Axtarış
The search found 105712 results in 0.026 seconds.
Search results
Məhəmmədhüseyn Şəhriyarın oğlunu maşın vurdu - Komadadır
Azərbaycanın görkəmli şairi Məhəmmədhüseyn Şəhriyarın yeganə oğlu Hadi Şəhriyar avtomobil qəzasına uğrayıb.
Bu barədə şair-yazıçı Sayman Aruz bildirib.
Muxalifet - 5-10-2019
Vəliəhd-şahzadənin “REFORMASI”! - Səudiyyə Ərəbistanında qadın futbol liqası yaradılır
Səudiyyə Ərəbistnının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın mülayim islam layihəsi çərçivəsində ölkədə qadın futbol liqası qurulub. Səudiyyə Ərəbistanının İdman Federasiyasının nəzarətinə olan liqada 6 qadın futbol klubu yarışacaq. Liqanın oyunları Ciddə şəhərinin Əl-Mərcan rayonundakı stadionda keçiriləcək.
Muxalifet - 5-10-2019
BŞBPİ Milli Şuranın təyin etdiyi piketin təşkilatçılarına xəbərdarlıq edib
Oktyabrın 8-də razılaşdırılan piketin yüksək təhlükəsizlik şəraitində keçirilməsi üçün təşəbbüs qrupunun üzvləri – İbrahim İbrahimli, Eldəniz Quliyev bu gün Bakı Şəhər Baş Polis İdarəsinə dəvət olunaraq, qanunun tələbləri nəzərlərinə çatdırılıb və xəbərdarlıq edilib.
Bu barədə “Report”a Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətindən məlumat verilib.Muxalifet - 5-10-2019
Ərdoğan Suriyadakı əməliyyat barədə - "BU GÜN-SABAH BAŞLAYACAĞIQ"
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyada təhlükəsizlik zonası yaratmaq əməliyyatının yaxın günlərdə başlayacağını istisna etməyib. Prezident müvafiq açıqlamanı şənbə günü Ankarada A Haber-də çıxışı zamanı verib. “Suriyada təhlükəsizlik zonası yaratmaq suriyalıların evlərinə qayıtmaları üçün ən ağıllı bir yoldur. Biz qərara gəldik ki, müstəqil hərəkət edək. Bu əməliyyatı həm yerdə, həm də havadan həyata keçirəcəyik. Ola bilsin, bu gün ya da sabah başlayacağıq", - deyə Türkiyə lideri vurğulayıb.
Muxalifet - 5-10-2019
"Meyxana və repi ciddi sənət hesab etmirəm..." -Rəşad Məcid məşhur videosundan danışdı...
Azərbaycan Yazıçlar Birliyinin Gənclər üzrə katibi, "525-ci qəzet"in baş redaktoru, şair Rəşad Məcidin metroda repçi qızların əhatəsindəki videosu sosial şəbəkədə maraqlı müzakirələrə səbəb olub. Bir çoxları R.Məcidin təsadüfən metroda belə bir səhnəylə rastlaşdığını yazıblar.
Moderator.az-ın əməkdaşı R.Məcidlə əlaqə saxlayıb və o, bunun bir veriliş olduğunu bildirib:Muxalifet - 5-10-2019
Ermənistanda silahlı insident - 3 ÖLÜ, 5 YARALI
Oktyabrın 4-də Ermənistanın Vanadzor rayonunda silahlı insident baş verib.
Muxalifet.az yerli KİV-ə istinadən bildirir ki, hadisə nəticəsində üç nəfər – Andranik Ohanyan, Hor Qriqoryan və David Ohanyan – ölüb, beş nəfər isə yaralanıb.
Hadisə yerindən seriya nömrəsi silinmiş “Makarov” tapançası tapılıb.
Əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində məlum olub ki, mübahisə zamanı 46 yaşlı kişi “Makarov” tapançasından oradakı şəxslərə atəş açıb.
Muxalifet - 5-10-2019
“Qarabağ”ın oyununda dron qaldıran erməni danışdı - "Bunu çoxdan planlaşdırırdıq"
"Düdelanj" - "Qarabağ" oyunundakı erməni təxribatı ilə bağlı yeni detallar üzə çıxıb.
Qol.az Rusiya mətbuatına istinadən xəbər verir ki, “Birinci erməni cəbhəsi" fanat hərəkatının üzvü Spartak Adamyan etdiyi hərəkətdən danışıb.
