Axtarış
The search found 105712 results in 0.026 seconds.
Search results
"Cin çıxarmaq" adı ilə döyülərək öldürülən gəncin atasından şok sözlər - “OĞLUMU SAAT YARIM DAYANMADAN DÖYÜBLƏR”
Bakı Ağır Cinayətlər Məhkəməsində “cin çıxarmaq" adı ilə 25 yaşlı gənci döyərək öldürməkdə ittiham olunan Vüsal İbrahimov, Əfqan Tanrıverdiyev, Cəmil Qayıbov, Sahib Xəlilov, Aprel Xəlilov və Füzuli Qəribovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Muxalifet - 4-10-2019
İran şirkəti tanınmaz hala salıb – Şuşadakı məscidin SON FOTOLARI YAYILDI
Ermənilər Şuşanın məşhur Gövhər Ağa məscidini tanınmaz hala salıblar. Onlar təmir-bərpa işləri bəhanəsi ilə məscidin daxili interyerində ciddi dəyişiklik edərək, tarixi abidənin bədii-estetik dəyərlərinə ciddi zərər vurublar. Bu, sosial şəbəkələr vasitəsilə yayılan fotolardan da aydın görünür. Xatırladaq ki, məscidin təmiri İranın “Part Saman Jahan” memarlıq şirkətinin iştirakı və erməni əsilli Rusiya biznesmeni Ruben Vardanyanın “İDEA” fondunun maliyyə yardımı ilə aparılıb. Yuxarı Gövhər Ağa məscidi 1883-cü ildə inşa olunub. Məscidin memarı Kərbəlayi Səfi Xan Qarabaği olub. /modern.az
Muxalifet - 4-10-2019
UEFA-dan "Qarabağ"la oyunundakı təxribatla bağlı İLK AÇIQLAMA
UEFA Avropa Liqasının qrup mərhələsinin II turunda “Qarabağ”ın Lüksemburqda “Düdelanj”ı 4:1 hesabı ilə məğlub etdiyi oyunda baş verənlərlə bağlı hələ intizam işi açmayıb. Bununla bağlı Avropa futbol qurumunun Mətbuat xidmətindən "Report"un sorğusuna cavab olaraq bildirilib. UEFA intizam işinin açılıb-açılmayacağını müəyyənləşdirmək üçün matçdakı rəsmi şəxslərin hesabatını gözləyəcəyini açıqlayıb. "Stadionda dronun uçması ilə əlaqədar hakim təhlükəsizlik səbəbindən qarşılaşmanı ilk hissədə dayandırıb. 24 dəqiqədən sonra oyun davam edib və insidentsiz başa çatıb" deyə cavabda vurğulanıb.
Muxalifet - 4-10-2019
“Nə Paşinyan mövqeyindən geri çəkiləcək, nə də ki, Azərbaycan prezidenti” – Keçmiş nazir
“Prezident İlham Əliyevin Soçidə Qarabağlı bağlı verdiyi bəyanat Azərbaycan cəmiyyətindəki narahatlığı bir qədər aradan qaldırdı”.
Muxalifet.az xəbər verir ki, bu sözləri Yenisabah.az keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Azərbaycan prezidenti İlham Əliyevin Soçidə keçirilən “Valday” Beynəlxalq Diskussiya Klubunun plenar sessiyasında Qarabağla bağlı səsləndirdiyi bəyanatı şərh edərkən bildirib.
Muxalifet - 4-10-2019
Meyxanaçı Oqtaydan efirdə Ramal barədə ŞOK AÇIQLAMA: Sənətinə hörmətim var, özü...
"Sözlərimə Röya, Xatirə, Ramal, Vasif Məhərrəmli mahnı oxuyub"
Bu sözləri meyxanaçı Oqtay Kamil "Hər şey daxil"in efirində deyib.
Aparıcı Tarix Əliyev (Tolik) Oqtaydan "Sənin sözlərinə yazılan mahnını Alişan da oxuyub. Səndən icazə aldılar?" soruşub.
Meyxanaçının cavabını hər kəs gülüşlə qarşılayıb:
"Məndən heç Samirə evdən çıxıb gedir, icazə almır".
Meyxanaçı efirdə Ramaldan şikayətlənib:Muxalifet - 4-10-2019
"Həmin dronları Xankəndində ermənilərin təpələrinə endirmək lazımdır ki, bir də belə qələt eləməsinlər..." - Aqil Abbas
Xəbər verdiyimiz kimi Avropa Liqasının “Düdelanj” – “Qarabağ” oyununun 30-cu dəqiqəsində ermənilər tərəfindən stadionda dronla qondarma Dağlıq Qarabağın bayrağı qaldırılıb və Ağdam komandası buna etiraz edərək oyunu dayandırıb. Daha sonra Lüksemburqun İdman naziri “Qarabağ”ın paltardəyişmə otağına gedib və futbolçularımızdan şəxsən üzr istəyib. Kobud səhv haqda stadionda da elan olunub və oyun davam etdirilib. "Qarabağ" oyunda 4:1 hesabıyla "Düdelanj"a qalib gəlib.
