifəli şəxsləri ilə görüşəcək.
Məlumatda Y. Stoltenberq oktyabrın 9-da İtaliyaya, oktyabrın 10-da Yunanıstana səfər edəcək.
Muxalifet - 8-10-2019
ŞOK HADİSƏ: Polis "qanuni oğru"nun sifarişi ilə adam oğurlayıb ÖLDÜRDÜ
Gürcüstanda polis "qanuni oğru"nun sifarişi ilə adam oğurlayıb öldürüb. Daxili İşlər Nazirliyi baş vermiş hadisənin bir çox təfərrüatını gizlətməyə çalışır.
Gürcüstanın televiziya kanalı "Mtavari Archi" xəbər verir ki, 35 yaşlı David Mumladzenin qaçırılması və öldürülməsinə görə Daxili İşlər Nazirliyinin iki əməkdaşı mühakimə olunur.
Qətlə yetirilən Mumladze oktyabrın 5-də Rustavi şəhərində, Kür çayının sahilində ölü tapılıb. Onun bədəninin üzərində 30 bıçaq yarası aşkarlanıb. Mumladzenin oktyabrın 1-dən itkin düşdüyü bildirilir.Muxalifet - 8-10-2019
Səfirlik "Greencard"la bağlı XƏBƏRDARLIQ ETDİ
ABŞ-ın Azərbaycandakı səfirliyi 2021-ci ilin Qrin Kart Viza Proqramındakı saxtakarlıqla bağlı xəbərdarlıq edib.
Qaynarinfo səfirliyin Mətbuat xidmətinə istinadən xəbər verir ki, son vaxtlar bu proqramın ərizəçilərinə göndərilən saxta elektron poçt və məktubların sayı əhəmiyyətli dərəcədə artıb.
Qeyd olunur ki, bu cür saxta elektron poçt və məktubların müəllifləri "Qrin kart" proqramının ərizəçilərindən ödəniş əldə etmək üçün özlərini ABŞ hökumətinin nümayəndəsi kimi təqdim edirlər.
Muxalifet - 8-10-2019
ŞAD XƏBƏR - Bu şəxslər avtobuslardan pulsuz istifadə edəcək
Yaxın zamanlarda hökumət tərəfindən zəruri addım atılacaq
"Yaxın günlərdə şagirdləri və valideynləri sevindirmək mümkün olacaq".
Bunu Milli Məclisin deputatı Fazil Mustafa şagirdlərin ictimai nəqliyyatdan pulsuz istifadə etməsi ilə bağlı valideynlərin qaldırdığı problemin həllindən danışarkən deyib.
O, qeyd edib ki, əslində müəllimlər gününə ən böyük hədiyyə şagirdlərin istisnasız olaraq ictimai nəqliyyatdan ödənişsiz istifadəsi haqqında qərar ola bilərdi, çünki bu qərar ən çox müəllimləri sevindirə bilərdi:Muxalifet - 8-10-2019
Türkiyə ordusu NƏFƏS KƏSDİ: xüsusi təyinatlılar... - FOTO
Dünyanın ən çətin hərbi təlimlərinin verildiyi birliklər arasında yer alan Türkiyə Əyirdir Dağ Komando Məktəbi və Təlim Mərkəzi Komandanlığında mavi beretli komandolar nəfəs kəsən təlimlər yerinə yetirib.
Publika.az xəbər verir ki, komandoların yerli silah və hərbi təchizatlarla yerinə yetirdiyi əməliyyatlar xüsusi rəğbətlə qarşılanıb.
Nəfəs kəsən müharibə sınağında 6 kateoqriyada 127 tryukda psixoloji və fiziki dayanıqlılıq yoxlanılıb.Muxalifet - 8-10-2019
SON DƏQİQƏ: TBMM hücum üçün Ərdoğana icazə verdi
İraq və Suriyada əməliyyatların keçirilməsi ilə əlaqədar prezidentə verilən icazənin müddətinin bir il uzadılmasını nəzərdə tutan qərar Türkiyə Böyük Millət Məclisində (TBMM) qəbul edilib.
Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğanın imzası ilə göndərilən sənəddə Türkiyənin cənub quru sərhədlərində baş verən proseslərin milli təhlükəsizlik baxımından yaratdığı risk və təhdidlərin getdikcə artdığı bildirilib.Muxalifet - 8-10-2019
Bu şəxslər 500 manata qədər cərimə olunacaq
Azərbaycanda xüsusi notarius işləmiş şəxs tərəfindən notariat hərəkətləri barədə sənədlərin dövlət notariat arxivinə təhvil verilməməsinə görə cəza müəyyənləşib. Muxalifet.az Trend-ə istinadən xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilib. Dəyişikliklə məcəlləyə 391-1 (Xüsusi notarius işləmiş şəxs tərəfindən notariat hərəkətləri barədə sənədlərin dövlət notariat arxivinə təhvil verilməməsi) maddəsi əlavə olunub.
Muxalifet - 8-10-2019