Bunu çoxdan planlaşdırdığını deyən erməni dronu stadionun yaxınlığındakı evlərdən birinin damından idarə etdiklərini bildirib:
Muxalifet - 5-10-2019
Arvadını sevgilisi ilə tutdu və... - Azərbaycanda hər kəsi ŞOKA SALACAQ OLAY
Beyləqan rayonunda qısqanclıq zəminində cinayət törətməkdə ittiham olunan 1989-cu il təvəllüdlü Rəfi Zeyniyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, Bakı şəhər sakini Rəfi Zeyniyev Beyləqan rayonun 2-ci Şahsevən kəndində ailəsi ilə birlikdə yaşayıb. O, həmin kənddə arvadı ilə sevgi münasibində olan 1984-cü il təvəllüdlü həmkəndlisi Əlizamin Xudaverdiyevə 18 bıçaq zərbəsi vuraraq onu öldürmək istəyib.Arvadının başqası ilə gəzdiyini eşitdi
Muxalifet - 5-10-2019
"Onu tanıyana qədər evlilik barədə düşünmürdüm" - Tarix yazan Teymurun həyatı...
Dünən çinli həmkarı Dinq Lirenə qalib gələrək şahmat üzrə dünya çempionu adını qazanan Teymur Rəcəbovun bioqrafiyası yenidən maraq cəlb edib.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, 1987-ci il təvəllüdlü T.Rəcəbov ən gənc beynəlxalq dərəcəli qrossmeyster adını 14 yaşında alıb. Bu nailiyyətlərindən sonra Teymur mərhum prezident Heydər Əliyevlə də görüşüb.
Atası neft mühəndisi, anası isə ingilis dili müəllimi olan Teymur müsahibələrinin birində bildirib ki, 3 yaşından şahmat öyrənib və ilk məşqçisi elə atası Boris olub:Muxalifet - 5-10-2019
“Özünə şalvar ala bilməyənlər...” – Ölümə aparan qaynata-gəlin davalarının səbəbləri
Son zamanlar qaynata-gəlin münasibətlərində gərginlik artıb. Hətta bəzən bu gərginlik cinayətlə də nəticələnir. Lakin keçmiş dövrlərə nəzər salsaq, belə hadisələrin demək olar ki, heç baş vermədiyini görə bilərik. Əvvəllər daha çox qaynana-gəlin münasibətləri, davası müzakirə olunur, kinolarımızda da bu mövzuya yer verilirdi.
Bəs hazırda cəmiyyətimizdə nə baş verir? Qaynata-gəlin münasibətlərində gərginliyin artmasının səbəbi nədir?
Muxalifet - 5-10-2019
BAKIDA BİABIRÇI GÖRÜNTÜ: Çörəyi mağazalara görün necə daşıyırlar - VİDEO
Bakıda mağazalardan çörək alarkən son dərəcə ehtiyatlı olun.
Çünki dükanlara çörəyi olduqca pinti halda, gigenik qaydalarına zidd daşıyırlar. Bunlardan biri də “Tofaş” markalı, 10 KB 453 nömrə nişanlı maşının sürücüsüdür.
Muxalifet.az xəbər verir ki, bu görüntüləri "BAKU.WS"nin “qaynar xətti”nə hadisə şahidləri göndəriblər. Maşın Tbilisi prospektində hərəkət edərkən çəkilib.
Videodan da göründüyü kimi sürücü heç bir gigenik qaydalara uyğun olmadan çörəyi mağazaya aparır.
Muxalifet - 5-10-2019
Kəşmirdə GÜCLÜ PARTLAYIŞ: 14 nəfər yaralandı
Cəmmu və Kəşmir ərazisində yerləşən Hindistanın Anantnaq şəhərində qumbaranın partlaması nəticəsində azı 14 nəfər yaralanıb.
Muxalifet.az xəbər verir ki, bu barədə yerli polisin "Twitter" səhifəsində məlumat verilib.
Məlumata görə, dövlət qurumunun yaxınlığında baş verən partlayışda xəsarət alanlar arasında polis də var.
Hüquq-mühafizə orqanları əməkdaşları partlayışın terrorçular tərəfindən törədildiyini bildirirlər.Muxalifet - 5-10-2019
Vilayət Eyvazovdan “102” Xidməti ilə bağlı əmr
Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov cinayət və hadisələrlə bağlı məlumatlara baxılması işində operativliyin yüksəldilməsinə, xüsusən vətəndaş məmnunluğunun təmin edilməsinə xidmət edən daha bir əmr imzalayıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, əmrə əsasən cinayətlər barədə "102" Xidmətinə məlumat verən şəxslər fakt üzrə ilkin ərizənin alınması üçün polisə dəvət olunmayacaq.
Muxalifet - 5-10-2019
“Heç kimin milyarder olmağa haqqı yoxdur, bu qədər sərvət yığmaq ədalətli deyil...” 70 MİLYARD DOLLARIN SAHİBİ MARK ZUKEBERQ
Dünyada ən populyar sosial şəbəkə olan Facebook-un sahibi və baş direktoru Mark Zukeberq ABŞ prezidentliyinə keçmiş iddiaçı Bernie Sanderin bu mövqeyi ilə razıdır ki, dünyada milyarderlər olmalı deyil.