Muxalifet - 4-10-2019
Parkinqə verdiyimiz pullar hara gedir?
“Masterclass Azerbaijan” layihəsinin rəhbəri, radio aparıcısı Raqif Raufoğlu paytaxtın Ənvər Qasımzadə küçəsində maraqlı bir eksperiment həyata keçirib.
Muxalifet - 4-10-2019
Azərbaycan Ermənistanı 44 pillə irəlilədi - Dünyanın ən güclü ORDUSU SİYAHISINDA
Azərbaycan 137 ölkə arasında dünyanın ən güclü ordusu reytinqində 52-ci yeri tutub.
Bu barədə Global Firepower təşkilatının 2019-cu il hesabatında öz əksini tapıb.
Dünyanın ən güclü orduları siyahısında ilk üçlükdə ABŞ, Rusiya və Çin yer alıb.
İlk onluqda isə Hindistan, Fransa, Yaponiya, Cənubi Koreya, Böyük Britaniya, Türkiyə (9-zuncu), Almaniya yer alır.
Cənubi Qafqaz ölkələrindən Azərbaycan dünyanın ən güclü orduları sırasında 52-ci, Gürcüstan isə 85-ci, Ermənistan isə 96-cı yerdə qərarlaşıb.
Muxalifet - 4-10-2019
Müəllimlərdən Məleykə Abbaszadənin iradlarına cavab: “Haqlıdır, amma aşıq gördüyünü çağırar”
Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin ingilis dili müəllimləriylə bağlı səsləndirdiyi fikirlər marağa səbəb olub.
M.Abbaszadə qeyd edib ki, hansısa dili öyrənmək üçün o dilin mühitində yaşamaq, o dildə olan ədəbiyyatları mütəmadi oxumaq, televiziyada həmin dildə olan verilişlərə baxmaq, o dili eşidib, həmin dildə danışmaq lazımdır. Amma sovet təhsil sistemində belə şərait olmayıb.
Onun sözlərinə görə, indi də xarici dili yaxşı bilən gənclər çox zaman məktəbə getmirlər və özləri üçün başqa bir yerdə iş tapırlar.Muxalifet - 4-10-2019
Gəlindən qayınanaya qarşı İNANILMAZ CİNAYƏT - Həbs edildi
Bakıda qayınananın qızıllarını oğurlayan gəlin saxlanılıb.
Daxili İşlər Nazirliyindən Muxalifet.az-a verilən məlumata görə, Nərimanov RPİ-nin 18-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini G.Novruzova oktyabrın 2-də evindən naməlum şəraitdə 6000 manat dəyərində qızıl-zinət əşyaların oğurlandığını bildirib.
Müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılıb və oğurluğu törətməkdə şübhəli bilinən ev sahibəsinin gəlini saxlanılıb.Muxalifet - 4-10-2019
Təhqir, kobudluq, intiqam - Ayanın beş kişi üzərində qələbəsi
"Maşın" şounun 18-ci buraxılışında ötən gün xoşagəlməz hal yaşanıb. Beş kişinin bir qadını təkləməsi və onun ünvanına kobud ifadələr işlətməsi sosial şəbəkədə tənqid edilib.
Axşam.az xəbər verir ki, ən çox fotosu atılan müğənni Fuad Musayev hədəf olaraq Ayan Babakişiyevanı seçib. Onun intiqam məqsədilə bu addımı atması sosial şəbəkədə iddia edilib. Bəlli olub ki, Fuad Ayanın keçmiş həyat yoldaşı, idmançı Füzuli Musayevin qohumu və yaxın dostudur. Elə onun bu intiqam addımına görə bir çoxları Ayanın şəklini paylaşaraq, ona dəstək olub və Fuadı tənqid edib.Muxalifet - 4-10-2019
Dünya zənginlərinin üzən sarayları ilk dəfə havadan belə görüntüləndi... - MONAKODA YAXTA-ŞOU / FOTO
Dünya zənginlərinin ənənəvi payız əyləncəsi-Monakoda hər il təşkil olunan yaxta şousu başlayıb.
Virtualaz.org xəbər verir ki, “The Sun” tabloidi şouda iştirak etmək üçün Monakonun Port-Herkules limanına cəmləşən dəbdəbəli yaxtaların, dünyanın müxtəlif ölkələrindən olan oliqarxların və iri biznesmenlərin üzən saraylarını havadan dronla görüntüləyib. Nəticədə ortaya bu cür möhtəşəm mənzərə çıxıb.
Muxalifet - 4-10-2019
“Ən əvvəl onlar istəyirlər ki, bu lənətə gəlmiş müharibə qısa zamanda başa çatsın…”
Azərbaycanlı deputat Ermənistan rəhbərliyinin reallıqldan ayrılaraq illüziyalar aləminə qapıldığını bəyan etdi
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyasında son plenar iclas ənənvi olaraq sərbəst müzakirələrə həsr edilmişdi.
