Dilarə metroda mahnı oxudu: “Dəm olmuşam” - VİDEO
7-10-2019 18:37
Baxış sayı:
8056

İctimai Televiziyada yayımlanan “Yeraltı” verilişində maraqlı anlar yaşanıb.
"Yeni Sabah" xəbər verir ki, verilişə qonaq olan Əməkdar artist Bəhram Bağırzadə və müğənni Dilarə Kazımova çəkiliş qrupu ilə bərabər Bakı metrosunun “İçərişəhər” stansiyasına gəliblər.
"Yeni Sabah" xəbər verir ki, B.Bağırzadə Dilarənin mahnı oxumasını istəyib.
O, Dilarəyə “Metroda heç oxumusunuz?” sualını ünvanlayıb. Kazımova isə cavab olaraq, ilk dəfə burada mahnı oxuyacağını dilə gətirib.
Sənətçi vaqonun içində “Dəm olmuşam” mahnısını səsləndirib.