Axtarış
The search found 105712 results in 0.052 seconds.
Search results
Azərbaycanda bu xəstəliyə yoluxmuş insanların sayı artıb - STATİSTİKA
Azərbaycanda sifilis xəstəliyinə yoluxmuş insanların sayı artıb.
Trend-in məlumatına görə, ötən il müalicə - profilaktika müəssisələrində qeydiyyatda olan sifilislə xəstələnənlərin sayı 2733, 2017-ci ildə 2394, 2016-cı ildə 1587, 2015-ci ildə 1084, 2010-cu ildə 770, 2005-ci ildə 547 nəfər olub.
Azərbaycanda ilk dəfə sifilis diaqnozu qoyulanların da sayı artıb. 2018-ci ildə ilk dəfə qoyulmuş sifilis diaqnozu ilə qeydə alınmış xəstələrin sayı 981 olub. Bu göstərici 2017-ci ildə 967, 2016-cı ildə 907, 2015-ci ildə 560, 2010-cu ildə 294, 2005-ci ildə 222 olub.
Muxalifet - 9-10-2019
Novruz Məmmədovun istefaya göndərilməsi... – Maraqlı səbəblər ortaya çıxdı
Azərbaycan Prezidenti İlham Əliyev islahatları davam etdirir. Heç şübhəsiz bu prosesin aparılması üçün başlıca şərt kadr islahalartıdır. Dövlət başçısı bu istiqamətdə də növbəti mühüm addımlar atmaqdadır. Bu da növbəti kadr islahatı: 72 yaşlı Novruz Məmmədovun yerinə 62 yaşlı iqtisadçı Əli Əsədov təyin edildi. Prezident İlham Əliyev bununla ölkədə biznes mühitini yaxşılaşdırılması üçün əhəmiyyətli addım atıb.
Muxalifet - 9-10-2019
Sabiq və indiki nazirlərin şirkətlərinin “liderliyi” – Şikayətlərin sayına görə…
Azərbaycanın sığorta bazarının idealdan kifayət qədər uzaq olduğu heç kimə sirr deyil. Bunun da əsas səbəblərindən biri digər sektorlar kimi sığorta sektorunun da əsasən məmur-oliqarxların nəzarətində olmasıdır.
Muxalifet - 9-10-2019
Qarabağ “düyünü”nü kim açacaq - Rusiya, yoxsa Azərbaycan əsgəri?
Danışıqlar ətrafında yaranmış pat vəziyyət dəyişməyə məhkumdur; rusiyalı politoloq: “Paşinyan güllələnən baş nazirin taleyini yaşamaqdan qorxur...”
Muxalifet - 9-10-2019
Vilayət Eyvazovdan YENİ TƏYİNAT
Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov yeni kadr dəyişikliyi edib.
Muxalifet.az "Qafqazinfo"ya istinadla xəbər verir ki, nazirin yeni əmrinə əsasən, polis kapitanı Samir Məmmədov Zaqatala Rayon Polis Şöbəsinə rəis müavini təyin olunub.
Qeyd edək ki,Samir Məmmədov bundan əvvəl Nəsimi Rayon Polis İdarəsində işləyib.Muxalifet - 9-10-2019
Hamı Azərbaycandakı bu toydan danışır - VİDEO
Sosial mediada maraqlı görüntülər yayılıb.
Kadrlar ahıl yaşlı kişi ilə qadının toy mərasimində çəkilib. Görüntülərdə hətta bəy gəlini zorla öpüb. Video izləyicilər tərəfindən birmənalı qarşılanmayıb.
Bəziləri hətta qadını bu yaşda gəlinlik geyindiyi üçün qınayıb. Fikir ayrılığına səbəb olan görüntüləri sizə təqdim edirik:
Muxalifet - 9-10-2019
İsa Qəmbər başqanlıq yarışında tərəf tutdu - “NAMİZƏDİM ARİF HACILIDIR!…”
Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbər partiyanın oktyabrın 12-də keçirilməsi planlaşdırılan qurultayında başqa seçkisinə dair mövqeyini açıqlayıb.
Muxalifet.az “AzPolitika.info”-a istinadən xəbər verir ki, İ.Qəmbər bu yarışda hazırkı başqan Arif Hacılının namizədliyini dəstəklədiyini bəyan edib.
Muxalifet - 9-10-2019
Qayınata və qayınana gəlini döyüb xəstəxanalıq etdi - Səbəbi sizi ŞOKA SALACAQ
Daşkəsən rayonunda döyülmə faktı qeydə alınıb.