Virtualaz.org “Bloomberg”ə istinadən xəbər verir ki, Zukeberq öz əməkdaşları ilə sual-cavab axşamında söhbətləşib. Suallardan biri belə olub: “Siz demokratların prezidentliyə namizədi olmuş Sandersin dünyada milyarderlərin mövcudluğunun düzgün olmadığı haqda sözlərinə necə yanaşırsınız?”
Muxalifet - 5-10-2019
BAKIDA HAMINI DƏHŞƏTƏ SALAN BUYNUZLU TURİST: “Məndən axı niyə qorxurlar?” - FOTO
Son günlər Bakıda qəribə görünüşü ilə diqqət çəkən turist müzakirələrə səbəb olub. Bir neçə şəxs onun fotosunu sosial şəbəkələrdə paylaşaraq öz fikirlərini bildiriblər. Həmin şəxs üzərində çoxlu pirsinq və tatular, hətta alınında iki buynuzu olan almaniyalı turistdir. Muxalifet.az-ın verdiyi xəbərə görə, 60 yaşlı Rolf Buchholz oktyabrın 3-də Aşqabaddan Bakıya gəlib və paytaxtın bir çox turistik yerlərindən fotolar çəkərək paylaşıb.
Muxalifet - 5-10-2019
Polis rəisi vəzifəsindən azad olundu
Göygöl rayon Polis Şöbəsinin Dövlət yol polisi bölməsinin rəisi vəzifəsindən azad edilib.
"Report"un məlumatına görə, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmrinə əsasən, polis mayoru Mais Məmmədov tutduğu vəzifədən azad edilib.
Hələki həmin vəzifəyə yeni təyinat yoxdur.
Qeyd edək ki, M.Məmmədov 2 ilə yaxın bu vəzifədə çalışıb.
Muxalifet - 5-10-2019
“İNDİ CƏBHƏ XƏTTİ POLŞANIN ŞƏRQİNDƏN KEÇİR…” – General Rusiya təhlükəsindən danışır
ABŞ-ın Avropadakı quru qoşunlarının keçmiş komandanı Ben Hodges Polşanın “Polityka” nəşrinə müsahibəsində Rusiya təhlükəsi və onun qarşısını almağı yolları haqda danışıb. “AzPolitika” müsahibənin tərcüməsini təqdim edir? - “Avropa siyasətinin təhlil mərkəzi” forumu növbəti Transatlantik beynəlxalq konfransdır. Bu konfransda amerikalıların başlıca probleminin Çin olduğu aydın hiss edilir. Necə düşünürsünüz, NATO üçün də belədir? – Sözsüz ki, bir çox məsələlərdə bəli, belədir.
Muxalifet - 5-10-2019
Aeroport yolunda zəncirvari qəza - ANBAAN VİDEO
Bakıda baş verən dəhşətli qəza yolda quraşdırılan təhlükəsizlik şəhər kamerasına qeyd olunub.
Muxalifet.az Avtosfer.az-a istinadən xəbər verir ki, hava limanı istiqamətində yüksək sürətlə hərəkət edən sürücü ara məsafəsini düzgün seçmədiyi üçün yol nəqliyyat hadisəsi baş verib.
Video görüntüdən aydın şəkildə görünür ki, avtomobillər sürətli yolun sol hərəkət zolağında asta sürətlə hərəkət edib. Bu zaman yüksək sürətlə hərəkət edən avtomobil qarşıdakı maşına, ikinci nəqliyyat vasitəsi isə paralel zolaqda hərəkət edən digər avtomobilə çırpılıb.
Muxalifet - 5-10-2019
Henrix Mxitaryan "Qarabağ"ın oyununda təxribat törədən erməniyə zəng vurub
Ermənistan millisinin futbolçusu Henrik Mxitaryan UEFA Avropa Liqasının qrup mərhələsinin II turunda “Qarabağ”ın Lüksemburqda “Düdelanj”ı 4:1 hesabı ilə məğlub etdiyi oyundan təxribat törədənlərdən birinə zəng vurub.
Bu barədə sport24.ru saytına açıqlamasında təxribatı üzərinə götürən “Birinci erməni cəbhəsi” azarkeş qrupunun üzvü Spartak Adamyan bildirib.
O, bunun ötən il dekbarın 18-də “Qarabağ”ın İngiltərənin “Arsenal” klubu ilə Londondakı Avropa Liqasının qrup oyununda meydana girdikdən sonra baş verdiyini söyləyib:
Muxalifet - 5-10-2019
Mikroavtobusla yük maşını toqquşdu, xəsarət alanlar var
Hacıqabulda yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Muğan qəsəbəsində qeydə alınıb. 60-BV-922 dövlət qeydiyyat nişanlı "Ford" markalı sərnişin mikroavtobusu 99-SN-244 "Mercedes" markalı yük maşını ilə toqquşub.
Nəticədə mikroavtobusda olan sərnişinlərdən üçü müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Həkimlər yaralıların vəziyyətinin orta-ağır olduğunu bildirib.
Muxalifet - 5-10-2019