Deputatlar sessiyanın gündəliyində olmayan, aktual hesab etdikləri məsələlərlə bağlı fikirlərini ifadə etdilər.Muxalifet - 4-10-2019
“RUSİYADA AYAĞINDAN GÜLLƏLƏNƏRƏK ƏLİL OLUB…” – “Bizə mane olmaq istəyənlər var idi”
AzPolitika.info” Ana Vətən Partiyasının (AVP) sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı ilə müsahibəni təqdim edir: - Fəzail bəy, Qarabağ qaziləri ilə Azərbaycan Dövlət Neft Şirkətinin mühafizə xidmətinin əməkdaşları arasında yaranan qarşıdurma birmənalı qəbul edilmir. Sizin bu hadisəyə münasibətiniz necədir? – Mənim baş verən hadisəyə münasibətim yaxşı deyil, düşünürəm ki, bu məsələ araşdırılmalı, əsl səbəb ortaya çıxmalıdır.
Muxalifet - 4-10-2019
“Azərişığ”a müraciət edən sahibkarların sayı 3 dəfəyə yaxın artıb
Bu ilin ilk 9 ayında “Azərişıq” ASC-yə “ASAN Xidmət”, “ASAN Kommunal” və elektron qaydada müraciət edən sahibkarların sayı 3 359 olub. Bunu “Azərişığ”ın “ASAN Xidmət”lə iş və Elektron İdarəetmə Depatamentinin direktoru Elsevər Rüstəmli bu gün keçirilən mətbuat konfransında bildirib. Onun sözlərinə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 dəfəyə yaxın çoxdur. Belə ki, ötən ilin yanvar-sentyabr aylarında quruma 1 010 sahibkar müraciət edib.
Muxalifet - 4-10-2019
“Türkiyə o bölgəyə daxil olarsa, oranı tərk etməkdən başqa çarəmiz qalmayacaq!” - ABŞ ETİRAF ETDİ
ABŞ mətuatı Türkiyə Silahlı Qüvvələrinin Suriyada əməliyyat başladacağı təqdirdə, ABŞ hərbçilərinin oradan geri çəkilməkdən başqa seçiminin qalmayacağını yazıb.
Muxalifet - 4-10-2019
İcra başçısının ilk qəbul günündə narazılıq - VİDEO
Ağsunun yeni icra başçısı Vahid Tağıyevin ilk qəbul günündə narazılıq yaranıb.
Bu barədə “Yeni Sabah”a rayon sakinləri məlumat verib. Onların sözlərinə görə, icra başçısının qəbuluna düşmək üçün icra hakimiyyətinin binası önünə 200 nəfərə yaxın şikayətçi toplaşsa da, onların çox az bir qismi qəbula düşə bilib.
Muxalifet - 4-10-2019
Azərbaycanlı müğənni eşqini elan etdi, başını partlatdılar - FOTO
Əslən azərbaycanlılardan ibarət “HammAli & Navai” duetinin iştirakçısı Nəvai Bəkirovun qazaxıstanlılara eşq elan etməsi ona baha başa gəlib.
Nəvai Bəkirov Qazaxıstanda konsert zamanı başından xəsarət alıb.
Müğənni “Instagram” hesabının hekayə bölümündə başına gələn xoşagəlməz hadisə barədə məlumat paylaşıb.
Muxalifet - 4-10-2019
Türkiyə aviasiyası İraqda PKK-nın daha 3 üzvünü zərərsizləşdirdi
Türkiyənin Hərbi Hava Qüvvələri İraqın şimalında PKK terror təşkilatının 3 döyüşçüsünü zərərsizləşdirib.
"Anadolu" xəbər verir ki, silahlılara zərbələr terrorçuluğa qarşı "Pəncə" əməliyyatı çərçivəsində vurulub.
Xatırladaq ki, "Pənçə-1" əməliyyatı mayın 27-də İraqın Hakurk rayonu ərazisində Türkiyənin Milli Müdafiə nazirinin rəhbərliyi ilə başlayıb.
Muxalifet - 4-10-2019
“Sən tamadalıq edəndə biz həyatımızı neftə qurban verdik” – Murada kəskin cavab
“Ölçünə olmayan qapıdan girməyə çalışma...” Bu günlərdə tanınmış şoumen, “M Group Production” şirkətinin prezidenti Murad Dadaşovun Murad Arifin “Popumuz var” Youtoobe verilişində söylədiyi “Neft mənimdir, sənindir deyənlərə bir sualım var: "Sən bu neft üçün nə etmisən?" fikri sosial şəbəkədə birmənalı qarşılanmayıb. RadioAntenn-in aparıcısı Əzizə İsmayılova da Murad Dadaşovun səsləndirdiyi fikirlərə kəskin reaksiya verib. O, şəxsi feysbuk əhifəsində “Günəşli faciəsi”ndə həyatını itirən neftçilər adından bu fikirləri qeyd edib: “Gəl, deyək sənə, etdiyimizin 1000-dən birini.
Muxalifet - 4-10-2019