Hadisə rayonun Əmirvar kəndində qeydə alınıb.
Belə ki, 2000-ci il təvəllüdlü Abdullayeva Ayşə Samir qızı gəlin getdiyi evdə qayınatası və qayınanası tərəfindən döyülüb. Bədəninin bir çox hissəsinin əzildiyi bildirilən gəlin dərhal yaxınları tərəfindən xəstəxanaya yerləşdirilib. Ona kəllə-beyin travması diaqnozu qoyulub. Xəstənin vəziyyətinin orta-ağır olduğu bildirilir.Muxalifet - 9-10-2019
Abbas Abbasovun oğlu kriminal avtoritetlə görüşdü – VİDEO
Baş nazirin sabiq birinci müavini Abbas Abbasovun oğlu, keçmiş millət vəkili Aydın Abbasov məşhur kriminal avtoritetlə görüntülənib.
Unikal.org-un əldə etdiyi məlumata görə, Aydın Abbasov Türkiyənin “Rəis” ləqəbli kriminal avtoriteti Sedat Pekerlə yaxın dostdular.
Onlar biznes və digər məsələlərlə bağlı mütamadi olaraq bir araya gəlirlər. Aydın Abbasov son olaraq bir neçə gün bundan əvvəl Sedat Pekerlə məclislərin birində görüşüb.
Muxalifet - 9-10-2019
Azərbaycanda kəskin virusla bağlı həyəcan təbili - NAZİR ƏMR İMZALADI
Səhiyyə naziri Oqtay Şirəliyev “2019-2020-ci ilin payız-qış mövsümündə Respublikada qrip və kəskin respirator xəstəliklərə qarşı profilaktik tədbirlərin gücləndirilməsi barədə” Əmr imzalayıb. Bu barədə Muxalifet.az-a Səhiyyə Nazirliyi mətbuat xidmətindən məlumat verilib.
Muxalifet - 9-10-2019
Aylar əvvəl hazırlanmış Türkiyəyə qarşı HÜCUM PLANI ortaya çıxdı: 8 oktyabrda nə baş verdi?
Türkiyənin şimalına hərbi əməliyyat təşkil etməsindən sonra “Sərhədlərini aşarsa, iqtisadiyyatını və onsuz da, zəif olan valyutasını məhv edəcəm” açıqlamasını verən ABŞ prezidenti Donald Trampın bu sözlərinin pərdəarxası üzə çıxıb.
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, təqvim Türkiyə saatı ilə 8 oktyabrı göstərəndə dollar sürətlə bahalaşıb və Türkiyə lirəsi 5,85 olub.Muxalifet - 9-10-2019
Daha bir nazir vəzifəsindən azad olunacaq – O da istirahət istəyir
Azərbaycanın Xarici işlər naziri Elmar Məmmədyarov vəzifəsindən azad oluna bilər.
Muxalifet.az xəbər verir ki, bu haqda məlumatı Musavat.com yayıb. Sayt bildirir ki, Məmmədyarovun istefaya gedə biləcəyi ilə bağlı xəbərlər yeni deyil.Muxalifet - 9-10-2019
Xəzərdə səhər saatlarında ikinci zəlzələ
Bu gün Xəzər dənizində iki dəfə zəlzələ olub. Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, yeraltı təkan ilkin məlumatlara əsasən, 09:33-də Xəzər dənizində qeydə alınıb. 3.5 ballıq yeraltı təkanların dərinliyi 8 km olub. *** 09:14 Xəzər dənizində zəlzələ olub. Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən xəbərə görə, yeraltı təkanlar saat 07:06-da baş verib. 4.4 bal gücündə olan zəlzələnin dərinliyi 20 km olub.
Muxalifet - 9-10-2019
DİQQƏT: Bu ərazilərdə qaz olmayacaq
Oktyabrın 9-da səhər saat 09:00-dan “Qaz İxrac” İdarəsinin “Ərəblinka” orta təzyiqli qaz xəttində aparılacaq sazlama işləri ilə bağlı Sabunçu rayonu, Bakıxanov qəsəbəsinin bir hissəsi, N.İsmayılov prospekti, Z.Bünyadov, Anaşkin, Ş.Kamilov küçələrində qaz təchizatı müvəqqəti olaraq dayandırılıb.
Muxalifet.az-a “Azəriqaz” İstehsalat Birliyindən bildirilib ki, saat 10:00-dan eyni idarəyə məxsus “Pirəkəşkül” Qaz Paylayıcı Stansiyasında yeni quraşdırılmış modul tipli stansiya şəbəkəyə birləşdiriləcək.Muxalifet - 9-10-2019
Sabiq baş həkimə hökm oxunub
Mingəçevir Təxirəsalınmaz və Təcilli Tibbi Yardım Stansiyasının sabiq baş həkimi Kosayev Tacəddin Vahid oğlunun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
APA-nın məlumatına görə, Mingəçevir şəhər Məhkəməsində hakim Ələkbər Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, T. Kosayev 2 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, T. Kosayev Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluq, təkrar törədildikdə) maddəsi ilə ittiham olunub.
Cinayət işi üzrə 5 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.
Muxalifet - 9-10-2019
Beynəlxalq Bank özəlləşdirilir? – Sədrdən dividend ödənişi ilə bağlı açıqlama
“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) uzun fasilədən sonra bu il səhmdarlarına dividend ödəmək istəyi Bankın səhmlərinin bahalaşdırılması və özəlləşdirilməsi ilə bağlı deyil”.
Muxalifet.az xəbər verir ki, bunu report-a açıqlamasında ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib.
“Dividend ödənişi hər bir sağlam, mənfəəti olan bankda adi haldır”, – deyə o, qeyd edib.
Bununla yanaşı, sədr dividend ödənişinin nə qədər olacağını açıqlamayıb: “Buna səhmdarlar qərar verəcəklər”.Muxalifet - 9-10-2019
QRU-nun məxfi hərbi hissəsi aşkarlandı: çevriliş törədir, sui-qəsdlər edir və... - AVROPADA AT OYNADIRLAR
Rusiya Baş qərargahının Baş Kəşfiyyat İdarəsinin məxfi hərbi hissəsi aşkarlanıb. Həmin hərbi hissə Avropa ölkələrində diversiya-dağıdıcı fəaliyyətlə məşğul olur, çevrilişlər təşkil edir və sui-qəsdlər həyata keçirir.
Muxalifet - 9-10-2019
Qonşuda bişər, bizə də düşər - Siqaret 3 dəfə bahalaşacaq?
Türkiyədə tütün məmulatlarının vergiyə cəlb olunma miqdarı 3 dəfəyədək artırılacaq. Bununla bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının millət vəkilləri ilə keçirdiyi görüşdə aidiyyatı orqanlara təlimat verib. Prezident ölkədə tütün məmulatlarından istifadənin vergi artımlarına baxmayaraq sürətlə artdığını bildirərək “Lazımdırsa, vergiləri 3 dəfə artırın”, - deyib.
Bəs Azərbaycanda da oxşar addım atıla bilərmi?Muxalifet - 9-10-2019
Novruz Məmmədovun yüksəlişinin və çöküşünün sirri: Qıyılan və dağılan siyasi nigah sərgüzəştləri
Dünən vəzifəsindən uzaqlaşdırılan Baş nazir Novruz Məmmədov barədə verilən bu qərar hər kəs tərəfindən təəccüblə qarşılandı. Məsələ burasındadır ki, Azərbaycan reallığında istənilən nazir postunda əyləşənləri asanlıqla öz kürsüsündən qoparmaq mümkün olmur. Bəziləri hətta son mənzilə kreslolarından yola salınırlar. Novruz Məmmədovun Baş nazirliyi isə cəmi ilyarım sürdü. Bəs, vaxtından əvvəl gələn istefanın səbəbi nədir? Ovqat.com gün ərzində apardığı gərgin araşdırmalar nəticəsində deyəsən bu sualın ən dəqiq cavabını tapıb.
Muxalifet - 9-10-2019
"Əmim nəvəsi soğandan 1,2 milyon qazanıb" - Millət vəkili - VİDEO
Millət vəkili Aqil Abbas "İctimai televiziya"da yayımlanan 3D proqramına qonaq olub.
Muxalifet.az oxu.az-a istinadən xəbər verir ki, verlişin aparıcısı Dadaş Dadaşlinskinin suallarını cavablandıran A.Abbas əmisi nəvəsi barədə etdiyi açıqlama ilə izləyicilərin təəcübünə səbəb olub.
"Əmim nəvəsi Bərdə rayonunda fermerdir. O, mənə dedi ki, bu il bir milyon 200 min manat pul qazanmışam. Dedim, nə danışırsan? Nədən qazanmısan? Cavab verdi ki, Gürcüstanla ticarət əlaqəsi qurmuşam. Soğan əkmişdim təsərrüfatımda. Məhsulumu da satdım gürcüstanlılara".Muxalifet - 9-10-2019